RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ
PROQRAM LAYİHƏSİ
18
lərindən olacaq. REAL hesab edir ki, cəmiyyətdə davamlı inkişaf
yalnız açıq və dürüst siyasi rəqabət nəticəsində mümkündür. Bu
məqsədlə yeni seçki qanunu qəbul olunacaq, Parlament və bü-
tün səviyyələrdə bələdiyyə seçkilərinin açıq, şəffaf və rəqabətli
şəkildə keçirilməsi təmin ediləcəkdir. Seçkilər tək turlu majoritar
və mütənasib seçki sisteminin tətbiqi ilə həyata keçiriləcək. Siyasi
partiyalar üçün seçki barajı tətbiq olunacaq və bu hədd 5% təşkil
edəcək. Seçkilərdə iştirak edəcək siyasi partiyaların və müstəqil
namizədlərin maksimal sayda seçici ilə ünsiyyətini təmin etmək
üçün seçki kampaniyalarının müddəti ən azı 3 ay təşkil edəcək.
Dostları ilə paylaş: