Ərazi idarəetməsinin effektivliyini təmin etmək üçün xüsu-
si təsisatların formalaşdırılması təmin olunacaq. Hökumətin
tərkibində regional inkişafla bağlı dövlət siyasətini koordinasiya
edən xüsusi struktur yaradılacaq. Bu qurum Ellər və bələdiyyələrlə
mərkəzi hökumət arasında siyasətə dair koordinasiya funksiyasını
yerinə yetirərək, regional inkişaf sahəsində dövlət siyasətini for-
malaşdırmağa məsuliyyət daşıyacaq. Ərazi inkişafının təşviqi üçün
dövlət büdcəsinin tərkibində Regionların İnkişafı Məqsədli Büdcə
Fondu yaradılacaq. Bu fond vasitəsilə mərkəzi büdcədən El, şəhər
və bələdiyyə büdcələrinə transfertlər olunacaq, yerli və regional
layihələrin dəstəklənməsi üçün qrantlar ayrılacaq.
Dostları ilə paylaş: |