Dialoqun struktur təbiəti 99
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 logiyada, həm də linqvistikada onların kəsişdiyi
nöqtədə məskunlaşan müxtəlif hadisələrin ato-
mistik və funksional təhlili nəticəsində üzvi şə-
kildə bağlı olan anlayışlar bir-birindən ayırmış
şəkildə öyrənilmiş və buna görə də bütöv struk-
turun, yaxud da bu strukturu təşkil edən kompo-
nentlərin birliyi, bütövlüyü, obyektdəki real ma-
hiyyəti diqqətdən kənarda qalmışdır.
Elmin tarixində təfəkkür və nitqlə bağlı
söylənmiş mülahizələr iki qütb arasında cəmlə-
şib: nitq və təfəkkür (söz və fikir) tamamilə ey-
niləşdirilib, yaxud bunlar bir-birindən mütləq
şəkildə ayrılıb, müxtəlif hadisələr kimi təhlilə
cəlb olunub. Psixolinqvistikada fikir=nitq+səs
formulu müasir psixologiya elmində indi də bir
çox alimlər tərəfindən (məs.: Amerika psixo-
linqvistləri) qəbul edilir. Buradaca qeyd edək ki,
müəyyən bütövü tərkib hissələrinə parçalayıb,
hadisələrin ayrı-ayrılıqda təhlili və hər bir hissə-
nin mahiyyətini, əlamətlərini, xassələrini müəy-
yənləşdirmək, sonra nəticələri bütövə şamil et-
mək həmişə özünü doğrultmur. Çünki bütövü
təşkil edən hissələrin ayrı-ayrılıqda malik oldu-
ğu xassə, bütövün daxilində keyfiyyətcə dəyişir,
yeniləşir, kəmiyyətcə birləşmə yeni keyfiyyət,
yeni əlamət qazanır” [3, s. 112].
İndi psixoloji postulatlar dilə tətbiq olunur
və yaxud əksinə. Qovuşan postulatlar psixolinq-
vistika deyilən elmin formalaşmasında mühüm
rol oynayır. Psixolinqvistikanın müştərək möv-
zuları ortaya çıxır və öz təhlilini gözləyir. Hə-
min mövzulardan biri dialoji və monoloji nitq
problemidir.
“Dialoq” termini yunan dilindəki “
dialo- gos ” sözündən olub replikaların bir-biri ilə əvəz-
lənməsi ardıcıllığı (geniş mənada replikalar – ca-
vabın hərəkətlərlə, jestlərlə və s. ifadəsi) anla-
mındadır. Bu termin haqqında xarici sözlərə dair
lüğətlərdə iki fikirlə qarşılaşmaq olur: 1) dialoq −
iki və ya bir neçə şəxs arasında olan söhbət, dram
əsərlərində nitqin təşkilinin əsas forması; 2) ədə-
bi əsər, danışıq forması (4, s. 120). O.S. Axman-
ovanın lüğətində dialoqun təbiəti belə açılır:
“Dialoq – nitqin bir formasıdır, orada hər bir söy-
ləm həmsöhbətə doğru istiqamətlənir. Dialoq nis-
bi qısalığı, lakonikliyi ilə səciyyələnir və sintak-
tik quruluşu təmin edir” [5, s. 132].
Dialoq: 1) iki və ya daha çox şəxsin ara-
sında olan söhbət və dramatik əsərlərin əsas nitq
formasının təşkilidir; 2) söhbət şəklində yazıl-
mış ədəbi əsərdir.
Dialoq – iki və ya daha çox həmsöhbət
arasında elə bir interaksiya formasıdır ki, bu za-
man həmsöhbətlər öz replikaları ilə qarşı tərəfin
replikalarına cavab verirlər və ya əksinə, qarşı
tərəflər reaksiya (hətta bunu birbaşa istəmədiyi
bir halda) bildirməyə cəhd edirlər. Bu nitqin nö-
vündə hər bir ifadə birbaşa müraciət edilənə yö-
nəldilir. Digər tərəfdən, dialoq öz sintaktik qu-
ruluşuna görə ayrı-ayrı ifadələrinin məhdud nis-
bi müxtəsərliyi və sadəliyi ilə fərqlənir.
Dialoq formaları tarixən antik dövrün
alimlərinin (Ksenofont, Platon, Qaliley, Didro
və b.) maraq dairəsində olmuş, bu haqda müəy-
yən fikirlər söylənmişdir. Dialoq anlayışı və
onun formaları psixoloji tədqiqatlarda psixi pro-
seslərin sosial mexanizmi kimi öyrənilmişdir.
Belə tədqiqatların tarixi XX əsrdən başlanır.
L.S. Vıqotskinin mədəni-tarixi nəzəriyyəsində
interaksionizm, psixoanaliz J. Piajenin genetik
psixologiya nəzəriyyəsində [1; 2, s. 7], M.M.
Baxtinin işlərində və s. araşdırmalarda dialoji
nitqin psixoloji aspektləri nəzərdən keçirilmiş-
dir. Amma bu tədqiqatlarda dialoqun yalnız psi-
xoloji tərəflərinə toxunulduğu üçün linqvistik
aspektləri, demək olar ki, unudulmuşdur.
Dialoqun formaları aşağıdakılardır: müba-
hisə, diskussiya, polemika, teledebat, intervü,
disput.
Əsərdə dialoji nitqə aid olan replikaların
kommunikativ tipləri təhlil edilir və replika cüt-
lüklərinin (replika qruplarının) semantik və
struktur xüsusiyyətləri araşdırılır.
Replikaların öyrənilməsi zamanı biz onla-
rın məqsəddən asılı olaraq kommunikativ yö-
nəltməsinin dəyişməsinə nəzər yetirmişik. Rep-
likaları replika-stimul və replika-reaksiya kimi
növlərə ayırmaq olar. Hər iki növ müəyyən se-
mantik yük daşıyır və informasiya ötürülməsi
məqsədinə xidmət edir.
Replika-stimul, əsasən, həmsöhbətləri fi-
kirlərini ifadə etməyə həvəsləndirir (dəvət edir).
Replikaların ikinci qrupu əvvəlki replikalara
reaksiyadır. Replikalar vasitəsi ilə ötürülən in-
formasiya müxtəlif kommunikativ məqsədlərə
xidmət edir. Replikada obyektin, hadisənin
olub-olmaması haqqında, hadisənin varlığı və
mahiyyəti haqqında, vaxtı haqqında və ya nati-
qin vəziyyətə ümumi münasibəti haqqında mə-
lumat verilə bilər.