RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ
PROQRAM LAYİHƏSİ
13
qanunda nəzərdə tutulan mücərrəd və məhdudlaşdırıcı maneələr
(üzvləri arasında nüfuza malik olan və seçkilər gününədək intizam
tənbehi olmayan) götürüləcək. Vəkilliyə qəbulu həyata keçirən İm-
tahan Komissiyasının tərkibində vəkillərin sayı artırılacaq. Vəkilliyə
qəbul şərtləri sadələşdiriləcək, şifahi imtahanın yoxlama kriteri-
yaları dəqiqləşdiriləcək, bütün imtahan mərhələləri üçün vahid
qiymətləndirmə sistemi tətbiq olunacaq. Namizədlər üçün nəzərdə
tutulan 3 illik hüquq stajı şərti, bir il vəkilin yanında məcburi staj
keçmə şərti ilə əvəz olunacaq. İkili vətəndaşlığı olan şəxslərin
vəkil olması üçün məhdudiyyət götürüləcək. Vəkillərin intizam
məsuliyyətinin və tənbehin tətbiq edilməsi və intizam icraatının pro-
sedurları dəqiqləşdiriləcək. Vəkillərin qurum daxili və prosessual
hüquqları genişləndiriləcək.
Dostları ilə paylaş: