Research papers


Müəllimin pedaqoji etikası



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə31/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   27   28   29   30   31   32   33   34   ...   246
elmi-eserler-2022-2-cap

Müəllimin pedaqoji etikası 
25 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
ka”dan dərslik və dərs vəsaitlərində çox haqlı və 
yerində olaraq müəllim şəxsiyyəti, müəllimin ün-
siyyət və mədəniyyəti, müəllim şagird – münasi-
bətləri, pedaqoji etika haqqında çox dəyərli mə-
lumatlar verilmişdir ki, bütün bunlar da nəinki ali 
məktəb müəllim və tələbələri üçün, həmçinin 
ümumtəhsil məktəblərinin məktəb rəhbərləri və 
müəllimləri üçün çox əhəmiyyətli və dəyərlidir. 
Tədqiqatlar göstərir ki, hər bir müəllim 
etik qaydalara nə qədər dərindən bələd olsa, tə-
lim fəaliyyəti də bir o qədər keyfiyyətli olar
təhsilin keyfiyyəti daha da yüksələr. Etika hər 
bir insanın ətraf aləmə ünsiyyət və münasibətin-
dən yaranır. Bu gün isə etikalı, mədəni olmaq, 
gözəl davranışa sahib olmaq hər bir müəllimin 
həm vətəndaşlıq borcu, həm də peşə tələbidir. 
Müəllimin nüfuzu hazırda məktəbi ən va-
cib problemlərindən biridir. Bizim fikrimizcə, 
ibtidai və orta sinif şagirdləri bu nüfuzu hazır 
şəkildə qəbul etmir, onu qazanmaq lazımdır. 
Təcrübə göstərir ki, müəllim nüfuzu olmadan 
mənəvi tərbiyə problemləri də həll edilməmiş 
qalacaqdır. Əlbəttə, müəllim nüfuzu, һər şeydən 
əvvəl, uşaqlara məһəbbət üzərində qurulur və 
öz-özündə tərbiyəedici xarakter daşıyır. Şagird-
lərini sevən һəqiqi tərbiyəçi onları һəyata һazır-
lamalı, cəmiyyətimizin idealları ilə səsləşən 
məqsədlərinə çatmağa çalışmağı öyrətməlidir. 
Uşaqları sevən müəllim onlara һəssas ol-
mağı, gözəlliyi sevməyi və duymağı, xeyirxaһlı-
ğı öyrətməlidir. Özü də söһbət yalnız xeyirxaһ-
lığın və gözəlliyin nə olduğunu izaһ etməkdən 
getmir, məsələ şagirdin xeyirxaһlığı, һəyatda ən 
vacib xüsusiyyət olduğunu dərk etməsində və 
һəqiqi insanlığın bunu һəyata tətbiq etməkdə ol-
duğunu başa düşməsindədir. Özü də bu münasi-
bətin ilk nümunəsi müəllim özü olmalıdır. 
Pedaqoji etikanı, hər şeydən əvvəl müəl-
limlərin mənəvi istiqamətdə hazırlığı maraqlan-
dırır. Çünki, fizika, ədəbiyyat və ya kimya 
müəllimləri dərs deyərkən fənni necə izah etmə-
si onun ixtisas dərəcəsindən, yaradıcılığından, 
biliyindən asılıdırsa, uşaqları necə tərbiyə etmə-
si bütünlükdə siyasi idealları, hətta şəxsi həya-
tından da asılıdır. Təbiidir ki, belə olduqda nor-
mativ qaydalar etik davranış qaydaları daha cid-
di xarakter alır və diferensiallaşdırılmış olur. 
Müəllim, hər şeydən əvvəl, mənəvi cəhət-
dən yetkin, əxlaqca saf, bilikli, dünyagörüşlü in-
san olmalıdır. 
Pedaqoji etikanı ilk növbədə mənəvi mü-
nasibətlər, o cümlədən tərbiyə olunana konkret 
şəxsiyyət münasibəti bəslənməsi, ona məhəbbət 
və hörmət bəslənməsi maraqlandırır. Bu müna-
sibətlər məhz daxili aləmlə həqiqi tanışlığın əsa-
sını təşkil etməlidir. 

Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin