Keywords: prisons, resocialization of prisoners, social adaptation, personality of a convicted person, socialization, socio-psychological features GiriĢ Azərbaycanda əvvəllər məhkum olunmuş
şəxslərin təkrar cinayət törətmə hallarında artım
müşahidə olunur. Bu zaman ortaya bir sıra sual-
lar çıxır: Görəsən, məhkumluq həyatı yaşayan
şəxslərin təkrar cinayət törətməsinə səbəb nə-
dir? Vaxtından əvvəl azadlığa buraxılan məh-
kumların seçimi hansı formada aparılır? Məh-
kum azadlığa buraxılmazdan əvvəl onların psi-
xoloji vəziyyəti və yeni həyata təkrar sosiallaş-
ması üçün hansı işlər görülür?
Ümumiyyətlə, məhkum azadlığa buraxıl-
dıqdan sonra onun həyatı əvvəllər azadlıqda
olan həyatdan xeyli fərqlənir. Ailə həyatında,
dostlar əhatəsində, yaşayış yerində bir sıra dəyi-
şikliklər, işlə təmin olunma problemləri, sosial
qınaq, təcrid olma və s. bu kimi hallarla rastla-
şır. Bu kimi halların olması və bunlarla mübari-
zə edə bilməmək, eləcə də sosial dəstəyin olma-
ması insanı təkrar cinayətə təhrik edir. Yəni, cə-
zaçəkmədən azad olan şəxslər cəmiyyətdə özü-
nü doğrulda bilmədikdə, təkrar cinayəti törədə-
rək, özləri üçün müəyyən mənada sığınacaq yeri
olan həbsxanalara qayıdırlar. Məhkumların re-
adaptasiyası isə əslində həbsxananın özündə
başlamalıdır ki, burada məşğuliyyət və vaxtın
dəyərli keçməsi əsas şərtlərdən biridir. Məhz bu
halların təkrar baş verməməsinə görə məhkum
azadlığa buraxılmazdan əvvəl onun yeni həyata
uyğunlaşması üçün psixoloji yardım və sosial
işlər aparılmalı, yeni bilik və bacarıqlara sahib
olması üçün isə maarifləndirə, müəyyən peşəyə
yiyələnmə işləri görülməlidir. Hətta bəzi ölkə
qanunlarında olduğu kimi azadlığa buraxmaz-
dan 6 ay öncə başlayaraq cəmiyyətə daxil olma-
sı üçün məhkumu bacarıq və qabiliyyətlərinə
uyğun işlə təmin edərək gündüzlər işləmək üçün
azadlığa buraxılmalı, axşamlar isə təkrar cəzası-
nı çəkmək üçün həbsxanaya qayıtmalıdır. Belə
bir işin təşkil olunması, məhkumun yeni dəyişən
həyata uyğunlaşmasına, münasibətlərin qurul-
masına, cəmiyyət içərisində müəyyən mövqe
qazanmasına və özünü dəyərli, lazımlı hiss et-
məsinə şəraitin yaradır. Məhz bu hallarda məh-
kum yeni dəyişilmiş həyata daha tez və düzgün
uyğunlaşar. Lakin belə sosial işlərin təşkili ilə
yanaşı ictimaiyyətlə də maarifləndirə işlərinin
aparılması şərtdir.
“Resosializasiya” termini sosiologiya, pe-
daqogika, psixologiya, həmçinin hüquq sahəsin-
də geniş istifadə olunaraq, özündə çox kompo-
nentli məzmunu əks etdirir. Geniş izahlı sosio-
loji lüğətə görə resosializasiya termini ilk ola-
raq, fərdin bütün həyatı boyu istiqamət, məqsəd,
norma və həyat dəyərlərinin dəyişməsi ilə əlaqə-
dar baş verən sosiallaşma başa düşülür; ikincisi,
deviant fərdin kəskin münaqişələr olmadan hə-
yata adaptasiyası prosesi; üçüncüsü, prinsipial
olaraq başqa sosial şəraitə keçidlə əlaqədar və
ya əvvəlki, düzgün mənimsənilməmiş, köhnəl-
miş dəyərlərin yeni dəyər, rol, vərdişlərlə əvəz
olunması prosesi; dördüncüsü, yeni normaların,
dəyərlərin, dünyagörüşlərin və davranış model-
lərinin mənimsənilməsi prosesi və s. [1]
Pedaqogika resosializasiyadan bir vasitə
kimi istifadə edir, belə ki, insana, əvvəl mənim-
sənilənləri əvəz etmək üçün yeni həyat dəyərləri
aşılanır. Bu prosesin istiqaməti, davranış modeli
ümumiyyətlə qəbul edilmiş qaydalardan əhə-
miyyətli dərəcədə fərqlənən insanlara münasi-
bətdə həyata keçirilir. Bu metodun əsas məqsədi
itirilmiş vəziyyəti bərpa etmək və mənfi müna-
sibətləri dəyişdirməkdir.
Rusiya sosioloq, psixoloq, antropoloq,
filosofu İ.S. Konun fikrincə, “resosializasiya”
termini sosial qüvvələrin insana şüursuz və
spontan təsirini ifadə edən “sosiallaşma” termi-
nindən irəli gəlir [2]
. Resosializasiya sosiallaş-
manın növlərindən biridir və yeni dəyərlərin,
normaların, rolların və davranış qaydalarının
mənimsənilməsi prosesidir. Sosiallaşmanın növ-
lərinə həmçinin desosializasiya aiddir, burada
köhnə dəyərlər sistemindən çıxış yolu başa dü-
şülür, bunun bariz nümunəsi isə cinayətin törə-
dilməsidir. Cinayət, ictimai əhəmiyyətli norma-
ların pozulması və cinayət qanunu ilə qorunan
dəyərlərə qəsddir. Cinayətin törədilməsi sub-
yektin müəyyən dərəcədə desosial olduğunun
göstəricisidir: bununla da o, cəmiyyətin təməl
dəyərlərindən imtina etdiyini nümayiş etdirir.