Ключевые слова
: учитель, этика, нравственность, общение, отношение
Summary.
The subject taught by the teacher, the students with whom he communicates and interacts his
daily work and the teacher's lifestyle. The teacher must understand various aspects of teaching, achieve mutual
understanding with other participants in the education system, take into account the subtleties and peculiarities of
the teaching profession, constantly improve their pedagogical skills and professionalism. The main factor
determining the development of education is the pedagogical activity of the teacher, the successful result of which
depends on the correct, ethical organization of their activities. At the heart of all these successes is pedagogical
ethics. Without pedagogical ethics it is impossible to achieve any success. Ethical rules are rules that every teacher
must follow. Ethical concepts, especially pedagogical ethics, are an integral part of our education.
Keywords:
Teacher, ethics, morals, communication, attitude.
Ülviyyə Salam qızı Aslanova
24
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
Müəllimin tədris etdiyi fənn, hər gün ün-
siyyət və münasibətdə olduğu şagirdlər, onlarla
apardığı təlim tərbiyə işləri, yetişdirmələrinin
təhsil nəticələrinin qiymətləndirilməsi, şagirdlə-
rin stimullaşdırılması, ətraf aləmə bilik, elm,
mədəniyyət yayması, öyrətmək, məlumatlandır-
maq, nümunə göstərmək müəllimin gündəlik işi
və həyat tərzidir. Hər gün müəllim tədrisin müx-
təlif tərəflərini dərk etməli, təhsil sisteminin di-
gər iştirakçıları ilə anlaşma əldə etməli, pedaqo-
ji peşənin incəliklərini, səciyyəvi xüsusiyyətləri-
ni nəzərə almalı, özünün daim pedaqoji səriştə-
lilik və peşəkarlıq səviyyəsini yüksəltməlidir.
Təhsilin inkişafını şərtləndirən əsas amil
məhz müəllimin pedaqoji fəaliyyətidir və uğurlu
nəticə də bu fəaliyyətin düzgün, etik qaydalara
uyğun qurulmasından asılıdır. Bütün bu uğurların
əsas təməlində pedaqoji etika durur. Pedaqoji eti-
kaya sahib olmadan heç bir uğur qazanmaq
mümkün deyildir. Etik qaydalar müasir dövrü-
müzdə hər bir peşə sahibinin mütləq yerinə yeti-
rəcəyi qaydalardır. Etik anlayışlar, xüsusilə təh-
sildə pedaqoji etik qaydalar, düzgün davranış
normaları təhsilimizin ayrılmaz tərkib hissəsidir.
Bu gün müstəqil Azərbaycanda təhsilin
yenidən əsaslı şəkildə qurulması, təhsildə keçiri-
lən islahatların qarşıya qoyduğu vəzifələrin mü-
vəffəqiyyətlə yerinə yetirilməsi müəllimin me-
todiki, elmi-pedaqoji hazırlığından, onun işə
fəal və yaradıcı münasibətindən və işinə ustalıq-
la yanaşmasından çox asılıdır. Hər bir müəllim
elmli, məşğul olduğu sahənin bilicisi, eyni za-
manda əxlaqi cəhətdən inkişaf etmiş, xüsusi ya-
radıcılıq qabiliyyətinə malik olmalıdır. Müəllim
tədris etdiyi sahəni, fənni mükəmməl bilməli,
elmə, tədris etdiyi fənninə yaradıcı yanaşmalı,
pedaqoji, psixoloji biliklərə sahib olmalı, ixtisa-
sını dərindən bilməli və yüksək səriştə və peşə-
karlığa, pedaqoji etikaya malik olmalıdır.
Müəllimin verdiyi təhsil cəmiyyətin tərəq-
qisinə qüvvətli təsir göstərir, millətin inkişafına
güclü təsir edir. Necə ki dahi rəhbərimiz, Ulu
Öndər Heydər Əliyev – “Təhsil millətin gələcə-
yidir” ...“ Mən, yer üzündə müəllim adından
yüksək bir ad tanımıram” – demişdir.
Müəllimin həyatı daim təhsillə, oxuyub,
öyrətməklə, insan şüurunu formalaşdırmaqla,
tərbiyə və təhsil verməklə bağlı olub layiqli və-
təndaşlar, hərtərəfli inkişaf etmiş şəxsiyyətlər
yetişdirməkdir.
Etik qaydalar müasir dövrümüzdə hər bir
peşə sahibinin mütləq yerinə yetirəcəyi qayda-
lardır. Etik anlayışlar, xüsusilə təhsildə pedaqoji
etik qaydalar, düzgün davranış normaları ildən
ilə daha da aktual əhəmiyyət kəsb edir.
Etika qədim yunan dilində “şəxsin əxlaqi
baxımdan xasiyyət və xarakteri” mənasını ifadə
edən “ethos” kəlməsindən törəmişdir. Etikanın
əsas mövzusu əxlaq anlayışıdır.
Müəllim qarşına qoyduğu vəzifələri layi-
qincə yerinə yetirməsi üçün onun pedaqoji nor-
malara əməl etməsi, təhsil alanlarla, valideyn-
lərlə, həmkarları ilə, bütün insanlarla yüksək ün-
siyyət mədəniyyətinə, düzgün ünsiyyət və rəfta-
ra malik olmalıdır. Təhsil haqqında Azərbaycan
Respublikasının Təhsil haqqında Qanunun III
fəslində, (1, 40), “Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası” (2)
haqqında ölkə prezidenti, cənab İlham Əliyevin
sərəncamında müəllimin səriştə və peşəkarlığı-
na, əxlaqi görüşlərinə və etik davranış qaydala-
rına xüsusi diqqət və əhəmiyyət verilmişdir.
Müasir dövrdə cəmiyyətimizdə etika, etik
davranış, etik qanunauyğunluq anlayışları ilə
demək olar ki, bütün sahələrdə qarşılaşırıq. Təh-
sil sahəsində islahatların keçirilməsi pedaqoji
etikaya, pedaqoji rəftara, pedaqoji ünsiyyət və
münasibətlərə, davranış normalarına diqqəti da-
ha da artırılmış və Təhsil Nazirliyi bu barədə
xüsusi əmr də imzalamışdır. Azərbaycan Res-
publikası Təhsil Nazirliyinin 16 may 2014-cü il
tarixli əmri ilə təsdiq edilmiş “Müəllimlərin etik
davranış qaydaları”nda deyilir: “Müəllimlərin
etik davranış qaydaları təhsilin bütün səviyyələ-
rində peşə fəaliyyəti zamanı təhsilverənlərin
ümumi davranışını və təhsil prosesi iştirakçıları
ilə qarşılıqlı münasibətlərini tənzimləyən nor-
malar məcmusundan ibarətdir” (3).
Təhsil Nazirliyinin bu dəyərli, mühüm
əmri təhsil işçilərini, pedaqoji elmin tədqiqatçı-
larını bu istiqamətdə daha da fəallaşdırmış və
pedaqoji prosesdə daha uyğun hərəkət və davra-
nışlara diqqət artırılmış və bu barədə dəyərli
əsərlər yazılmışdır (4; 5).
Son dövrlərdə pedaqoji fəaliyyət sahəsində
etik qaydalar, pedaqoji etikaya əməl olunması,
pedaqoji etik qanunauyğunluqlar daha dərindən
araşdırılır. Xüsusilə prof. Akif Abbasovun (6),
prof. Ləzifə Qasımovanın (7), prof. Rüfət Hü-
seynzadənin(8) yeni nəşr olunan “Pedaqogi-
|