Research papers



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə240/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   236   237   238   239   240   241   242   243   ...   246
elmi-eserler-2022-2-cap

Mədinə Ġsmayılova.
Məktəb və ailənin birgə tərbiyə işi natamam ailələrdə uşaqların tərbiyəsinin mühüm amili kimi
 
Совместное школьно-семейное воспитание как важный фактор воспитания детей в 
неполных семьях 
Joint school-family upbringing as an important factor in raising children in single-parent families
 
190 


TƏQDĠM OLUNAN MƏQALƏLƏRƏ TƏLƏBLƏR 
1. Digər redaksiyalara təqdim olunmamış məqalələr qəbul edilir.
2.
Məqalələr 
son tədqiqatların nəticələrini əks etdirməli, yeni ideyalarla zəngin olmalı, el-
mi məqalələrin yazılışına qoyulan tələblər gözlənilməlidir. 
3. Məqalənin mətni təxminən 6-8 səhifə olmalıdır. Azərbaycan, rus və ingilis dillərində məqaləyə aid
açar sözlər verilir. 
4. Məqalənin mətni Azərbaycan dilində latın əlifbası (Times New Roman), rus dilində krill əlifbası və
ingilis dilində ingilis (ABŞ) əlifbası ilə Times New Roman – 14 şrift ilə 1,5 intervalla yığılmalı, elektron va-
riantı ilə birlikdə (disklə) təqdim olunmalıdır. 
5. Məqalələr üç dildən – Azərbaycan, rus və ingilis dillərindən birində çap olunur. 3 dildə (Azərbay-
can, rus və ingilis) məqalənin xülasəsi təqdim edilir. Xülasədə irəli sürülən başlıca elmi müddəalar, tədqiqat-
dan alınan nəticələr, problemin nəzəri və praktik əhəmiyyəti öz əksini tapmalıdır. 
6. Məqalə aşağıdakı ardıcıllıqla yazılır: birinci sətirdə müəllif(lər)in adı, atasının adı və soyadı; ikinci
sətirdə elmi dərəcəsi və elmi adı (yaxud doktorant də dissertant olması və s.); üçüncü sətirdə iş yeri, vəzifəsi; 
dördüncü sətirdə böyük hərflərlə məqalənin adı. 
Daha sonra bu qaydada həmin məlumatlar rus və ingilis dillərində təkrar edilir. 
7. Həmmüəlliflərin üç nəfərdən artıq olması məqsədəuyğun deyildir.
8. Redaksiya məqalədə zəruri dəyişiklər və ixtisarlar, redaktə aparmaq hüququna malikdir.
9. Məqalələrə iki mütəxəssisin rəyi, şöbə və ya kafedranın, həmçinin ali məktəbin Elmi Şurasının və
ümumtəhsil, yaxud orta ixtisas təhsili müəssisəsinin pedaqoji şurasının iclas protokollarından çıxarışlar əlavə 
olunur. 
10. Məqalədəki faktların, məlumatların dürüstlüyünə müəlliflər cavabdehdir. İrəli sürülən elmi müd-
dəalar müəllifin özünə məxsus olmalı, istifadə edilmiş nəzəri fikirlərin mənbəyi göstərilməlidir. 
11. Məqalədə son 5-10 ildə çap olunan əsərlərə istinadlara üstünlük verilməlidir. Məqalənin sonunda
verilən ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə deyil, istinad olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardı-
cıllıqla nömrələnməli və məsələn, (1) və ya (1, s. 119) kimi işarə olunmalıdır. Eyni ədəbiyyata mətndə başqa 
bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir. 
12. Jurnal öz profilinə uyğun məqalələri dərc edir.
13. Elmi məqalələrin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq aktuallıq əsas-
landırılmalı, elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməlidir. 
14. Daha sonra istinad olunmuş ədəbiyyatın siyahısı verilir.
15. Plagiatlıq faktları aşkar edildikdə həmin məqalənin nəşri dayandırılır.
16. Məqalə müəlliflərinin hüquqları qorunur.
17. Jurnalda “ardı növbəti nömrədə” adı altında seriya məqalələr dərc olunmur.
18. Məqalələrin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa
uyğun gəlməlidir. 
19. Məqalənin sonunda rəyçilərin adı, atasının adı və soy adı, elmi dərəcəsi və elmi adı; sonrakı sətir-
də məqalə müəllifinin elektron ünvanı (E-mail) göstərilməlidir. 
20. Məqaləyə müəllif haqqında aşağıdakı məlumatlar əlavə olunur: məqalə müəllif(lər)inin adı, atası-
nın adı soyadı, işlədiyi müəssisə (hansı müəssisədə doktorant və dissertant olması) və müəssisənin ünvanı, 
müəllif(lər)in vəzifəsi, elmi dərəcəsi və adı, iş və ev telefonları, ev ünvanı, elektron poçt ünvanı (E-mail). 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin