Research papers



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə114/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   110   111   112   113   114   115   116   117   ...   246
elmi-eserler-2022-2-cap

Açar sözlər:
 
məktəb, təhsil, idarəetmə, modellər, kollektiv 
 
Резюме: 
Модернизация образования в современный период предъявляет новые требования к 
субъектам управления, особенно к директорам школ. Формирование новой концепции управления 
требует от руководства школы, как лидера, изменить свой стиль управления, отойти от новой адми-
нистративно-командной и перейти к демократическому стилю управления. Третье стратегическое 
направление в «Государственной стратегии развития образования в Азербайджанской Республике», 
принятой 24 октября 2013 года, предусматривает создание прозрачных и эффективных моделей уп-
равления, привлечение к управлению профессиональных руководителей школ. 
Ключевые слова:
 школа, образование, управление, модели, коллектив 
 
Summary: 
Modernization of education in modern times places new demands on management entities, 
especially school principals. The formation of a new concept of governance requires that the school leadership, 
as a leader, change its management style, move away from the new administrative command and adopt a 


Fəridə Tofiq qızı Xudiyeva 
94 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
democratic style of governance. The third strategic direction in the “State Strategy for the Development of 
Education in the Republic of Azerbaijan” adopted on October 24, 2013 envisages the creation of transparent 
and effective management models, the involvement of professional school leaders in management. 
Keywords:
 school, education, management, models, team 
Kollegial rəhbərliyi üstün tutan, demokra-
tik idarəetmə üslubuna yiyələnmiş məktəb rəh-
bəri, ilk növbədə kollektivdə sağlam mənəvi – 
psixoloji mühit yaratmaq, qarşıya çıxan prob-
lemlərin həllində kollektivin müəllimlərin bu 
qüvvələrində istifadə etməyi, məktəb – ailə – 
ictimaiyyət üçlüyünün səmərəli əməkdaşlığını 
təmin etməyi bacarmalıdır. 
Məktəbin idarə edilməsi sahəsində yara-
dılmış uzunillik təcrübə sübut edir ki, yalnız 
kollektivin bütün üzvləri vahid məqsəd uğrunda 
fəaliyyət göstərərsə, biri – birilərinin fikirlərinə 
hörmətlə yanaşarsa, kollektivin qüvvə və im-
kanlarından bacarıqla istifadə olunarsa, müəl-
limlərin yaradıcı potensialı aşkara çıxarılarsa, o 
zaman idarəetmədə keyfiyyət təminatından da-
nışmaq mümkündür. Belə olduqda həlledici mə-
qamlarda pedaqoji kollektivin hər bir üzvü öz 
fikrini bildirmək imkanı əldə edir, qarşılıqlı mü-
nasibətlər sağlam təməl üzərində quruluş, nəti-
cədə hər bir müəllim məktəb rəhbərinin ən ya-
xın köməkçisinə çevrilir. 
Rəhbərlik mürəkkəb bir proses olduğun-
dan məktəb direktoru ilk növbədə idarəetmənin 
elmi əsaslarını bilməli, yalnız kollektivə deyil, 
özünə də nəzarət etməli, öz fəaliyyətinə, davra-
nışına tənqidi yanaşmağı bacarmalıdır. 
Hər bir məktəb rəhbəri bütün iştirakçıların 
fəaliyyətini müəyyən etməli, birgə fəaliyyəti də-
yərləndirməli, stimullaşdırıcı tədbirlər həyata 
keçirilməlidir. 
İdarəetmədə valideynlərində iştirak etməsi 
vacibdir. Valideynlər üçün məktəbdə təşkil edi-
lən “Açıq qapı” günlərinin “Valideyn lektoriya-
larında onlar da idarəetmənin funksiyaları, mək-
təbdaxili nəzarətin növləri, məktəbin fəaliyyət 
planı ilə tanış olur, məktəb rəhbərliyinə öz kö-
məklərini göstərirlər. 
Müasir dövrdə idarəetmədə sistemli ya-
naşma üstünlük təşkil edir. Bu baxımdan idarə-
etmədə şagird özünüidarə təşkilatlarının iştirakı 
da vacibdir. 
Deməli məktəb rəhbəri inzibati – amirlik 
deyil üslubuna deyil, demokratik idarəetmə 
prinsiplərinə istinad edərsə, təbii ki, ümumtəhsil 
məktəbinin keyfiyyət göstəriciləri də yüksək 
olacaqdır. Məktəbin demokratik əsaslarla idarə 
edilməsi şablon üsullara, universal göstərişlərə 
söykənmədiyindən bu prosesdə bir çox aspectlə-
rin nəzərə alınması vacibdir (1, s. 164). 
“Təhsili müəssisələrində iqtisadi maliyyə 
müstəqilliyinin və özünümaliyyələşdirmənin in-
kişaf etdirilməsi, demokratik idarəetmədə maliy-
yələşmənin qanuniləşdirilməsi, müəllim, şagird, 
valideyn və ictimaiyyət nümayəndələrinin idarə-
etmə sahəsində nəzəri – psixoloji və praktik tə-
rəfdən hazırlanması, aşkarlıq şəraitində təhsil 
müəssisəsi rəhbərlərinin seçkilərinin keçirilməsi, 
qərarların kollegial şəkildə qəbul olunması de-
mokratik idarəetmədə öz əksini tapmalıdır. 
Hər bir təhsil müəssisəsinin rəhbəri eyni 
zamanda pedaqoji kollektivin üzvüdür, deməli 
yəni müəllimlik funksiyasını yerinə yetirir. Ona 
görə də pedaqoji kollektivə göstərdiyi təsir ilə, 
innovativ təlim texnologiyaların tətbiqi ilə nü-
munə olmalıdır. Demokratik cəmiyyətin inkişa-
fında, millətin gələcəyinin formalaşmasında təh-
silin rolunu və əhəmiyyətini dəyərləndirən hər 
bir məktəb rəhbəri öz şəxsi maraq və mənafeyi-
ni ümumi mənafeyə tabe etməli, şəxsi və peşə-
etik qaydalara riayət etməli, kollektivin hər bir 
üzvü ilə ədalətli, bərabər, hörmətlə rəftar etməyi 
bacarmalı, onları yüksək nəticələr qazanmağa 
ruhlandırmalıdır. Hüquqi öhdəliklərə bələd ol-
maqla müəllimlərin, şagirdlərin və valideynlərin 
qanuni səlahiyyətlərini tanımalı, onların hüquq-
larına hörmətlə yanaşmalıdır (4, s. 203). 
Kollektivdə yarana biləcək münaqişələrin 
qarşısını almağa, yaxud artıq yaranmış münaqi-
şələri operativ və obyektiv şəkildə həll etməyə 
qabil olmalıdır. Eyni zamanda münaqişəli situa-
siyada təmkinli olmalı, emosional vəziyyətini 
tənzimləməyi bacarmalı, həmsöhbətlərinin diq-
qətini istədiyi istiqamətə yönəltməyə nail olma-
lıdır, yəni o, həm də öz vəzifəsinin psixoloqu ki-
mi öhdəsinə düşən işləri müvəffəqiyyətlə yerinə 
yetirməyi bacarmalıdır (2, s. 306). 
Hər bir məktəb rəhbərinin idarəetmədə 
keyfiyyəti təmin də bilməsi üçün bir çox mə-
qamlara diqqət yetirməsi vacibdir. 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin