Research papers


Fəridə Tofiq qızı Xudiyeva



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə116/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   112   113   114   115   116   117   118   119   ...   246
elmi-eserler-2022-2-cap

Fəridə Tofiq qızı Xudiyeva 
96 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
XX əsr məktəb direktorlarının təhsil və tə-
lim keyfiyyətinə sahib olan, peşəkar inkişafları-
nı qoruyan, daim özünü yeniləyən, texnologiya-
nı izləyən, məktəbin hər cəhətdən inkişafı üçün 
səy göstərən, cəmiyyət, ətraf mühit və işçilərlə 
yaxşı əlaqələr quran liderlər kimi yetişdiriləcək-
ləri gözlənilir. Çünki güclü bir liderin varlığı 
müvəffəqiyyətli bir məktəb mühitinin formalaş-
masında çox vacibdir. Bu lider fövqəladə gücə 
sahib insan deyil, hər cəhətdən başqalarına təsir 
edə biləcək bir insandır. Liderlik mövzusunda 
aparılan tədqiqatlar göstərir ki, effektiv məktəb-
lərə idarəçilik işini yüksək səviyyədə bilən di-
rektorlar başçılıq edirlər. Müasir təfəkkürlü di-
rektor müəllimi və şagird nailiyyətlərini mərkə-
zə qoyan, məktəbin missiyasını təyin edən, təh-
sil proqramı və tədrisini idarə edən və müsbət 
məktəb iqlimini inkişaf etdirən liderdir. Buna 
görə effektiv rəhbərlik məktəbdə təhsilin key-
fiyyətinin və effektivliyinin artırılmasına öz töh-
fəsini verir. Təsirli bir tədris lideri olmaq üçün 
məktəb direktorunun təhsil və təlim məsələlə-
rində adekvat biliklərə sahib olması da çox va-
cibdir. Müvəffəqiyyətli bir məktəb direktoru ilə 
yanaşı, məktəb binalarının mövcud vəziyyəti
infrastruktur, kifayət qədər işçi heyəti və sinif 
mühitində lazımi avadanlıqların olması effektiv 
təhsilin reallaşmasında rol oynayır. Hələ də uc-
qar kənd məktəblərində müəllim kadrların ye-
tərli olmadığı məktəblərimiz vardır. Belə mək-
təblərdə direktor öz fəaliyyətini digərlərinin və-
zifələrini yerinə yetirməyə sərf edəcək və rəhbər 
kimi əsas vəzifələrini icra edə bilməyəcəkdir. 
Bu da məktəb direktorunun təhsil və təlim 
fəaliyyətini səmərəli həyata keçirə bilməməsi ilə 
nəticələnəcəkdir. Bununla birlikdə məktəb di-
rektorunun əsas funksiyaları işçilər arasında 
düzgün bölüşdürərək məktəbin hər tərəfli idarə 
olunmasını təmin etmək olmalıdır. Bəzi çatış-
mazlıqlar olsa da, gözlənilən təhsil mühiti effek-
tiv məktəb direktorları və fədakar müəllimlər tə-
rəfindən yaradıla bilər (3, s. 56). 
İnfrastrukturu, maddi texniki bazası günün 
tələblərinə uyğun olmayan, müəllimlərin və di-
gər işçilərin çatışmazlığı olan bəzi məktəblərdə 
uğurun sirri nə ola bilər? Öyrənənlərin xüsusi 
səyləri və müəllimlərin fədakarlığının bu nailiy-
yətdə rol oynadığı aydındır. Ancaq məktəbin 
digər işçiləri ilk növbədə lider olan məktəb di-
rektorunun səylərini və sədaqətini gördükdən 
sonra səy göstərir. Buna görə hər uğurlu məktə-
bin əsas payı məktəb direktorudur. Odur ki, mü-
vəffəqiyyətli məktəb direktorlarının xüsusiyyət-
lərini araşdırmaq və aşkar etmək lazımdır. 

Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin