Research papers


Təlim prosesində müəllim-Ģagird münasibətlərinin pedaqoji əməkdaĢlıq əsasında qurulması



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə55/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   51   52   53   54   55   56   57   58   ...   246
elmi-eserler-2022-2-cap

Təlim prosesində müəllim-Ģagird münasibətlərinin pedaqoji əməkdaĢlıq əsasında qurulması 
45 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
Müəllim-şagird münasibətlərinin düzgün 
qurulması, ilk növbədə, müəllimlərdə bir sıra qa-
biliyyətlərin olmasından çox asılıdır. Xüsusən, ib-
tidai siniflərdə fəaliyyət göstərən müəllimin müa-
sir dövr üçün xarakterik olan qabiliyyətləri müəl-
lim-şagird münasibətlərində son dərəcə önəmlidir. 
Bildiyimiz kimi, pedaqoji qabiliyyətlər müəllimin 
fərdi keyfiyyətləridir. Onları aşağıdakı kimi təsnif 
etmək olar: təşkilatçılıq qabiliyyəti; 

təlim (öyrətmə) qabiliyyətləri; 

perseptiv qabiliyyətlər; 

kommunikativ (ünsiyyət) qabiliyyətləri; 

suqqestiv (təlqinedici) qabiliyyətlər; 

tədqiqatçılıq qabiliyyəti; 

elmi-idrakı qabiliyyətlər. 
Bu qabiliyyətlər zaman keçdikcə dəyişə, 
tələblərin sayı arta və ya azala bilər. Lakin baş-
lıca şərtlərdən biri qabiliyyətlərin zərurilik baxı-
mından bacarıqlara çevrilməsi və bacarıqlardan 
müəllim fəaliyyətində düzün istifadə olunması-
dır. Nəzərə alınmalıdır ki, sinifdə təhsil alan şa-
girdlərin hər birinin fərdi və özünəxas xüsusiy-
yətləri var. Ona görə də müəllim dərs dediyi si-
niflərdə müəllim-şagird münasibətlərini şagird-
lərin yaş səviyyəsinə uyğun olaraq qurmalıdır. 
Müəllimin bacarıqları özlüyündə lazım ol-
ması baxımından eyni səviyyədə əhəmiyyətli ol-
sa da, müxtəlif zamanda hər hansı biri digərinə 
nisbətən daha önəmli görünə bilər. Bu yalnız 
tədqiqatçıların dövrün tələbindən doğan yanaş-
ma tərzində ifadə olunur. Məsələn, humanist və 
demokratik cəmiyyətin qurulduğu bir zamanda 
müəllimin ilkin keyfiyyəti kimi kommunikativ 
(ünsiyyət) bacarıqları daha çox əhəmiyyət daşı-
yır. Şagirdlərinin təlim marağına səbəb olan 
müəllimlər kommunikativ imkanlarından istifa-
də edən müəllimlərdir. Belə müəllimlər şagird-
lər tərəfindən daha da çox sevilir. Deməli, şa-
gird kollektivini təlim prosesinə hazırlamaq, 
onu ümumi fəaliyyətin məntiqinə tabe etmək 
üçün ən yaxşı vasitə kommunikativ (ünsiyyət) 
bacarıqlardır. Məlumdur ki, şagirdlər ünsiyyət-
cil, qayğıkeş müəllimlərlə daha yaxından əmək-
daşlıq edirlər. Ünsiyyət müəllim-şagird münasi-
bətində ən əsas amillərdən biridir. Ünsiyyət ibti-
dai sinif müəllimləri üçün xüsusilə vacib qabi-
liyyətlərdən biridir. Ona görə ki, ibtidai sinif şa-
girdləri öz müəllimini qəbul etməsə onu təlim 
prosesinə cəlb etmək çox çətin olur. 
Müəllimin fəaliyyətində aparıcı fərdi key-
fiyyətlərdən biri də tədqiqatçılıqdır. Bu günün 
müəllimi üçün bu bacarıq daha da önəmlidir. 
Çünki müəllim özü tədqiqatçı olmalıdır ki, qar-
şısındakı şagirdi də bu istiqamətdə inkişaf etdirə 
bilsin. Yeni təhsil siyasətində müəllim və şa-
girdlərin funksiyalarında dəyişikliklər yaran-
maqdadır. Müəllim bütövlükdə dərsin sahibi, 
təşkil edəni olduğundan bütün hallarda şagirdlə-
rin təlim fəaliyyətini istiqamətləndirən, onları 
düz yola yönəldən bir şəxs kimi çıxış edir, fənn 
üzrə reallaşdıracağı standartlara əsaslanaraq 
məqsədlərini müəyyənləşdirir. Məqsədlərini hə-
yata keçirmək üçün fəaliyyətini layihələndirir, 
konkret plan qurur. Bu zaman reallaşdıracağı 
məzmun standartlarını, il ərzində fəaliyyətinin 
məzmununu, gözlənilən nəticələri, üsul və vasi-
tələri, qiymətləndirmə mexanizmlərini müəy-
yənləşdirir. Gündəlik fəaliyyətə gəldikdə isə 
müəllim hər dərs üçün orijinal bir sistem hazır-
layır. Məhz bu prosesdə də mütləq olaraq müəl-
lim-şagird münasibəti nəzərə alınır, ən zəif 
müəllim belə özünün sistemini düzgün forma-
laşdırmağa, reallaşdırmağa çalışır. 
Bu günün müəllimi sərbəst bir fəaliyyət 
göstərən, yaxud başqasının göstərişlərini yerinə 
yetirən bir şəxs kimi çıxış etmir. O, daima texno-
loji araşdırmalar aparan, özünün və başqalarının 
fəaliyyətinə yaradıcı yanaşan, fəaliyyətini şagird-
lərinin nailiyyətləri ilə qiymətləndirən yaradıcı 
mütəxəssis kimi fəaliyyət göstərir. Bu mənada 
tədqiqatçılıq müəllimin zəruri bacarıqlarından bi-
ri kimi dəyərləndirilir və onun formalaşdırılması 
istiqamətində iş aparılması məqsədəuyğun hesab 
edilir. Müəllimin tədqiqatçılıq bacarığının önəmli 
hesab edilərək digərlərindən fərqləndirilməsi 
müasir dövrdə həyata keçirilən demokratik və 
humanist təhsil siyasətindən irəli gəlir. Demokra-
tik və humanist təhsilin qurulmasında keyfiyyətin 
idarə olunması mexanizmi təhsil müəssisələrinin, 
eləcə də müəllimlərin fəaliyyətində yaradıcılığın 
üstün yer tutmasına xüsusi önəm verir. Standart 
nəticələrə çatmaq üçün strategiyaların seçilməsi 
və ya hazırlanmasında məsuliyyətli yanaşma tər-
zi nümayiş etdirməyi, nəzərdə tutulmuş hədəflərə 
çatmağı tələb edir. 
İstər kommunikativ, istərsə də tədqiqatçı-
lıq bacarıqlarının yaranması üçün müəllimin el-
mi-idraki bacarıqlara yiyələnməsi daha da 
önəmlidir. Başqa formada demiş olsaq, müəlli-



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin