Research papers


Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuĢ Ģəxslərin resosializasiyası və sosial adaptasiyası



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə111/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   107   108   109   110   111   112   113   114   ...   246
elmi-eserler-2022-2-cap

Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuĢ Ģəxslərin resosializasiyası və sosial adaptasiyası 
91 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
formasında əlverişli şəraitin daha da inkişaf et-
dirilməsi [6]; 
– psixoloqun psixoterapevtik iş istiqaməti-
nin işlənib hazırlanması və inkişaf etdirilməsi, 
spirtli və ya narkotik asılılığı, psixi anomaliya-
ları olan məhkumlara ixtisaslaşdırılmış psixoloji 
yardımın göstərilməsi məqsədi ilə penitensiar 
sistem müəssisələrində sosial-psixoloji reabilita-
siya bölmələrinin yaradılması və s. 
Azadlıqdan məhrumetmə cəzasına məh-
kum edilmiş şəxslərin resosializasiyası uzun 
müddətli prosesdir. Hər bir məhkum cəza çək-
dikdən sonra cəmiyyətin adi həyat şəraitinə da-
xil olmaq qabiliyyətini və hazırlığını formalaş-
dırmağa yönəlmiş psixoloji, pedaqoji, tibbi, so-
sial-iqtisadi, hüquqi və təşkilati tədbirlərə əsas-
lanan mürəkkəb kompleks sistemdən keçməli-
dir. Eyni zamanda, bu prosesin səmərəliliyi bir 
çox hallarda azadlıqda olan həyatla böyük fərqə 
malik olmayan cəzaların çəkilmə şərtlərindən 
asılıdır, çünki, məhkum normal davranışın baca-
rıq və vərdişlərini itirməməlidir [7].
 
Azadlıqdan məhrum edilmiş məhkumların 
resosializasiyası üçün məhkumların əsas və şəxsi 
hüquqlarını, onların qanuni mənafelərini, məh-
kumların islah edilməsinin əsas vasitələrini, o 
cümlədən əmək, peşə təhsili və peşə təlimini, tər-
biyəvi təsirini, habelə davranışından və əməyə 
münasibətindən asılı olaraq cəzanın çəkilməsi 
dövründə saxlanma şəraitini yaxşılaşdırmaq imka-
nını təsbit edən müddəalar öz əksini tapmalıdır. 
Məhkumlar azad edildikdən sonra cəmiy-
yətdə islahatı və uğurlu adaptasiyası üçün zəruri 
amil məhkumların resosiallaşmasının təmin 
edilməsi, onların əsas sosial funksiyaların mə-
nimsənilməsi istiqamətində sosial və psixoloji 
işlərin, habelə tərbiyə və təhsil prosesində onlar-
la sosial, psixoloji və maarifləndirici işlərin in-
kişaf etdirilməsi nəzərə alınmalıdır. 
Həmçinin, məhkumların sosialyönünün 
formalaşdırılması, destruktiv təzahürlərin profi-
laktikası, onların yenidən sosiallaşması və cə-
miyyətə daha da inteqrasiyası üçün şəxsiyyətin 
psixoloji korreksiyasının baza proqramlarının 
hazırlanması da məqsədə müvafiqdir [8]. Bu-
nunla yanaşı, vətəndaş cəmiyyəti institutları ilə 
əməkdaşlığın təkmilləşdirilməsi və penitensiar 
sistemin fəaliyyətinə nəzarətin həyata keçirilmə-
si çərçivəsində ictimai-humanitar layihələrin 
təşkil olunması məhkumların qanuna tabe olma-
sını və onların yenidən sosiallaşmasına əlavə 
stimul yaradır, xüsusilə azadlıqdan məhrumet-
mə yerlərindən azad edilən məhkumun taleyinin 
tənzimlənməsində mühüm rol oynayır. 
Resosializasiya azadlıqdan məhrum etmə 
növündə cəza çəkmiş və ya digər cinayət-hüqu-
qi xarakterli tədbirlərə məruz qalmış şəxslərin 
cəmiyyətə reinteqrasiyası məqsədi ilə cinayətlə-
rin qarşısının alınmasında iştirak edən şəxslər və 
onların səlahiyyətlərinə uyğun olaraq subyektlə-
rin həyata keçirdikləri sosial-iqtisadi, pedaqoji, 
hüquqi xarakterli tədbirlər kompleksidir. 
Azadlıqdan məhrumetmə cəzasına məh-
kum olunmuş şəxslərin resosializasiyası sosial 
adaptasiyası olmadan mümkün deyil. Çünki so-
sial adaptasiya azadlıqda həyata hazırlaşmaq 
üçün nəzərdə tutulan tədbirlər və vasitələr 
kompleksidir. Yəni, sosial adaptasiya resosiali-
zasiya üçün mütləq tərkib hissəsidir [9]. 
Nəticə 
Beləliklə, demək olar ki, bütövlükdə cə-
miyyətin təhlükəsizliyi, residiv cinayətkarlığın 
səviyyəsinin qarşının alınması həyata keçirilən 
tədbirlərin səmərəliliyindən asılıdır. Azadlıqdan 
məhrum etmə növündə cəza çəkmiş şəxslərin 
törətdikləri cinayətlərin təkrarlanmasının azal-
dılması üçün islah müəssisələrində cəza çəkər-
kən məhkumların sosial adaptasiyası və azadlıq-
dan məhrumetmə yerlərindən azad edilmiş şəxs-
lərə postpenitensiar yardım göstərilməsi kimi 
məsələlər diqqətə alınaraq həll olunmalıdır. 

Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin