Programma real indd


Qeydə alınmamış əmlak hüquqlarının rəsmi tanınması üçün



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə28/99
tarix25.12.2016
ölçüsü1,54 Mb.
#2914
1   ...   24   25   26   27   28   29   30   31   ...   99
Qeydə alınmamış əmlak hüquqlarının rəsmi tanınması üçün 

şərait  yaradılacaq.  Bu  mümkün  olmadığı  xüsusi  hallarda  mülk 

sahibinə  təzminat  ödəniləcək,  həmin  əmlakların  hüquqi  statusuna 

aydınlıq gətiriləcək.

İctimai təşəbbüskarlıq təşviq olunacaq. Birliklərin və assosi-

asiyaların yaradılmasında dövlət təşviqi siyasəti həyata keçiriləcək. 

Sosial  problemlərin  həllində  vətəndaş  cəmiyyətin  rolunu  artırmaq 

üçün dövlət xüsusi qrantlar ayıracaq.



Kütləvi  İnformasiya  vasitələrinin  müstəqilliyi  təmin  oluna-

caq.  Rəsmi  dövlət  qəzetindən  başqa  dövlətin  kütləvi  informasiya 

vasitələri olmayacaq. Dövlət televiziyası ləğv olunacaq.




RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

22

1.6. “Keçid dövrü” qanunu 

Azərbaycan  Respublikası  müstəqilliyini  əldə  etdikdən  sonra, 

70  illik  sovet  totalitar  rejimi  ilə  hesablaşmaya  imkan  tapmamış, 

avtoritarizmə  yuvarlanmışdır.  Bununla  da,  ölkənin  müasir  və  de-

mokratik dəyərlərə uyğun inkişaf imkanını uzun müddət əldən bu-

raxılmış,  dövlət  quruluşu,  ictimai  münasibətlər  sistemi,  insani  və 

əxlaqi  dəyərlər  məhv  edilmişdir.  Avtoritarizmdən  demokratiyaya 

keçid dövründə insan hüquqları rejiminin bərpası və bir sıra digər 

məsələlərlə bağlı xüsusi “Keçid dövrü” qanunu qəbul ediləcək.

“Keçid  dövrü”  qanunu  yaşanmış  tarixlə  üzləşərək  və  hesabla-

şaraq, yaşananların unudulmaması və cəmiyyətin bütün təbəqələri 

üçün  ibrətə  çevrilməsi,  eyni  zamanda  keçid  dövründə  cəmiyyətin 

müxtəlif  qrupları  arasında  münasibətlərin  kəskinləşməməsi  və 

cəmiyyətin oturuşmuş barışın saxlanması məqsədilə qəbul ediləcək.

REAL  bu  hesablaşmanı  5  istiqamətdə  (reabilitasiya,  arxivlərin 

açılması, maliyyə amnistiyası, lyustrasiya və tarixi yaddaşın yara-

dılması) kompleks fəaliyyətin həyata keçirilməsi formasında görür. 

Reabilitasiyasız  amnistiya,  amnistiyasız  lyustrasiya,  lyustrasiyasız 

arxivlərin  açılması  mümkün  deyil,  tarixi  yaddaşı  yaratmadan  isə 

bunların heç birinin əhəmiyyəti yoxdur.

Reabilitasiya. Rejim tərəfindən yaşamaq hüququnun, mülkiyyət 

və başqa hüquqları pozulanların, həmçinin pis rəftara məruz qalan-

ların  reabilitasiyası  qaydaları  müəyyən  ediləcək.  Keçmişdə  siyasi 

təqiblər nəticəsində mühakimə olunmuş, siyasi və vicdan məhbusu 

olmuş şəxslər tam hüquqi və maddi (könüllülük əsasında) reabilita-

siyası təmin ediləcək.




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin