Azərbaycanda Heydər Əliyev islahatları və təhsildə modernləĢmə 15
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 rın reallaşmasında qarşıya qoyulan məqsədlər
və ona çatmağın yolları müəyyənləşdirilir.
1983-cü ildə ABŞ-da bir qrup ekspertin
adından səslənən “Millət təhlükədədir” məruzəsi
çap edilmişdi. Amerika təhsil sisteminin ciddi
problemlərinə həsr edilmiş və onun inkişafının ge-
ridə qalmasını etiraf edən həmin məruzə həm icti-
maiyyətin, həm də hökumətin diqqətini cəlb etdi.
Məruzəçilər bu sahədə vəziyyətin yaxşılaşması
üçün cəmiyyətin və dövlətin daha geniş fəaliyyət
göstərməsinin katalizatoru oldu. Orta təhsilə və
onun keyfiyyətinə xüsusi diqqət yetirildi.
1993-94-cü illərdə Rusiyanın tanınmış
alimləri tərəfindən dəyirmi stol ətrafında tez-tez
təhsilin keyfiyyətinin yüksəldilməsilə bağlı mü-
zakirələr aparılırdı. Bu zaman prof. B.A. Kudr-
yavçev öz çıxışında qeyd etdi ki, heç vaxt ali
məktəb yüksək nailiyyətlər əldə edə bilməz, o
vaxta qədər ki, orta məktəb məzunları günün tə-
ləblərinə uyğun deyil. Bəzi ali texniki məktəb-
lərdə isə tələbələrin 80-90%-i orta məktəbin ən
sadə anlayışlarını belə bilmirlər, bu zaman hansı
müasir dövrün tələblərinə uyğun gələcək mütə-
xəssis hazırladığından danışa bilərik? Burda de-
yilir:
“Millət təhlükədədir”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Azərbaycan uğurla in- kişaf edən ölkədir. Son illər ərzində biz bütün is- tiqamətlər üzrə böyük nailiyyətlərə imza atmı- şıq. Elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün isə, əlbəttə ki, insanlar hazırlıqlı, gənclər bilikli olmalıdırlar. Əgər in- kişaf etmiş ölkələrin tarixinə və bu gününə bax- saq, görərik ki, o ölkələrdə təhsil, texnologiya, elm inkişaf edir. Biz də bu yolla gedirik. Azər- baycanda gənc nəslin bilikli, savadlı olması öl- kəmizi gücləndirir. Çünki iqtisadiyyatda, səna- yedə, bütün sahələrdə çox gözəl mütəxəssislər lazımdır. Ölkəmizin çox uğurlu inkişaf dinami- kası var. Kadr hazırlığı, mütəxəssislər, peşəkar- lar, əlbəttə ki, bu dinamikaya əlavə güc verəcək. Ona görə təhsilin keyfiyyəti ilə bağlı çox önəmli addımlar atılır, islahatlar aparılır".