Research papers


Məktəbin idarəetmə sistemində məktəb rəhbərinin demokratik idarəetmə üslubu və onun pedaqoji kollektivin formalaĢdırılmasında rolu



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə115/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   111   112   113   114   115   116   117   118   ...   246
elmi-eserler-2022-2-cap

Məktəbin idarəetmə sistemində məktəb rəhbərinin demokratik idarəetmə üslubu və onun pedaqoji kollektivin formalaĢdırılmasında rolu 
95 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
– pedaqoji kollektivin bu və ya digər üz-
vünə tapşırıq verərkən hər kəsin nəyə qabil ol-
duğunu və yaradıcı imkanlarını nəzərə almaq; 
– alınmış nəticələri obyektiv qiymətlən-
dirmək və əməyi stimullaşdıran tədbirlər həyata 
keçirmək; 
– qərarların qəbul edilməsinə, qarşıya qo-
yulmuş məqsədlərin həyata keçirilməsinə peda-
qoji kollektivin hər bir üzvünün ardıcıl olaraq, 
cəlb olunmasını təmin etmək; 
– rəhbərlik etdiyi təhsil müəssisəsinin 
üzvlərinin (əsasən müavinlərinin və müəllimlə-
rinin) pedaqoji səriştəlilik səviyyəsinin yüksəl-
dilməsi üçün müxtəlif seminarlar, müzakirələr 
təşkil etmək, metodiki cəhətdən köməklik gös-
tərmək, onların pedaqoji mühazirələrdə, müxtə-
lif kurslarda, təlimlərdə, layihələrdə iştirakını 
təmin etmək; 
Deməli hər bir məktəb rəhbəri təşkilati
metodiki, pedaqoji bacarıqlarından əlavə həm 
də idarəetmə mədəniyyətinə malik olmalıdır. 
İdarəetmə üsullarının təkmilləşdirməyi, yeni 
idarəetmə modellərini yaradıcı şəkildə tətbiq et-
məyi bacarmalıdır, yeniliklərə açıq olmalıdır. 
İdarəetmə mədəniyyəti təhsil müəssisəsində 
inzibati və social-psixoloji funksiyaların müvəffə-
qiyyətlə yerinə yetirilməsi üçün rəhbərin işgüzar, 
peşə və şəxsi keyfiyyətlərinin məcmusudur. 
Yalnız daim özünütəkmilləşdirməyə çalı-
şan, yeni ideyalar verməyi bacaran qarşılıqlı 
fəaliyyətdə olduğu əməkdaşlarına təsir etməyin 
səmərəli yollarını axtaran rəhbər təhsilin modern-
ləşdirdiyi müasir şəraitdə rəhbərlik etdiyi müəs-
sisəni müvəffəqiyyətlə idarə edə bilər (6,s. 187). 
Növü və səviyyəsindən asılı olmayaraq 
hər bir məktəbin uğurunun əsasını direktor və 
onun fəaliyyəti təşkil edir. Məktəb direktoru 
müəllimlərin və şagirdlərin məktəbə bağlı olma-
sını təmin edərək məktəb mədəniyyətinin for-
malaşmasında mühüm rol oynayır. Məktəb 
direktorları bu vəzifələri müvəffəqiyyətlə yerinə 
yetirmək üçün müəllimlərin və digər işçilərin 
rollarını və gözləntilərini nəzərə almalıdırlar. 
Nəticədə sağlam ünsiyyət qurulmaqla ümumi 
məktəb mədəniyyəti formalaşacaq və təsirli təh-
sil mühiti təmin ediləcəkdir. Məktəb direktoru-
nun uğur qazanması təkcə şagird nailiyyətlərini 
artırması ilə deyil, həm də təsirli təhsil mühiti 
üçün qaynaq təmin etmək, tədrisi planlama pro-
sesində müəllimə dəstək olmaq, məktəbdə yuxa-
rı səviyyələrlə alt bölmələr arasında əlaqə yarat-
maq və şagirdlərdə təlim mədəniyyətinin inkişa-
fı istiqamətində səy göstərmək kimi vacib vəzi-
fələri öz üzərilərinə götürmələrindən asılıdır. 
Bundan əlavə, effektiv məktəb direktorları şa-
girdlərin səyləri, təşəbbüskarlıq ruhu və əxlaqi 
dəyərlər ilə ən yüksək səviyyədə təhsil almaları-
nı təmin etməli və məktəbin nailiyyətlərini həm 
məktəb daxilində həm də xaricində olan insanlar 
və təşkilatlarla bölüşməlidirlər. 
Hər hansı məktəbin uğurlu idarəetməyə 
malik olduğunu bilmək üçün həmin məktəbdəki 
fəaliyyət sahələrinə nəzər salmaq kifayətdir. 
Mütəxəssislər apardıqları araşdırmalarda effek-
tiv menecerlərin məktəb mühitində təsirli ünsiy-
yət, açıq və ağlabatan nizam-intizam siyasəti, 
tədrisin uğurlu təşkili, şagird davranışına və mü-
vəffəqiyyətə müsbət təsir göstərən faktorların 
təşviq edildiyi, ortaq fikir və güc paylaşmasının 
mövcud olduğu mühit yaratdıqlarını aşkarlamış-
dır. Həmçinin mütəxəssislər direktorların idarə-
çilik davranışlarına təsir göstərən amilləri 
müəyyən edərkən, onların şagirdləri öyrənməyə 
həvəsləndirmək və təltif etmək, müəllimlərin 
peşə inkişafını təmin etmək və məktəbin məq-
sədlərini inkişaf etdirmək üçün müəllimlərlə 
birlikdə aparılan işdə rəhbərlərin təlimat rəhbər-
liyi çərçivəsində vəzifələrini yerinə yetirdikləri 
müəyyən edilmişdir (5, s. 190). 
Aparılan tədqiqatlarda, müasir məktəbləri 
idarə edəcək məktəb direktorlarının yetərli ol-
ması lazım olan liderlik sahələrini və xüsusiy-
yətləri müəyyən edilmişdir. Məktəb rəhbərləri 
məktəblərinin gələcəyini formalaşdıracaq plan 
və proqramlar hazırlayaraq həyata keçirməli, 
fəaliyyətlərini tədris və şagird nailiyyətlərinə 
yönəlmə prinsiplərinə uyğun qurmalı, etik prin-
siplər və qanuni qaydalara dair təlimatlar ver-
məli olduqları müəyyənləşdirilmişdir. Həmçinin 
aparılan tədqiqatlarda məktəb direktorlarının 
yumor bacarıqlarından istifadəsinin müəllimlə-
rin iş məmnuniyyətinə təsiri olduğunu qeyd edi-
lir. İş yerlərində yumor bacarıqlarını paylaşan 
direktorların bölüşməyənlərə və yaxud az payla-
şanlara nisbətən iş məmnuniyyəti daha yüksək 
olan müəllimlərə sahib olduğu üzə çıxarıldı. Əs-
lində, yumor və səmərəli təhsil mühiti arasında-
kı əlaqəni araşdıran tədqiqatlarda, yumor istifa-
də edən məktəb müdirlərinin mülayim və sağ-
lam bir məktəb iqliminin formalaşmasında mü-
hüm rol oynadığı qənaətinə gəlinmişdir. 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin