Akif Məmməd oğlu Məmmədov 46
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022 min akademik və pedaqoji-psixoloji hazırlığı
onun kommunikativ və tədqiqatçılıq bacarıqları-
nın yaranmasının təminatçısıdır. Ona görə də
respublikamızda həyata keçirilən yeni təhsil si-
yasətində müəllim şəxsiyyətində vacib olan bu
bacarıqların, eləcə də bunlarla yanaşı, digərləri-
nin formalaşması məqsədi ilə zaman-zaman fəal
təlim texnologiyalarını inkişaf etdirən təlim
kursları təşkil olunur. Belə təlimlərdə iştirak et-
mək müəllimlərə fəal təlim şəraitini daha səmə-
rəli təşkil və idarə etməkdə çox kömək edir. De-
məli, bu günün müəllimi hər zaman öz peşəkar-
lığını artırmalıdır.
Beləliklə, bu bacarıqlara istinad edə bilən
müəllim məhz müəllim-şagird münasibətlərinin
düzgün qurulmasına nail olur.
Pedaqoji qabiliyyətlərə malik müəllim, tə-
bii olaraq, planlaşdırdığı pedaqoji prosesi yeni
prinsiplərin tələbinə uyğun olaraq demokratik
şəraitdə qurmağa çalışır. Belə şərait isə, öz növ-
bəsində, şagird fəallığına imkan verir. Şagird
müəllimin istiqamətverici tövsiyələri, göstərişlə-
ri əsasında potensial imkanlarını səfərbər edərək
təlim prosesində sərbəst fəaliyyət göstərir,
müəllimin ona bəslədiyi hörmət və ehtiramdan
bəhrələnərək daha da yüksək keyfiyyət göstər-
məyə çalışır.
Müəllim-şagird münasibətlərinin yüksək ol-
ması keyfiyyətli nəticələrin əldə olunması ilə
müəyyənləşir. Bu isə bilavasitə real prosesdə
meydana çıxır. Real proses həyata keçirilən peda-
qoji prosesdir. Müəllim-şagird münasibətlərinin
öyrənmə-öyrətmə mexanizmi məhz bu prosesdə
meydana çıxır. Həm müəllimlər, həm də şagirdlər
özlərinin fəaliyyət potensialını bu şəraitdə daha
aydın nümayiş etdirirlər. Real proses müəllim-şa-
gird əməkdaşlığının bir müstəvidə olmasını, təli-
min səmərəliliyi istiqamətinə yönəlməsini, hər iki
tərəfin qarşılıqlı münasibətini tələb edir.
Yeni pedaqoji prosesdə müəllim-şagird
münasibətləri qarşılıqlı əməkdaşlıq baxımından
qiymətləndirilsə də, burada şagirdlərin fəallaşdı-
rılması daha qabarıq nəzərə çarpır. Onlar müasir
dövrdə pedaqoji prosesdə subyekt kimi fəaliyyət
göstərirlər. Təlim prosesində şagird tədqiqatçılı-
ğa cəlb olunur, mövzu ətrafında araşdırmalar
aparır, öyrəndiklərini tətbiq edir, müqayisə və
təhlillər yolu ilə fakt və hadisələri məntiqi təfək-
kürə əsaslanaraq qiymətləndirirlər. Şagirdin tə-
lim prosesində mühakimə yürütməsi, fikirləş-
məsi, müstəqil nəticə çıxarması, əldə etdiyi mə-
sələləri yaradıcı tətbiq etməsi onun ən müsbət
cəhətlərindəndir. Müasir dərsi bunlarsız təsəv-
vür etmək çətindir.
Yuxarıda qeyd olunduğu kimi, müəllim və
şagirdlərin fəaliyyətindəki özəlliklər onların ara-
sındakı münasibətlərin yeni məzmunda qurulma-
sını son dövr pedaqoji ədəbiyyatlarda göstərildiyi
kimi, “əməkdaşlıq münasibəti”, “əməkdaşlıq pe-
daqogikası” kimi adlandırmaq olar. Mahiyyət eti-
barı ilə bu münasibətlərin əsasında qarşılıqlı an-
laşma və demokratik xarakterli ünsiyyət, biz söz-
lə, dialoji mədəniyyət dayanır. Hər şeydən əvvəl,
vacib olan problemin həll edilməsidir. Müəllim
və şagirdlər bütün fəaliyyətlərini bu məqsədə yö-
nəldirlər. Məqsəd öyrədən və öyrənən tərəfləri
sıx birləşdirmək, onlar arasındakı əməkdaşlığı
daha da genişləndirməkdir.
Müəllim-şagird münasibətlərindəki qarşı-
lıqlı fəaliyyət mahiyyət etibarı ilə müasir xarak-
terli yeni bir təlim şəraitinin meydana çıxması
ilə müşayiət olunur. Bu şəraitdə öyrənən xarak-
terini dəyişir. Yeni təhsil quruculuğunda bu cür
yanaşma fəal öyrənmə (təlim) adlandırılır. Prof.
A.O. Mehrabov haqlı olaraq qeyd edirdi: “Fəal
öyrənmə təlim prosesində xüsusi yer tutur. O,
şagirdlərə gələcək peşələrində, fəaliyyətlərində,
şəxsi və ictimai həyatlarında məqsədlərinə çat-
maqda, kamil insan kimi formalaşmaqda kömək
edən zəruri öyrənmədir. Göründüyü kimi, bu
prosesin faydalılığı şagirdlərin idrak fəallığının
yüksəlməsində, problemlərin həlli yolunun ta-
pılmasında axtarışlarda, kəşflərdə özünü göstə-
rir. Hər bir nailiyyət özünün müsbət nəticələri
ilə xüsusi əhval-ruhiyyə yaradır və şagirdlərin
yüksək sevincinə səbəb olur, təlim marağının
artmasına təsir göstərir”.
Müəllim-şagird arasında qarşılıqlı fəaliy-
yətin yaranması səmərəli öyrənmə prosesinin
formalaşması ilə nəticələnir. Belə fəaliyyət ənə-
nəvi təlim prosesinə məxsus bilikyönlü təlimdən
şəxsiyyətyönlü təlimə gətirib çıxarır ki, bunun
da ən əsas səbəbi əməkdaşlığın normal olması-
dır. Bu zaman müəllim-şagird arasında işgüzar
bir əlaqə formalaşır, hər kəs təbii olaraq qarşısı-
na qoyduğu məqsəd üçün çalışır.
Müəllim-şagird arasında qarşılıqlı fəaliy-
yətin yaranması həm də ənənəvi olaraq məktəb-
lə valideyn arasında əlaqələrin yeni məzmunda
qurulmasına şərait yaradır. Belə əlaqələrin ibti-