Research papers



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə23/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   19   20   21   22   23   24   25   26   ...   246
elmi-eserler-2022-2-cap

Mövzunun aktuallığı.
IV sənaye inqilabı-
nın çağırışlarına uyğun təhsil məkanının forma-
laşdırılması zərurəti onun həyata keçirilməsi ilə 
bağlı nəzəri və texnoloji istiqamətlərin yenidən 


Firədun Nadir oğlu Ġbrahimov, Gülnara Qurbanəli qızı Abdurahmanova, Gülnarə Bəhram qızı Qarayeva 
18 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
işlənilməsini aktuallaşdırır. Təbii olaraq gündə-
mə gəlir ki, sözügedən təhsilin həyata keçirilmə 
yolu kimi dərk olunan təlim sisteminin təbiəti-
nin açılması, yeni yanaşmaların aşkarlanması 
nəzəri və texnoloji araşdırmaları tələb edir. Elə 
bir təlim sistemi formalaşdırılmalıdır ki, bu sis-
temə tərəf kimi daxil olan təhsilalan XXI əsrin 
tələblərinə uyğun yaradıcı şəxsiyyətə məxsus 
keyfiyyətləri əxz etmiş olsun. Bu cəmiyyətə 
mənsub şəxs təlim prosesində yaradıcılıq təcrü-
bəsinə, müstəqil düşünmə və dərkolunanlara 
münasibət təcrübəsi əldə etməlidir. Təlim prose-
sində təhsilalan tədris situasiyasına daxil olaraq 
müstəqil idraki fəaliyyətin subyekti kimi tərbiyə 
olunmalıdır. Müasir təhsil məkanına uyğun tə-
lim prosesində müstəqil işin təşkilinin nəzəri və 
texnoloji istiqamətləri yetərincə tədqiq olunma-
mışdır, elə bu səbəbdəndir ki, praktikada sübut 
olunduğu kimi, ümumtəhsil almış şəxslərin üs-
tün hissəsi müstəqil idraki funksiyaları yerinə 
yetirməkdə çətinlik çəkir. Odur ki, müasir şə-
raitdə reallaşdırılan təlim prosesində müstəqil 
işlərin tətbiqinin nəzəri və texnoloji istiqamətlə-
ri müəyyənləşdirilməlidir, sözügedən yönümdə 
mövcud olan “boşluq” aradan götürülməlidir. 
Tədqiqat işinin interpretasiyası.
Şəxsiyyə-
tin fəaliyyətində dörd istiqamət özünü daha çox 
büruzə verir: özünü və onu əhatə edən aləmi də-
yərləri ilə dərketmə fəaliyyəti; bəşərin əldə etdik-
lərini özünəməxsusluqla mühafizəetmə fəaliyyə-
ti; aləmi və özünü bioloji varlıqdan sosial varlığa 
yüksəlmə dərəcəsinə müvafiq dəyişdirmə fəaliy-
yəti; bəşəri dəyərlərlə normallaşdırılan münasi-
bətə daxilolma fəaliyyəti. 
Professor L.B. İtelson belə hesab edir ki
bu və ya digər istiqamət üzrə fəaliyyətin sadə 
bir cari məsələni həll etməyə yönəlmiş nisbətən 
bitmiş elementi iş adlandırılır. Bizcə, şəxsiyyə-
tin fəaliyyətinə bir sistem kimi yanaşılması ba-
xımından burada “nisbətən bitmiş elementi” ter-
mini əvəzinə onun “altsistemi” ifadəsinin işlə-
dilməsi daha məqsədəuyğun olardı [2, s. 169]. 
Şəxsiyyətin fəaliyyət sisteminin altsistemi 
olan iş subyekt tərəfindən müstəqil və yaxud 
qeyri-müstəqil yollarla icra oluna bilər. Fəaliy-
yətlə onun altsistemi olan iş arasında dialektik 
bağlılıq mövcuddur. Söylədiklərimiz təlim 
fəaliyyəti və onun altsistemlərinə də tamamilə 
aiddir. Təlim prosesində şagird cari bir məsələni 
həm müəllimin müdaxiləsi ilə, həm də bilavasi-
tə kömək olmadan, əqli və əməli fəaliyyət gös-
tərərək sərbəst yerinə yetirə bilər. İkinci hal 
müstəqil iş anlayışında öz mahiyyətini saxlayır. 
“Müstəqil iş” anlayışının dərki və mahiy-
yətinin açılması şagirdlərin idrak fəallığının və 
fəaliyyətinin psixoloji əsasını təşkil edən “təfək-
kürün müstəqilliyi” anlayışı ilə sıx bağlıdır. Tə-
fəkkürün müstəqilliyinin mahiyyətinin dərki 
müstəqil işin mahiyyətini dərk etməyə imkan 
verməklə yanaşı, şagirdlərin müxtəlif yaş qrup-
larında müstəqilliyinin dərəcəsini müəyyənləş-
dirməyə imkan verir ki, bunsuz praktikada şa-
girdlərin müstəqil işini təşkil etmək olmaz. 
Təlim prosesində şagirdlərin müstəqil işini 
təşkil etmək üçün təfəkkür müstəqilliyinin elmi-
psixoloji mahiyyətini düzgün dərk etmək lazımdır. 
Təfəkkürün müstəqilliyi şagirdlərin müs-
təqil işlərinin psixoloji əsasını təşkil etməklə ya-
naşı, praktikada əqlin çox geniş xassəsidir və 
tənqidilik də daxil olmaqla əqlin bir sıra başqa 
xassələrini də özündə əks etdirir. Əqlin tənqidi-
lik xassəsinin iştirakı olmadan təfəkkürün müs-
təqil fəaliyyəti, müstəqil idrak prosesi, şagirdlə-
rin müstəqil işi ola bilməz. Əqlin tənqidi xassəsi 
müstəqillik fəaliyyətində ona görə zəruridir ki, 
şəxsiyyət özü-özünə qiymət verə bilsin, fəaliy-
yətinin nəticələrini götür-qoy edib müqayisə et-
sin, səhvləri, nöqsanları göstərsin, məsələni həll 
etmək üçün seçilmiş yolun doğruluğunu yəqin 
etsin. Belə olmazsa, müstəqilliyə təfəkkürün 
tam, dolğun xassəsi demək çətindir. 
Lakin təfəkkürün müstəqilliyini təkcə tən-
qidilik ilə məhdudlaşdırmaq fikri ilə razılaşma-
yanlar da vardır. Məsələn, S.L. Rubinşteyn belə 
hesab edir ki, təkcə əqlin tənqidiliyi deyil, bir sı-
ra başqa psixoloji qabiliyyətlər də təfəkkürün 
müstəqilliyinin fəaliyyəti dairəsinə daxil edilir 
[7, s. 525]. Onların arasında, hər şeydən əvvəl, 
iradəni qeyd etmək lazımdır, baxmayaraq ki, 
psixoloqlar “müstəqilliyi” iradənin mühüm xü-
susiyyəti hesab edirlər. M.M. Mehdizadə bu fi-
kirlə razılaşaraq qeyd edir ki, şagirdlərin müstə-
qil işi hər hansı variantda olsa belə, müəyyən 
çətinliklərlə qarşılaşır. Bunları yox etmək lazım-
dır. Məlumdur ki, iradi keyfiyyətləri zəif olan 
şagird qarşısına qoyulmuş vəzifənin öhdəsindən 
gələ bilmir [3, s. 184]. Beləliklə, iradi fəaliyyət 
də müəyyən mənada təfəkkür müstəqilliyinin 
komponentinə çevrilir. 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin