Açar sözlər:
məktəb, təhsil, idarəetmə, modellər, kollektiv
Резюме:
Модернизация образования в современный период предъявляет новые требования к
субъектам управления, особенно к директорам школ. Формирование новой концепции управления
требует от руководства школы, как лидера, изменить свой стиль управления, отойти от новой адми-
нистративно-командной и перейти к демократическому стилю управления. Третье стратегическое
направление в «Государственной стратегии развития образования в Азербайджанской Республике»,
принятой 24 октября 2013 года, предусматривает создание прозрачных и эффективных моделей уп-
равления, привлечение к управлению профессиональных руководителей школ.
Ключевые слова:
школа, образование, управление, модели, коллектив
Summary:
Modernization of education in modern times places new demands on management entities,
especially school principals. The formation of a new concept of governance requires that the school leadership,
as a leader, change its management style, move away from the new administrative command and adopt a
Fəridə Tofiq qızı Xudiyeva
94
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
democratic style of governance. The third strategic direction in the “State Strategy for the Development of
Education in the Republic of Azerbaijan” adopted on October 24, 2013 envisages the creation of transparent
and effective management models, the involvement of professional school leaders in management.
Keywords:
school, education, management, models, team
Kollegial rəhbərliyi üstün tutan, demokra-
tik idarəetmə üslubuna yiyələnmiş məktəb rəh-
bəri, ilk növbədə kollektivdə sağlam mənəvi –
psixoloji mühit yaratmaq, qarşıya çıxan prob-
lemlərin həllində kollektivin müəllimlərin bu
qüvvələrində istifadə etməyi, məktəb – ailə –
ictimaiyyət üçlüyünün səmərəli əməkdaşlığını
təmin etməyi bacarmalıdır.
Məktəbin idarə edilməsi sahəsində yara-
dılmış uzunillik təcrübə sübut edir ki, yalnız
kollektivin bütün üzvləri vahid məqsəd uğrunda
fəaliyyət göstərərsə, biri – birilərinin fikirlərinə
hörmətlə yanaşarsa, kollektivin qüvvə və im-
kanlarından bacarıqla istifadə olunarsa, müəl-
limlərin yaradıcı potensialı aşkara çıxarılarsa, o
zaman idarəetmədə keyfiyyət təminatından da-
nışmaq mümkündür. Belə olduqda həlledici mə-
qamlarda pedaqoji kollektivin hər bir üzvü öz
fikrini bildirmək imkanı əldə edir, qarşılıqlı mü-
nasibətlər sağlam təməl üzərində quruluş, nəti-
cədə hər bir müəllim məktəb rəhbərinin ən ya-
xın köməkçisinə çevrilir.
Rəhbərlik mürəkkəb bir proses olduğun-
dan məktəb direktoru ilk növbədə idarəetmənin
elmi əsaslarını bilməli, yalnız kollektivə deyil,
özünə də nəzarət etməli, öz fəaliyyətinə, davra-
nışına tənqidi yanaşmağı bacarmalıdır.
Hər bir məktəb rəhbəri bütün iştirakçıların
fəaliyyətini müəyyən etməli, birgə fəaliyyəti də-
yərləndirməli, stimullaşdırıcı tədbirlər həyata
keçirilməlidir.
İdarəetmədə valideynlərində iştirak etməsi
vacibdir. Valideynlər üçün məktəbdə təşkil edi-
lən “Açıq qapı” günlərinin “Valideyn lektoriya-
larında onlar da idarəetmənin funksiyaları, mək-
təbdaxili nəzarətin növləri, məktəbin fəaliyyət
planı ilə tanış olur, məktəb rəhbərliyinə öz kö-
məklərini göstərirlər.
Müasir dövrdə idarəetmədə sistemli ya-
naşma üstünlük təşkil edir. Bu baxımdan idarə-
etmədə şagird özünüidarə təşkilatlarının iştirakı
da vacibdir.
Deməli məktəb rəhbəri inzibati – amirlik
deyil üslubuna deyil, demokratik idarəetmə
prinsiplərinə istinad edərsə, təbii ki, ümumtəhsil
məktəbinin keyfiyyət göstəriciləri də yüksək
olacaqdır. Məktəbin demokratik əsaslarla idarə
edilməsi şablon üsullara, universal göstərişlərə
söykənmədiyindən bu prosesdə bir çox aspectlə-
rin nəzərə alınması vacibdir (1, s. 164).
“Təhsili müəssisələrində iqtisadi maliyyə
müstəqilliyinin və özünümaliyyələşdirmənin in-
kişaf etdirilməsi, demokratik idarəetmədə maliy-
yələşmənin qanuniləşdirilməsi, müəllim, şagird,
valideyn və ictimaiyyət nümayəndələrinin idarə-
etmə sahəsində nəzəri – psixoloji və praktik tə-
rəfdən hazırlanması, aşkarlıq şəraitində təhsil
müəssisəsi rəhbərlərinin seçkilərinin keçirilməsi,
qərarların kollegial şəkildə qəbul olunması de-
mokratik idarəetmədə öz əksini tapmalıdır.
Hər bir təhsil müəssisəsinin rəhbəri eyni
zamanda pedaqoji kollektivin üzvüdür, deməli
yəni müəllimlik funksiyasını yerinə yetirir. Ona
görə də pedaqoji kollektivə göstərdiyi təsir ilə,
innovativ təlim texnologiyaların tətbiqi ilə nü-
munə olmalıdır. Demokratik cəmiyyətin inkişa-
fında, millətin gələcəyinin formalaşmasında təh-
silin rolunu və əhəmiyyətini dəyərləndirən hər
bir məktəb rəhbəri öz şəxsi maraq və mənafeyi-
ni ümumi mənafeyə tabe etməli, şəxsi və peşə-
etik qaydalara riayət etməli, kollektivin hər bir
üzvü ilə ədalətli, bərabər, hörmətlə rəftar etməyi
bacarmalı, onları yüksək nəticələr qazanmağa
ruhlandırmalıdır. Hüquqi öhdəliklərə bələd ol-
maqla müəllimlərin, şagirdlərin və valideynlərin
qanuni səlahiyyətlərini tanımalı, onların hüquq-
larına hörmətlə yanaşmalıdır (4, s. 203).
Kollektivdə yarana biləcək münaqişələrin
qarşısını almağa, yaxud artıq yaranmış münaqi-
şələri operativ və obyektiv şəkildə həll etməyə
qabil olmalıdır. Eyni zamanda münaqişəli situa-
siyada təmkinli olmalı, emosional vəziyyətini
tənzimləməyi bacarmalı, həmsöhbətlərinin diq-
qətini istədiyi istiqamətə yönəltməyə nail olma-
lıdır, yəni o, həm də öz vəzifəsinin psixoloqu ki-
mi öhdəsinə düşən işləri müvəffəqiyyətlə yerinə
yetirməyi bacarmalıdır (2, s. 306).
Hər bir məktəb rəhbərinin idarəetmədə
keyfiyyəti təmin də bilməsi üçün bir çox mə-
qamlara diqqət yetirməsi vacibdir.
|