REAL, fəaliyyətinin nəticələri hər bir cəmiyyət üzvünün
asanlıqla qiymətləndirə bildiyi hökuməti “effektiv hökumət” he-
sab edir. Bunu təmin etmək üçün hökumətin səlahiyyət dairəsinə
daxil olan hər bir istiqamət üzrə “effektivlik göstəriciləri” müəyyən
olunacaq. REAL üçün “effektivlik göstəricisi” nə qədər çox pul
xərclənməsi deyil, xərclənən pullardan cəmiyyətin hər bir üzvü-
nün nə dərəcədə töhfə görməsidir. REAL-ın təklif etdiyi “effektiv
hökumət” nəticəli büdcə mexanizmlərinə keçid sayəsində təmin olu-
nacaq. Nəticəli büdcə mexanizmi hökumətin hər bir strukturu üçün
dəqiq işlənmiş strateji hədəflər və bu hədəflərə uyğun fəaliyyətlər
üzrə büdcə ehtiyaclarının müəyyən olunmasını, büdcə sifarişçisi
olan hər bir hökumət təsisatının parlament qarşısında fərdi hesabat-
lılığını ehtiva edir.
Dostları ilə paylaş: |