Seçki iştirakını artırmaq və bununla da seçki saxtakarlıq-
larının qarşısını almaq məqsədilə səsvermədə iştirak etməyən
seçicilər qanunla müəyyən olunacaq məbləğdə cərimələnəcəklər.
Bununla yanaşı, seçki bülletenlərində “hamıya qarşı” səsvermə qra-
fası olacaq.
Müddətli hərbi xidmətə çağırılanlar hərbi xidmətləri başa
çatana qədər, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə hök-
mü ilə azadlıqdan məhrum edilmiş şəxslərin seçmək hüququ
müvəqqəti olaraq məhdudlaşdırılacaq. Hərbi hissələrdə və
cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin yaradılması və ya
səyyar qutular vasitəsilə həmin yerlərdə səsvermənin keçirilməsi qa-
nunla qadağan olunacaq. Seçki kampaniyası dövründə seçicilər üçün
kommunal xidmətlərin göstərilməsi, səsvermə zamanı seçicilərin
toplu şəkildə seçki məntəqələrinə gətirilməsi seçki cinayəti hesab
olunacaq. Seçki cinayətlərinə görə cəzalar sərtləşdirilərək, həmin
cinayətlər ağır və xüsusilə ağır cinayətlər sayılacaq.
Dostları ilə paylaş: |