Silahlı qüvvələrimiz tamamilə NATO standartlarına keçəcək.
REAL hesab edir ki, Azərbaycanda hərbi sahəni nizamlayan bir
sıra rəhbər sənədlərə, xüsusilə də Milli Təhlükəsizlik Konsepsiya-
sına və Hərbi Doktrinaya ciddi düzəlişlər və dəyişikliklər ediləcək.
NATO standartlarına keçid ardıcıl və sürətlə həyata keçiriləcək.
Bu keçid iki mərhələdən ibarət olacaq: birinci mərhələdə struktur,
kadr və maddi təminat sahəsində, ikinci mərhələdə isə silahlanma
və hərbi texniki təchizat sahəsində islahatlar aparılacaq. NATO
ilə əməkdaşlıq sahəsində mövcud olan sənəd, plan və proqramlar
yenidən işləniləcək və eyni zamanda hərbi sahədə əməkdaşlığımızı
gücləndirəcək yeni formatlar hazırlanacaq.
Dostları ilə paylaş: |