Seçkilərdə iştirak etmək istəyən müstəqil namizədlərin və par-
tiyaların qeydiyyatı asanlaşdırılacaq. Bütün səviyyələrdə keçirilən
seçkilərdə iştirak etmək üçün imzatoplama proseduru ləğv olunacaq.
İmza əvəzinə seçkilərdə iştirak edən partiyalar və namizədlər girov
olaraq qanunla müəyyən ediləcək məbləği ödəməli olacaqlar. Parti-
yalar və müstəqil namizədlər üçün bu məbləğ fərqli olacaq. Məbləğin
miqdarı seçkilərdə təsadüfi adamların iştirakını mümkünsüz edəcək.
Seçicilərin 5% səsini alan partiya və namizədlərə ödədikləri məbləğ
geri qaytarılacaq. Namizədlərin elektron müraciəti və qeydiyyatı
mümkün olacaq. Namizədliyin qeydiyyatı üçün qanunla müəyyən
edilmiş müddətdə müraciət etmiş, girovun ödənilməsini və hüquqi
statusunu (vətəndaşlar üçün şəxsiyyət vəsiqəsi, partiyalar üçün qey-
diyyat şəhadətnaməsi) göstərən sənədi təqdim etmiş namizədin qey-
diyyatından qanunla müəyyən edilmiş çox qısa müddət ərzində imti-
na edilmədikdə avtomatik olaraq qeydə alınmış sayılacaq.
Dostları ilə paylaş: |