Təlim prosesində müəllim-Ģagird münasibətlərinin pedaqoji əməkdaĢlıq əsasında qurulması 47
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 dai sinif şagirdlərinin valideynləri ilə yaradılma-
sı xüsusilə vacibdir. Valideynlər məktəbdə təlim
prosesi və övladlarının gündəlik təlim fəaliyyəti
ilə daha yaxından maraqlanmağa, onların təhsil
prosesinə nüfuz etməyə imkan tapırlar. Müəl-
limlərin valideynlərlə əlaqələrinin yeni formala-
rı yaranır. Valideynlər uşaqlarının təlim fəaliy-
yətinin sadəcə seyirçisi deyil, bilavasitə iştirak-
çısına çevrilir, onların problemləri ilə daha ya-
xından tanış ola bilirlər.
Müəllim-şagird münasibətlərinin düzgün
təşkili təlim prosesini daha da səmərəli və rən-
garəng edir. Yuxarıda qeyd olunanlara istinadən
demək olar ki, müəllim-şagird münasibətində ən
vacib şərt olan pedaqoji əməkdaşlıq vasitəsi ilə
müəllim və şagird fəaliyyətinin dinamikasını ar-
tırmaq mümkündür.
Problemin_aktuallığı__.'>Problemin aktuallığı . Bu gün fəxrlə demək
olar ki, respublikamızda demokratik təhsil quruculu-
ğu dövründə müəllim-şagird arasında qarşılıqlı fə-
aliyyət şəraiti yaranmışdır. Təhsildə demokratik ənə-
nələr gücləndikcə bu fəaliyyət daha da artar, gələcə-
yə uğurla addımlayan əsl şəxsiyyətlər formalaşar.
Təlim prosesində müəllim-şagird münasibətini peda-
qoji əməkdaşlıq əsasında qura bilən müəllim təhsildə
daha yüksək nəticələr əldə edər.
Problemin elmi yeniliyi. Müəllim-şagird ara-
sında qarşılıqlı fəaliyyətin yaranması həm də ənənə-
vi olaraq məktəblə valideyn arasında əlaqələrin yeni
məzmunda qurulmasına şərait yaradır. Belə əlaqələ-
rin ibtidai sinif şagirdlərinin valideynləri ilə yaradıl-
ması xüsusilə vacibdir.
Problemin praktik əhəmiyyəti . Təlim prose-
sində şagird tədqiqatçılığa cəlb olunur, mövzu ətra-
fında araşdırmalar aparır, öyrəndiklərini tətbiq edir,
müqayisə və təhlillər yolu ilə fakt və hadisələri mən-
tiqi təfəkkürə əsaslanaraq qiymətləndirirlər.
Ədəbiyyat: 1.
Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı. – Bakı, – 1999.
2.
Veysova, Z. Fəal / İnteraktiv təlim: müəllimlər üçün vəsait. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu
(UNİCEF), 2007).
3.
Əlizadə, Ə.Ə. Yeni pedaqoji təfəkkür (psixopedaqoji araşdırmalar. – Bakı: Adiloğlu, – 2001.
4.
Mehrabov, A.O. Azərbaycan təhsilinin müasir problemləri. – Bakı: Mütərcim, – 2007.
5.
Paşayev, Ə.X. Pedaqogika. Yeni kurs. / Ə.X. Paşayev, F.A. Rüstəmov – Bakı: Nurlan, – 2007.