Korrupsiya əleyhinə mübarizə effektiv aparılacaq. Korrupsi-
yanı yaradan səbəblər, normativ hüquqi bazadakı boşluqlar aradan
qaldırılacaq. Kölgə iqtisadiyyatının və ikili mühasibatlığın ləğvi
üçün ciddi mübarizə aparılacaq.
1.3. Ərazi bölgüsü
Ölkənin inzibati ərazi sisteminin dəyişdirilməsi REAL-ın
prioritetləri sırasında olacaq. Regional və yerli idarəetmədə mərkəzi
hakimiyyətin təyinatı ilə formalaşdırılan icra hakimiyyəti struktur-
larının iştirakçılığına tamamilə son veriləcək. Hazırda mövcud olan
rayonlar regional prinsip üzrə daha böyük inzibati ərazi vahidində
birləşdiriləcək və bu yeni inzibati ərazi vahidləri “El” adlanacaq. İn-
diki rayonlar yerli özünü idarə hüququ olmadan coğrafi ərazi vahidi
kimi saxlanılacaq və “Oba” adlandırılacaq. Əhalinin sayından ası-
lı olaraq bir neçə “Oba” bir “El”in inzibati ərazi sərhədlərinə daxil
ediləcək. Hər “El”də birləşən “Oba”ların sayı, həmçinin “El”lərin son
sayı ilə bağlı yekun qərarlar ölkənin tarixi ənənələri nəzərə alınmaq-
la akademik dəyərləndirmələr də daxil geniş ictimai müzakirələrin
nəticələri olaraq qəbul ediləcək. Konstitusiyada ölkənin inzibati
ərazi vahidləri kimi Ellər, şəhərlər və kəndlər təsbit olunacaq.
Dostları ilə paylaş: |