Akif Məmməd oğlu
Məmmədov
44
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
Azərbaycan Respublikasında
Təhsil sahə-
sində İslahat Proqramının qəbul olunmasından
sonra təlim prosesində yeni yanaşmalar dövrü
başlandı. İslahat Proqramının tələbləri baxımın-
dan yeni bir quruluşun – cəmiyyətin formalaş-
ması və müasir təfəkkürün formalaşması zərurə-
ti yarandı. Təhsildə bir sıra yeni yanaşmalar
meydana gəldi. Demokratik təhsil şəraitində be-
lə yeni yanaşmalardan biri də müəllim-şagird
münasibətlərinin formalaşması oldu. Bu həm də
öz-özlüyündə yeni bir pedaqoji məsələni –
müəllim-şagird münasibətlərinə yenidən baxıl-
masını və onun yeni müstəvidə qurulmasını
meydana çıxardı.
Yeni təhsil siyasətinə və fəal təlimə görə
Azərbaycan təhsilində “demokratikləşdirmə”,
“humanistləşdirmə”,”inteqrasiya”, “diferensial-
laşdırma”, “fərdiləşdirmə”, “humanitarlaşdırma”
kimi Təhsil İslahatının prinsiplərinə
əsaslanaraq,
şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında
müəllim-şagird münasibətləri çox önəmlidir.
Yeni Təhsil Qanunun tələbləri baxımın-
dan müasir təlim şəraitində müəllimin ənənəvi
fəaliyyətində dəyişikliklər baş verib. Onun
funksiyası dəyişib, pedaqoji fəaliyyətində yeni
mövqe yaranıb. Yeni şəraitdə “müəllimin möv-
qeyi – bələdçi” (fasilitator), aparıcı (istiqamət
verən) mövqeyidir. Şagird isə tədqiqatçıdır. Fəal
təlim prosesində şagirdləri biliklərə aparan yol-
da müəllimin bir bələdçi kimi əsas funksiyala-
rından biri də müəllim-şagird münasibətini gü-
nün tələbləri baxımından qurmasıdır. Əslində
bu, müəllim liderliyinin yeni bir formasıdır. Bu
liderlik müəllimlə
şagirdin təhsilin məqsədinə
nail olmağa yönəldilmiş birgə fəaliyyətinə əsas-
lanır. Belə olduğu təqdirdə müəllim nüfuz sahi-
bi kimi sinifdə özünü şagirdlərdən yüksəkdə tut-
mur. Əksinə, müəllim sistemli, ardıcıl və məq-
sədyönlü şəkildə şagirdlərlə əməkdaşlıq edir,
problemli vəziyyəti təşkil edir, tədqiqat məqsəd-
lərinin qoyulmasında şagirdlərə istiqamət verir,
bunların həllində metodik kömək göstərir, bilik-
lərin əldə edilməsi və mənimsənilməsi yollarını
öyrədir. Şagird isə müəllimin istiqamətinə əsa-
sən fəaliyyət göstərir. O, fəaliyyətə məcbur
olunmur, sadəcə təhrik edilir.
Onun mövqeyi
axtarış və kəşf edən, tədqiqatçı xarakteri daşıyır.
Ona görə də müəllimin istiqaməti üzrə şagird
kiçik tədqiqatlara qoşulur, araşdırmalar aparır,
konkret nəticələrə gəlir. Şagird gəldiyi nəticələri
qiymətləndirməklə bir daha bunlara nail olduğu-
na əmin olur.
Göründüyü kimi, istər müəllimin, istərsə
də şagirdin fəaliyyəti subyektlərin fəaliyyəti ki-
mi əməkdaşlıq xarakteri daşıyır. Yəni ənənəvi
təlimdə əsas prinsip kimi qəbul olunan subyekt
– obyekt münasibətindən subyekt – subyekt mü-
nasibətinə keçilmişdir.
Bu münasibətlər müasir
təhsili, məktəbi xarakterizə edən, onun humanist
keyfiyyətini üzə çıxaran əsas əlamətdir.
Yeni təhsil sistemində müəllim-şagird
münasibətləri dialoji mədəniyyətin prinsiplərinə
söykənir. Başqa sözlə, bu münasibətlərin əsasın-
da humanist prinsipin tələbləri dayanır. Belə tə-
ləblər təlim prosesinin psixopedaqoji əsası kimi
xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın gör-
kəmli psixoloqu, mərhum prof. Ə.Ə. Əlizadə bu
məsələdən bəhs edərkən həm şəxsiyyət, həm də
dialoji mədəniyyətin tələbləri barədə belə qəna-
ətə gəlmişdir: “Obyekt mahiyyətcə şəxsiyyət
deyil, insan deyil. İnsan ancaq subyekt kimi,
şəxsiyyət kimi dialoqa girə bilər”. Bu o demək-
dir ki, dialoq məkanına daxil olmaq üçün aşağı-
dakı məqamlar əsasdır:
– insan münasibətləri mənəvi ölçülərə
söykənməlidir;
– adamlar bir-birini şəxsiyyət kimi qavramalı-
dırlar;
– dialoq birgə əməkdaşlıq, birgə yaradıcı-
lıq şəraitində olmalıdır”.
Doğrudan da, dialoji mədəniyyət üçün il-
kin şərt insanlığın anlaşılan və qarşılıqlı başa
düşülən mənəvi prinsipləridir. Bu prinsiplər bü-
tövlükdə insanın həyat
fəaliyyətinin tənzimlən-
məsində həlledici rol oynayır. Dialoji mədəniy-
yətdə müəllim və şagirdlərin bir-birlərini bir
şəxsiyyət kimi qəbul etməsi də başlıca şərtdir.
Bu, onların bir-birini problemi olan, onu həll et-
məyə gücü, qüdrəti çatan, xüsusi bilik, bacarıq
və qabiliyyətli şəxs kimi qəbul etməsi deməkdir.
Belə ünsiyyət müəllim-şagird münasibətinin tə-
lim prosesində əhəmiyyətini daha da artırır.
Müəllim-şagird münasibətin yaranmasında
birgə fəaliyyətdə əməkdaşlığın yaranmasının zə-
ruriliyi xüsusi vurğulanmalıdır. Müəllim-şagird
fəaliyyətində əməkdaşlıq
yeni düşüncə tərzinə
əsaslanan yaradıcılıq aləminin genişlənməsinə
şərait yaradır. Bu, çox əhəmiyyətli və qeyri-adi
bir hadisə kimi, şagirdlərdə birgə fəaliyyətə, elə-
cə də təlim fəaliyyətinə böyük maraq doğurur.