Bütün səviyyələrdə seçki orqanlarının iclasları mediaya açıq
olacaq. Seçkilərdə iştirak edən müstəqil namizədlərin və siyasi par-
tiyaların nümayəndələri müşahidəçi qismində bu iclaslarda iştirak
etmək hüququna malik olacaqlar.
Kütləvi İnformasiya Vasitələrinin qanunla müəyyən ediləcək
qaydada səslərin hesablanması prosesini bilavasitə müşahidə etmək,
foto və video çəkilişləri aparmaq, internet və ya televiziya vasitəsilə
canlı yayım həyata keçirmək, seçki protokollarının surətini əldə
etmək hüququ olacaq. Seçki komissiyalarının heç bir halda bu
hüququ məhdudlaşdırmaq səlahiyyəti olmayacaq.
Dostları ilə paylaş: |