Dialoqun struktur təbiəti 101
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 S.F. Zanko dialoq nitqinin iki istiqamətdə
öyrənilməsinin zəruriliyini belə əsaslandırır ki,
danışan və dinləyən (və əksinə) öz rollarını də-
yişəndə nitqin interpsixoloji aspekti meydana
çıxır ki, bunun sayəsində dialoq replikaları ara-
sında həm fikrən, həm də linqvistik cəhətdən sıx
əlaqə yaradılmış olur [7].
F.M. Ağayevanın fikrincə, dialoq proble-
mi psixoloji və psixolinqvistik aspektdə də öy-
rənilə bilər. Bu sahədə L.P. Yakubinskidən son-
ra, əsasən, psixoloqlar məşğul olmuşlar. Mə-
lumdur ki, dialoqda intonasiya, tembr, mimika
və s. kimi faktorların çox mühüm rolu vardır və
bunlar bəzən deyilən sözlərdən, cümlələrdən da-
ha artıq əhəmiyyət kəsb edir. Odur ki, psixoloji
faktlar linqvistik hadisələri kölgədə qoyur, yəni
intonasiya, mimika və s. sözün, ifadənin məna-
sına üstün gəlir, onu tamamilə dəyişdirmiş olur.
Bütün bunlar dialoq nitqinin psixolinqvistik isti-
qamətdə tədqiqini zəruriləşdirir [1, s. 14-15].
Dialoqu birtərəfli, yəni yalnız struktur-sin-
taktik cəhətdən tədqiq etmək kifayət və doğru
deyildir. Çünki dialoq nitqi ümumi dilçilik pla-
nında öyrənilməli olan çoxcəhətli bir hadisədir
[6, 3]. Odur ki, dialoqun yalnız formal-struktur
istiqamətdə təsvirini verən əsərlər hazırkı inki-
şaf səviyyəsi baxımından dilçiliyi təmin edə bil-
məz. Dialoq sadəcə informasiya və kommunika-
siya vasitəsi olmayıb, həm də mürəkkəb və çox-
şaxəli hadisədir. Dilçilər dialoqun struktur-sin-
taktik xüsusiyyətlərinə daha çox diqqət yetirdik-
ləri üçün dialoq nitqində istifadə olunan dil və
nitq vahidlərinin yaranması və işlənilməsi me-
xanizmi tam şəkildə açıla bilmir. F.M. Ağayeva
haqlı olaraq bu cəhətləri nəzərə alaraq dialoqun
ikiplanlı (dil və nitq planı) linqvistik və psixolo-
ji bir hadisə olduğunu, forma və funksiya ilə
dialektik birlik təşkil etdiyi üçün bu hadisənin
müxtəlif əlamətlərinin kompleks şəkildə öyrə-
nilməsinin zəruriliyini də nəzərə çatdırır [7, s. 2].
L.P. Yakubinski dialoqun xarakterik cə-
hətlərini “növbələşən, tez-tez əvəz edilən, bir-
birinə qarşılıqlı təsir göstərən, bir-birindən asılı
olan formalar birliyi” sayır [3].