1.2. Effektiv Hökumət
Effektiv hökumətin qurulması islahatların mərkəzində dayana-
caq. REAL minimum resurslarla maksimum nəticələr əldə etməyi
bacaran hökuməti “effektiv hökumət” hesab edir. Yüksək funksi-
onallığa, sayca məhdud təsisatlara və məmur aparatına malik, çox
az məbləğdə büdcə vəsaitləri hesabına saxlanılması mümkün olan
hökumət modeli effektiv hökuməti formalaşdırmaq üçün başlı-
ca şərtdir. Belə hökumətdə nazirliklər yalnız siyasi tənzimləmə
vəzifələrini həyata keçirəcəklər.
REAL, ictimaiyyət qarşısında hesabatlı hökuməti “effektiv
hökumət” hesab edir. Hökumətin hesabatlılığını təmin etmək üçün
xüsusi “hesabatlılıq” standartları işlənəcək. Bu standartlar həm kol-
legial orqan kimi hökumətin, həm də onun ayrı-ayrı strukturlarının
parlament, vətəndaş cəmiyyəti, media qarşısında hesabatlılığını,
cəmiyyətə atdığı hər bir addım üçün hesab sormaq imkanının tanın-
masını təmin edəcək.
Dostları ilə paylaş: |