RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ
PROQRAM LAYİHƏSİ
12
sial kompromis vasitəsidir. Onların rolu – yaranan bütün narazılıq-
ları insanlararası münasibətlərdən çıxarmaq və bütün məsuliyyəti
dövlətin üzərinə qoymaqdır. Məhkəmələrin hakimiyyətə çevrilməsi
üçün, qərarları, qanuna uyğun olmaqla yanaşı, sosial ədalət və ba-
rış məqsədlərinə xidmət etməlidir. İlkin mərhələdə Konstitusi-
ya Məhkəməsinin və Ali Məhkəmənin hakimləri dərhal ömürlük
(pensiya yaşına qədər) təyin olunacaqlar. Zəruri təsisat hazırlıqları
başa çatdırılandan sonra aşağı instansiya məhkəmələrin hakimləri
də ömürlük təyin olunacaqlar. Konstitusiya Məhkəməsinə birbaşa
şikayət imkanları genişləndiriləcək və asanlaşdırılacaq. Fiziki və
hüquqi şəxslərə Konstitusiya Məhkəməsinə mücərrəd şikayət (ac-
tio popularis) hüququ veriləcək. Birinci və apelyasiya instansiyaları
məhkəmələrində sədr vəzifələri ləğv olunacaq. İşlərin nömrələnməsi
və hakimlər arasında bölünməsi, ərizələr təqdim olunarkən, xüsu-
si proqramlaşdırılmış texniki avadanlıq vasitəsilə dərhal həyata
keçiriləcək. Mərhələli imtahanvermə sistemindən imtina olunacaq
və subyektiv qiymətləndirməyə imkan verən imtahan mərhələlərinin
namizədin taleyinə təsiri azaldılacaq. Hakimliyə namizədlərin verdi-
yi imtahanlar vahid qiymətləndirmə sisteminin tərkib hissəsini təşkil
edəcək, hər imtahan üçün minimum keçid balları müəyyən edilərək,
bütün imtahanlar prosesin sonuna vahid ballar müəyyən ediləcək.
Həmin ballar əsasında namizədlərin təyin etmə növbəlik siyahısı
müəyyən ediləcək.
Dostları ilə paylaş: