Research papers



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə119/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   115   116   117   118   119   120   121   122   ...   246
elmi-eserler-2022-2-cap

Ключевые слова:
 диалог, речь, язык, психологический, лингвистический, монолог 
Summary.
The emergence and development of linguistics has always been associated with other areas 
of science. One of the sciences connected with linguistics is psychology. Thus, since language is a product of 
human thought, it is also organically linked to psychology. Speech is studied in language as a system, in 
psychology as an ability. Against the background of these relations, the types of speech are studied - 
dialogical and monologue speech. Dialogues solve very important tasks in human life. Society cannot do 
without dialogue. The most important problems are solved through dialogues. 
Keywords: 
dialogue, speech, language, psychological, linguistic, monologue 
 
Azərbaycan dilinin nitq problemləri ən ak-
tual və gündəlik qayğıya ehtiyacı olan sahələr-
dəndir. Nitq problemləri çoxaspektli olub xalqın 
ümumi mədəniyyətindən ayrılmazdır, onun tər-
kib hissəsi, təfəkkürünün ifadəsidir. 


Rahilə Mirzəli qızı Məmmədova 
98 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
Tətbiqi sahə olan nitq problemləri hər 
hansı konkret bir dilin orfoepik, orfoqrafik, lek-
sik, qrammatik və üslubi normalarını müəyyən 
edən nəzəri ümumiləşdirmələr və praktik tədbir-
lər sistemidir. 
Dilçiliyin yaranması və inkişafı həmişə di-
gər elm sahələri ilə əlaqəli olmuşdur. Dilçiliyin 
əlaqədə olduğu elmlərdən biri də psixologiyadır. 
Belə ki, dil insan təfəkkürünün məhsulu oldu-
ğundan psixologiya ilə də üzvü şəkildə bağlıdır. 
Dil cəmiyyətdə üç mühüm funksiyanı ye-
rinə yetirir: 1) ictimai-siyasi təcrübəni yaratmaq, 
ötürmək və mənimsəmək vasitəsi rolunu oyna-
yır; 2) kommunikasiya rolunda çıxış edir; 3) in-
tellektual fəaliyyət vasitəsi olur. Dilin həmin 
funksiyaları nitq prosesinin də istiqamətini 
müəyyənləşdirir [6, s. 47]. 
Dialoji və monoloji nitq sonuncu funksi-
yaya söykənərək öyrənilir. 
Məlumdur ki, psixolinqvistika iki elmin – 
psixologiya və linqvistika elminin qovuşuğunda 
meydana çıxmışdır. Bu qovuşuq elm psixoloji 
məfhumlar, anlayışlar sistemini dil araşdırmala-
rı ilə bağlı dilçilik elminin əldə etmiş olduğu 
çox mühüm praktika ilə birləşdirir və dil vahid-
lərinin nitq fəaliyyətinin həyata keçməsi mexa-
nizmi və formaları ilə əlaqəsini, münasibətlərini 
açmağa səy göstərir. 
Nitqin həm psixoloji, həm də linqvistik tə-
rəfləri mövcuddur. Bu baxımdan nitqin psixolo-
giyası, nitqin linqvistikası bir obyektdə birləşə 
bilir və hər ikisi nitqin şərait və situasiyalarını 
aydınlaşdırır. Dilçi nitqin dildə ifadə vasitələri 
sistemini üzə çıxarır. Psixoloq isə nitqin törəmə, 
formalaşma prosesini araşdırır, nəticələr çıxarır. 
Göründüyü kimi, bu konkret obyektə (nitqə) dil-
çi və psixoloqun yanaşma tərzi müxtəlifdir. 
Məntiq və psixologiya elmi nitqin təşkilini öyrə-
nir, dilçi isə nitqin təşkili mexanizminin sadə 
mərhələlərini, səviyyələrini tədqiq edir. “Dilçi 
təfəkkür-nitq aktlarında hər hansı şəraitdə hər 
hansı birinin hər hansı nitq təşkilində ümumi 
olanını seçir, ayırır, nitq axınının daxili qurulu-
şunu xarakterizə edən dil vasitələrini axtarıb ta-
pır. Buna görə də dilçilik elminin daxili qurulu-
şunu məhz dilin sistemi təşkil edir” [6]. 
Psixoloji cəhətdən nitqin mexanizmi və 
prosesin qarşılaşdırılması ön sıraya çəkilir. Psi-
xologiyada nitq proses kimi öyrənilir. Dilçilikdə 
nitq dil sistemi (predmet) kimi tədqiq olunur. 
Dilçilikdə nitqin mexanizmi, psixologiyada nit-
qin inkişaf prosesi öyrənilir. Psixologiya nitq 
mexanizmini təhlil süzgəcindən keçirərkən ün-
siyyət prosesi üçün relevant olan xüsusiyyətləri 
və nitqin formalaşmasında əks olunmayan, yal-
nız kommunikasiyanı müşayiət edən səciyyəvi 
cəhətləri fərqləndirir. 
Nitq dildə sistem kimi, psixologiyada qabi-
liyyət kimi öyrənilir. Bu münasibətlər fonunda nit-
qin növləri − dialoji və monoloji nitq tədqiq edilir. 
Nitq qabiliyyətindən danışan müəlliflərin 
fikrincə, bu qabiliyyət xüsusi quruluşa malikdir 
və nitq qabiliyyətinin dil modelindən fərqlənən 
xüsusi modelini qurmağın zəruri olması nəticə-
sinə gəlsək, onda belə bir sual meydana çıxır: 
bu modelin dil modelinə münasibətini hansı elm 
öyrənməlidir? Məlum olduğu kimi, bu modellə-
rin “qovuşuğu” nə ənənəvi dilçiliyin, nə də ənə-
nəvi psixologiyanın predmetinə daxildir. Həm 
dilçilikdən, həm də psixologiyadan fərqlənən, 
eyni zamanda onlardan nə isə götürən psixolinq-
vistika elminin yaradılması zərurəti də məhz bu 
faktordan irəli gəlir. Beləliklə, psixolinqvistika-
nın “iki üzü” vardır: o, dildə dil qabiliyyəti xü-
susiyyətləri ilə şərtlənənləri psixikada, nitq 
kommunikasiyası prosesi baxımından relevant 
olanları isə dil qabiliyyətində görür. Psixolinq-
vistika predmeti dil sistemi (dil predmet kimi) 
və dil qabiliyyəti arasındakı münasibət olan 
elmdir [3, s. 315]. 
İnsanın nitq fəaliyyətini də dilçilik və psi-
xologiya öyrənir. Burada 3 cəhət ortaya qoyu-
lur: motivli nitq, məqsədli nitq və israrlı nitq. 
Beləliklə, nitq fəaliyyəti psixolinqvistikanın ob-
yektinə çevrilir. Nitq fəaliyyətində qlobal ob-
yekt kimi dilçilik bir cəhətini, psixologiya başqa 
cəhətini modelləşdirir. Sadə şəkildə desək, dilçi-
lik elmi nitq fəaliyyəti üçün spesifik olanla ma-
raqlanır, psixologiya isə nitq fəaliyyətində hər 
hansı bir fəaliyyət üçün ümumi olanları öyrənir. 
Psixolinqvistika nitq fəaliyyətini kompleks öy-
rənmək üçün lazım olan anlayışlar, məfhumlar 
sisteminə malikdir. Belə bir tam nəticəyə də gəl-
mək olar ki, bütövlükdə nitq fəaliyyəti və onun 
kompleks modelləşdirilməsi qanunauyğunluqla-
rı psixolinqvistikanın predmetini təşkil edir. 
“Dilçilik və psixologiya sahəsində aparı-
lan nəzəri araşdırmalarda təfəkkür və nitq prob-
leminin mərkəzində fikirlə söz arasındakı əlaqə 
və münasibət dayanır. Uzun müddət həm psixo-



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin