Research papers


Müdafiə Cəmil oğlu Mahmudov



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə18/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   14   15   16   17   18   19   20   21   ...   246
elmi-eserler-2022-2-cap

Müdafiə Cəmil oğlu Mahmudov 
14 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
rindən kənarlaşdırmışdır. Bu insanlar tutduqları 
vəzifə imkanlarından istifadə edərək onlara mü-
raciət edən insanları incidir, bezikdirir və ya 
elmdə, təhsildə saxtakarlıq yolu ilə millətin gə-
ləcəyinə zərbə vuraraq öz həyatının firavanlığı-
na çalışırlar. Ölkəmizdə belə qurumlar çoxdur. 
İşə götürülənlər sorğu-sualla götürülür, 
müəllimlər attestasiyadan keçirilir, lakin rəhbər 
işçilər bu prosesdən kənarda qalır, yəni təhsil 
müəssisələri rəhbərlərinin attestasiyası haqqında 
qərar qəbul etməyin vaxtı artıq çatmışdır. 
Ali texniki məktəblərdə ən ciddi problem-
lərdən biri də müəllim hazırlığı ilə bağlıdır. Bu da 
sirr deyildir ki, uzun onilliklərdir ki, bu problemə 
diqqət yetirilmir. Ali texniki məktəblərdə nüfuz 
qazanmış bacarıqlı müəllimlərlə yanaşı, müəllim-
lik peşəsini sevməyən, ixtisasını bilməyən, bu pe-
şəyə təsadüfən gələn müəllimlərin sayı olduqca 
çoxdur. Bunun da təhsilin keyfiyyətinə misilsiz zi-
yan vurduğu aydındır. Hər bir elmi dərəcə almış 
şəxs müəllim peşəsinə yiyələnə bilməz. Müəllim-
lik xüsusi bilik, bacarıq, həvəs və pedaqoji peşə-
karlıq, səriştəlilik tələb edən peşədir. 
Ali texniki məktəblərdə əsas problemlər-
dən biri də müəllim hazırlığı kurikulumu ilə 
bağlıdır. Bu müəssisələrdə aparılan müəllim ha-
zırlığının məzmununda ciddi keyfiyyət dəyişik-
ləri özünü əks etdirməlidir. Hazırki tədris planı 
və proqramları elə tərtib olunmuşdur ki, tələbə-
lər əsasən nəzəri məlumatlar qazanır, tətbiqi 
məsələlərin həllinə diqqət verilmir. Müşahidə-
lərdən aydın olur ki, bəzi ali texniki məktəblərin 
professor-müəllim heyətinin əksəriyyəti peda-
qoji-psixoloji məsələləri, yeni təlim texnologi-
yaları və metodları, lazımi pedaqoji anlayışların 
mahiyyəti haqqında məlumatlara malik deyillər. 
Buna görə də müəllim hazırlığı kurikulumu sis-
teminin təkmilləşdirilməsinin və bilik səviyyələ-
rinin yüksəldilməsi ilə bağlı tədbirlərin həyata 
keçməsi zəruridir. 
Belə bir nəticəyə gəlmək olur ki, indiki 
dövrdə müəllimlərin malik olduğu pedaqoji təh-
sil onların sonrakı fəaliyyətləri üçün kifayət de-
yil, ona görə də pedaqoji təhsilə fasiləsiz proses 
kimi baxılmalıdır. Bu baxımdan ali texniki mək-
təblərdə meydana çıxan problem və nöqsanların 
aktual olanlarından aşağıdakıları göstərmək 
olar: müəllimin sosial statusunun aşağı düşməsi; 
müəllim hazırlığı kurikulumunun olmaması; el-
mi metodik əsasların işlənilməməsi; pedaqoji 
kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi 
üçün səmərəli mexanizmin olmaması; ali, dip-
lomdansonrakı və əlavə pedaqoji təhsil müəssi-
sələrində təhsilin varislik prinsipinə uyğun for-
ma və üsulları mexanizminin pozulması; müəl-
lim hazırlığı kurikulumunun səmərəli idarə edil-
məməsi; fasiləsiz müəllim hazırlığının alternativ 
modellərindən, distant təhsildən istifadə edilmə-
məsi; fundamental və tətbiqi tədqiqatların apa-
rılmasının, elmi istiqamətlərin inkişaf etdirilmə-
sinin stimullaşdırılması və dəstəklənməsinin 
aşağı səviyyədə olması; təhsil sistemində infor-
masiya mühitinin lazımi səviyyədə inkişaf et-
məməsi; texniki təhsil müəssisələrində peşəyö-
nümü üzrə işlərin aparılmaması və bunun üçün 
lazımi mexanizmin olmaması və s. 
Respublikamızda təhsil islahatları Ulu ön-
dər Heydər Əliyevin adı ilə bağlıdır. Dünyanın 
bütün mütərəqqi ölkələrində dövlət xadimlərinin 
və nüfuzlu şəxslərin adına universitetlər var, bu-
na görə də ölkə ali məktəblərinin birinə Ulu Ön-
dər Heydər Əliyevin adının verilməsi məqsədə-
uyğun olardı. 
Müşahidələr göstərir ki, bəzi ali texniki 
məktəblərdə dəqiq fundamental fənləri tədris 
edən professor-müəllimlərin əksəriyyətinin tə-
lim və tərbiyənin prinsip və metodlarından bi-
likləri kifayət dərəcədə deyil. Tədris prosesinin 
müasir tələblərə uyğun qurulması, yeni texnolo-
giyaların və yeni ixtisaslar üzrə pedaqoji inno-
vasiyaların hazırlanması hələ də öz həllini tap-
mayıb, texniki fənləri tədris edən professor-
müəllimlərin əksəriyyətinin pedaqogika və psi-
xologiya elmindən anlayışları qaneedici deyil. 
Çox əfsuslar ki, bu cür kadrlar kafedralara, fa-
kültələrə və digər məsuliyyətli vəzifələrə rəh-
bərlik edirlər ki, bu halda da təlim və təhsilin 
keyfiyyətinin yüksəldilməsindən danışmaq ol-
maz. Qeyd edilənlərlə yanaşı göstərmək lazım-
dır ki, nüfuzlu müəllimlərin cəmiyyətdə yerini 
və rolunu unutmaq olmaz. Aparılan islahatların 
ilk növbədə keyfiyyətli təhsillə nəticələnməsi 
məhz müəllimlə bağlıdır. 
Dünya təcrübəsinə əsaslanaraq qeyd edə 
bilərik ki, ali texniki təhsil müəssisələrində kuri-
kulumların hazırlanması haqqında heç bir irəli-
ləyiş yoxdur. Kurikulum konseptual sənəddir. 
Burda müasir tələblərə uyğun kurikulumlarda 
ali texniki məktəb məzunlarının əldə etdiyi bi-
lik, bacarıq və vərdişlər müəyyən edilir və onla-



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin