ġagirdin təlim fəaliyyətinin altsistemləri arasında münasibətlər
17
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022
ğı vurğulanır. Göstərilir ki, sözügedən təhsilin həyata keçirilmə yolu kimi dərk olunan təlim sisteminin təbiə-
tinin açılması, yeni yanaşmaların aşkarlanması nəzəri və texnoloji araşdırmaları tələb etməsinə baxmayaraq
müasir təhsil məkanına uyğun təlim prosesində müstəqil işin təşkilinin nəzəri və texnoloji istiqamətləri yetə-
rincə tədqiq olunmamışdır və bu səbəbdəndir ki, praktikada sübut olunduğu kimi, ümumtəhsil almış şəxslə-
rin üstün hissəsi müstəqil idraki funksiyaları yerinə yetirməkdə çətinlik çəkir. Odur ki, müasir şəraitdə real-
laşdırılan təlim prosesində müstəqil işlərin tətbiqinin nəzəri və texnoloji istiqamətləri müəyyənləşdirilməli-
dir, sözügedən yönümdə mövcud olan “boşluq” aradan götürülməlidir.
Müasir təhsilin həyata keçirilmə yoluna tam (təşkilatlanmış sistem) kimi yanaşılması məntiqidir. Bu
sistemdə təhsilalanlar müstəqil və qeyri müstəqil idraki fəaliyyətə cəlb olunurlar. Bu fəaliyyət növləri təlim
sisteminin emercent təbiətində asılı olaraq mövcud olur. Sözügedən fəaliyyət növləri vahidin tərəfləri kimi
mövcuddur. Onlar böyük sistemin-təlim prosesinin altsistemləridir. Burada sistem-struktur yanaşma əsasında
nəzəri və texnoloji istiqamətlərin müəyyənləşdirilməsində,
müstəqil işlərin seçilməsində, sistem halına gətiri-
lərək istifadə edilməsində bu yanaşmaya məxsus dialektikaya istinad olunmalıdır.
Dostları ilə paylaş: