Research papers


учеником в новой системе образования



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə54/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   50   51   52   53   54   55   56   57   ...   246
elmi-eserler-2022-2-cap

учеником в новой системе образования. 
Ключевые слова:
отношения учитель-ученик, навыки, важные в обучении, диалогическая 
культура, педагогическое сотрудничество
 
Summary.
The article discusses the teacher-student relationship, which is one of the most important 
factors in the learning process, especially in the primary grades. At all stages of the learning process, the 
pedagogical skills and their main features that are important for teachers in the formation of teacher-student 
relations are discussed. The importance of the principles of dialogic culture for the high teacher-student 
relations and the achievement of quality results is emphasized. Extensive information was provided on the 
importance of pedagogical cooperation in the proper establishment of teacher-student relations in the new 
education system. 
Key words:
teacher-student relations, skills important in training, dialogical culture, pedagogical 
cooperation 
 


Akif Məmməd oğlu
 
Məmmədov
 
44 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
Azərbaycan Respublikasında Təhsil sahə-
sində İslahat Proqramının qəbul olunmasından 
sonra təlim prosesində yeni yanaşmalar dövrü 
başlandı. İslahat Proqramının tələbləri baxımın-
dan yeni bir quruluşun – cəmiyyətin formalaş-
ması və müasir təfəkkürün formalaşması zərurə-
ti yarandı. Təhsildə bir sıra yeni yanaşmalar 
meydana gəldi. Demokratik təhsil şəraitində be-
lə yeni yanaşmalardan biri də müəllim-şagird 
münasibətlərinin formalaşması oldu. Bu həm də 
öz-özlüyündə yeni bir pedaqoji məsələni – 
müəllim-şagird münasibətlərinə yenidən baxıl-
masını və onun yeni müstəvidə qurulmasını 
meydana çıxardı. 
Yeni təhsil siyasətinə və fəal təlimə görə 
Azərbaycan təhsilində “demokratikləşdirmə”, 
“humanistləşdirmə”,”inteqrasiya”, “diferensial-
laşdırma”, “fərdiləşdirmə”, “humanitarlaşdırma” 
kimi Təhsil İslahatının prinsiplərinə əsaslanaraq
şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında 
müəllim-şagird münasibətləri çox önəmlidir. 
Yeni Təhsil Qanunun tələbləri baxımın-
dan müasir təlim şəraitində müəllimin ənənəvi 
fəaliyyətində dəyişikliklər baş verib. Onun 
funksiyası dəyişib, pedaqoji fəaliyyətində yeni 
mövqe yaranıb. Yeni şəraitdə “müəllimin möv-
qeyi – bələdçi” (fasilitator), aparıcı (istiqamət 
verən) mövqeyidir. Şagird isə tədqiqatçıdır. Fəal 
təlim prosesində şagirdləri biliklərə aparan yol-
da müəllimin bir bələdçi kimi əsas funksiyala-
rından biri də müəllim-şagird münasibətini gü-
nün tələbləri baxımından qurmasıdır. Əslində 
bu, müəllim liderliyinin yeni bir formasıdır. Bu 
liderlik müəllimlə şagirdin təhsilin məqsədinə 
nail olmağa yönəldilmiş birgə fəaliyyətinə əsas-
lanır. Belə olduğu təqdirdə müəllim nüfuz sahi-
bi kimi sinifdə özünü şagirdlərdən yüksəkdə tut-
mur. Əksinə, müəllim sistemli, ardıcıl və məq-
sədyönlü şəkildə şagirdlərlə əməkdaşlıq edir, 
problemli vəziyyəti təşkil edir, tədqiqat məqsəd-
lərinin qoyulmasında şagirdlərə istiqamət verir, 
bunların həllində metodik kömək göstərir, bilik-
lərin əldə edilməsi və mənimsənilməsi yollarını 
öyrədir. Şagird isə müəllimin istiqamətinə əsa-
sən fəaliyyət göstərir. O, fəaliyyətə məcbur 
olunmur, sadəcə təhrik edilir. Onun mövqeyi 
axtarış və kəşf edən, tədqiqatçı xarakteri daşıyır. 
Ona görə də müəllimin istiqaməti üzrə şagird 
kiçik tədqiqatlara qoşulur, araşdırmalar aparır, 
konkret nəticələrə gəlir. Şagird gəldiyi nəticələri 
qiymətləndirməklə bir daha bunlara nail olduğu-
na əmin olur. 
Göründüyü kimi, istər müəllimin, istərsə 
də şagirdin fəaliyyəti subyektlərin fəaliyyəti ki-
mi əməkdaşlıq xarakteri daşıyır. Yəni ənənəvi 
təlimdə əsas prinsip kimi qəbul olunan subyekt 
– obyekt münasibətindən subyekt – subyekt mü-
nasibətinə keçilmişdir. Bu münasibətlər müasir 
təhsili, məktəbi xarakterizə edən, onun humanist 
keyfiyyətini üzə çıxaran əsas əlamətdir. 
Yeni təhsil sistemində müəllim-şagird 
münasibətləri dialoji mədəniyyətin prinsiplərinə 
söykənir. Başqa sözlə, bu münasibətlərin əsasın-
da humanist prinsipin tələbləri dayanır. Belə tə-
ləblər təlim prosesinin psixopedaqoji əsası kimi 
xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın gör-
kəmli psixoloqu, mərhum prof. Ə.Ə. Əlizadə bu 
məsələdən bəhs edərkən həm şəxsiyyət, həm də 
dialoji mədəniyyətin tələbləri barədə belə qəna-
ətə gəlmişdir: “Obyekt mahiyyətcə şəxsiyyət 
deyil, insan deyil. İnsan ancaq subyekt kimi, 
şəxsiyyət kimi dialoqa girə bilər”. Bu o demək-
dir ki, dialoq məkanına daxil olmaq üçün aşağı-
dakı məqamlar əsasdır: 
– insan münasibətləri mənəvi ölçülərə 
söykənməlidir; 
– adamlar bir-birini şəxsiyyət kimi qavramalı-
dırlar; 
– dialoq birgə əməkdaşlıq, birgə yaradıcı-
lıq şəraitində olmalıdır”. 
Doğrudan da, dialoji mədəniyyət üçün il-
kin şərt insanlığın anlaşılan və qarşılıqlı başa 
düşülən mənəvi prinsipləridir. Bu prinsiplər bü-
tövlükdə insanın həyat fəaliyyətinin tənzimlən-
məsində həlledici rol oynayır. Dialoji mədəniy-
yətdə müəllim və şagirdlərin bir-birlərini bir 
şəxsiyyət kimi qəbul etməsi də başlıca şərtdir. 
Bu, onların bir-birini problemi olan, onu həll et-
məyə gücü, qüdrəti çatan, xüsusi bilik, bacarıq 
və qabiliyyətli şəxs kimi qəbul etməsi deməkdir. 
Belə ünsiyyət müəllim-şagird münasibətinin tə-
lim prosesində əhəmiyyətini daha da artırır. 
Müəllim-şagird münasibətin yaranmasında 
birgə fəaliyyətdə əməkdaşlığın yaranmasının zə-
ruriliyi xüsusi vurğulanmalıdır. Müəllim-şagird 
fəaliyyətində əməkdaşlıq yeni düşüncə tərzinə 
əsaslanan yaradıcılıq aləminin genişlənməsinə 
şərait yaradır. Bu, çox əhəmiyyətli və qeyri-adi 
bir hadisə kimi, şagirdlərdə birgə fəaliyyətə, elə-
cə də təlim fəaliyyətinə böyük maraq doğurur. 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin