Research papers


Firədun Nadir oğlu Ġbrahimov, Gülnara Qurbanəli qızı Abdurahmanova, Gülnarə Bəhram qızı Qarayeva



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə27/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   23   24   25   26   27   28   29   30   ...   246
elmi-eserler-2022-2-cap

Firədun Nadir oğlu Ġbrahimov, Gülnara Qurbanəli qızı Abdurahmanova, Gülnarə Bəhram qızı Qarayeva 
22 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
minolunma obyektinə çevrilməsinə istiqamətlə-
nən proqramlaşdırılmış və ya proqramlaşdırıl-
mamış müstəqil iş tipi. 
Müstəqil işlərin bu tipinə aşağıdakı növlə-
ri aid edirik: 
1) Materialın tədris, inkişaf, sonrakı 
fəaliyyət üçün faydalılığının dərk olunmasına 
aid müstəqil işlər
2) Əyləncəli və cəlbedici çalarları ilə ma-
terialın öyrənilməsinə şagirdləri istiqamətləndi-
rən müstəqil işlər; 
3) Problemli vəziyyət yaratmağa xidmət 
edən müstəqil işlər; 
2. Biliyin və fəaliyyət üsullarının əsasən 
hazır şəkildə ötürülməsi zamanı tətbiq olunan 
müstəqil işlər tipi (proqramlaşdırılmış və yaxud 
proqramlaşdırılmamış). 
Bu tipə əsasən fikri fəaliyyətə aid olan 
müstəqil işlərin aşağıdakı növlərini aid edirik: 
1) keçmişdə öyrənilmişləri aktuallaşdırma-
ğı və xatırlamağı tələb edən müstəqil işlər,
2) məşqetdirici, mühüm qaydanı və ya qanunu 
oxşar hallara tətbiq etməyi tələb edən müstəqil 
işlər, 3) şərhedici və izahlı müstəqil işlər, 4) əsas-
landırmağı tələb edən müstəqil işlər, 5) alqo-
ritmləşdirməyə aid müstəqil işlər, 6) dəyişdiril-
miş situasiyalarda biliyin tətbiqinə aid müstəqil 
işlər, 7) diskussiya ilə bağlı müstəqil işlər və s. 
Əsasən praktik fəaliyyətə aid müstəqil iş 
növləri: 1) tədris-praktik xarakterli müstəqil iş-
lər: 2) ictimai-praktik xarakterli müstəqil işlər. 
3. Problemli öyrənmə zamanı tətbiq olu-
nan idrak-axtarış (evristik) müstəqil iş tipi. 
Bu tipə aşağıdakı müstəqil iş növlərini aid 
edirik: 
1) Problemli şərhlə bağlı tətbiq olunan 
müstəqil işlər: ziddiyyətlərin aradan götürülmə-
si, açılmamış (müəllimin şərhində) materialı şa-
girdin müstəqil öyrənməsi, ümumiləşdirməni 
yerinə yetirməsi. 
2) Qismən axtarışla bağlı tətbiq olunan 
müstəqil işlər. 
3) Problemli məsələ, sual, çalışmaların 
tətbiqi vasitəsi ilə idarə olunan müstəqil işlər: 
təhrikedici müstəqil işlər; konstruksiyaedici, 
müəyyənləşdirici müstəqil işlər; eksperimental-
axtarış üzrə müstəqil işlər; məntiqi-axtarış üzrə 
müstəqil işlər və s. 
4. Yaradıcı xarakterli müstəqil işlər tipi. 
Bu tip müstəqil işlərin aşağıdakı növlərini 
fərqləndiririk: 1) bədii-obrazlı; 2) elmi-yaradıcı; 
3) konstruktiv-texniki; 4) təcrübi-yaradıcı. 
Nəticə.
Müasir təhsilin həyata keçirilmə 
yoluna tam (təşkilatlanmış sistem) kimi yanaşıl-
ması məntiqidir. Bu sistemdə təhsilalanlar müs-
təqil və qeyri müstəqil idraki fəaliyyətə cəlb 
olunurlar. Bu fəaliyyət növləri təlim sisteminin 
emercent təbiətində asılı olaraq mövcud olur. 
Sözügedən fəaliyyət növləri vahidin tərəfləri ki-
mi mövcuddur. Onlar böyük sistemin-təlim pro-
sesinin altsistemləridir. Burada sistem-struktur 
yanaşma əsasında nəzəri və texnoloji istiqamət-
lərin müəyyənləşdirilməsində, müstəqil işlərin 
seçilməsində, sistem halına gətirilərək istifadə 
edilməsində bu yanaşmaya məxsus dialektikaya 
istinad olunmalıdır. 

Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin