Research papers


Müdafiə Cəmil oğlu Mahmudov



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə16/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   12   13   14   15   16   17   18   19   ...   246
elmi-eserler-2022-2-cap

Müdafiə Cəmil oğlu Mahmudov 
12 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
keçirilsin. Bu istiqamətdə əsas rolu ali təhsil 
müəssisələri oynayır. 
Qeyd edək ki, ölkəmizdə real və açıq şə-
kildə ali təhsilin inkişafının həyata keçirilməsi 
ilə bağlı ciddi şəkildə işlər aparılır. Bu halda 
meydana çıxan çətinliklər və nöqsanlar vaxtlı-
vaxtında araşdırılarsa, onda ali məktəblərdə təh-
silin keyfiyyəti də yüksəlmiş olar. Bu isə aparı-
lan islahatların daha da təkmilləşdirilməsinə sə-
bəb olar. 
Qeyd edək ki, ABŞ, Yaponya, Cənubi Ko-
reya, Finlandiya və digər inkişaf etmiş ölkələrdə 
inkişafa təsir edən amillər içərisində təhsilin ro-
lu hiss olunacaq dərəcədə yüksəkdir. Ölkəmizin 
bu ölkələrin qabaqcıl təcrübəsindən istifadə et-
məsi sahəsində son illər xeyli müsbət addımlar 
atılmış, işlər görülmüşdür. Lakin bunlarla yana-
şı, ali təhsil sistemində aparılan islahatlar və 
modernləşmələr prosesində meydana çıxan bir 
sıra çətinliklər və ziddiyyətlər də özünü əks et-
dirir. Təhsilin bütün pillələrində inkişaf fəaliy-
yətini dərindən tədqiq etdikdə aydın olur ki, in-
diki dövrün tələblərinə cavab verən kadrların 
heç də hamısı bu tələblərə cavab verə biləcək 
səviyyədə deyildir. 
“Avropa Birliyi”nə üzv ölkələrdə təhsilin 
inkişafına dair əməli proqramda deyilir ki, Av-
ropa pedaqoji təhsil sistemi çağdaş cəmiyyətin 
ixtisaslı kadrlara olan tələbatını ödəməlidir. Be-
lə bir perspektivə görə inteqrasiya olunan ölkə 
özündə aşağıdakı komponentləri birləşdirməli-
dir: müəllimləri seçmə sistemi; baza təhsilin ser-
tifikasiyası; müəllimlərin peşə üzrə fasiləsiz təh-
silinin inkişafı; müəllimlərin peşə üzrə ixtisasla-
rını artırma imkanları və s. Göstərilən bu prob-
lemlərin hər biri dövlət və hökumətimizin diq-
qətində olmaqla mütəmadi olaraq öz həllini ta-
pır. Möhtərəm Prezidentimiz İlham Əliyevin 
qayğısı və yaxından dəstəyilə təhsilin yenidən 
təşkili və qurulması həyata keçirilir. Lakin onu 
da qeyd edək ki, ali təhsil müəssisələrinin əksə-
riyyətində professor-müəllim heyətinin hazırlığı 
və təkmilləşdirilməsi hələ də öz real həllini tap-
mayıb və onlar da bəzən formal xarakter daşıyır. 
Ali təhsil müəssisələrində tədris mərkəzlərinin 
yaradılmasına böyük ehtiyac vardır. Məlum ol-
duğu kimi, əldə olunan biliklər dəyişilir, tez bir 
zamanda öz əhəmiyyətini itirir, təhsilin paradiq-
ması ona uyğun dəyişilir və buna görə də insan-
ların əldə etdiyi ali təhsil bilikləri də dəyişilir. 
Bu isə, öz növbəsində, mütəxəssislərin ixtisasını 
artırmasını və təkmilləşdirilməsini tələb edir. 
Müəllimlərimizin əksəriyyəti öz vəzifələ-
rini ləyaqətlə yerinə yetirərək təhsil sahəsində 
aparılan islahatların tərəfdarıdırlar. Lakin bu da 
sirr deyil ki, onların bir qismi yenilikləri qəbul 
etmir (və ya edə bilmirlər) öz narazılıqlarını bil-
dirirlər. Onlar keçmiş SSRİ dövründəki metod-
larla işləyir və onlardan istifadə edirlər. Sual 
olunur: nə üçün? Çünki faktlar göstərir ki, yaşlı 
müəllimlərin əksəriyyəti həyata keçirilən yenilik 
və modernləşmələri qəbul edə bilmirlər və yeni-
ni öyrənmələri üçün qüvvələri, bilikləri kifayət 
etmir. Bu cür müəllimlər distant təhsili, ABŞ, 
Qərbi Avropa və s. ölkələrə inteqrasiya olmağı-
mızı sadəcə moda (dəb) kimi qəbul edirlər. Eyni 
zamanda, bu modanı (dəbi) qorxulu hadisə kimi 
qəbul edir və epidemiya ilə müqayisə edərək 
onun yayılmasına qarşı çıxırlar. Müasir inkişaf 
tendensiyaları göstərir ki, informasiya çoxluğu-
nun müəllimin şərhi ilə çatdırılması köhnəlmiş 
və auditoriya-dərs sistemi müasir tələblərə ca-
vab vermir, tələbələrin məktəbdə təhsil almaq 
motivasiyası, müəllimlərin isə marağı kütləvi 
şəkildə yox olur. Müşahidələr göstərir ki, orta 
məktəb məzunlarının ali məktəblərə qəbulun 
qiymətləndirmə prinsipi də tamam dəyişilməli-
dir. Sual olunur: əgər Avropa və mütərəqqi öl-
kələrin ali məktəblərinə inteqrasiyadan danışı-
rıqsa, onda nə üçün onların imtahan qəbul me-
xanizmini tətbiq etmirik? 
Azərbaycanda mövcud olan tələbə qəbulu 
üzrə imtahanların məzmunu orta məktəb təhsili-
nin məzmununa uyğun olmalıdır. Əgər qəbul 
imtahanlarında meydana çıxan boşluqların, çə-
tinliklərin və ziddiyyətlərin nəticələri vaxtında 
təhlil olunarsa, araşdırılarsa, onda orta məktəb-
lərdə təhsilin keyfiyyəti də yüksələr. Dünya 
praktikasına istinad edərək qeyd edə bilərik ki
nə qədər ki, Dövlət İmtahan Mərkəzi Azərbay-
can Respublikası Təhsil Nazirliyinin strukturuna 
daxil deyil, onda təhsil sistemində heç vaxt 
müasir tələblərə uyğun keyfiyyətli təhsil qazan-
maq mümkün olmayacaqdır. 
Ölkəmizin təhsil sistemindəki islahatlar 
təkamül yolu ilə həyata keçirilir və əldə olunan 
bütün nailiyyətlər və məlumatlar ictimaiyyətə 
çatdırılır. Lakin ictimaiyyətə məlum olan elə 
faktlar olur ki, bunlar təhsil sistemindəki isla-
hatların üzərinə kölgə salır. Qeyd edək ki, bir sı-



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin