RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ
PROQRAM LAYİHƏSİ
36
pa ölkələrində olduğu kimi ölkəmizdə də əməkhaqqının pensiyaya
bağlanma əmsalının səviyyənin 60%-ə çatdırılmasını hədəf olaraq
müəyyən edib. Əmək pensiyalarının məbləğinin davamlı olaraq həm
inflyasiyaya, həm də ölkə iqtisadiyyatı üzrə orta aylıq əməkhaqqının
səviyyəsinə uyğun indeksləşdirilməsi təmin olunacaq.
Pensiyaların idarə olunmasının çevikliyini və funksionallığını ar-
tırmaq üçün idarəetmə sistemi dəyişdiriləcək. İndiki Dövlət Təqaüd
Fondunun fiskal funksiyası ləğv olunacaq. Əməkhaqlarından ödənən
sosial sığorta haqları “sosial vergi” kimi vergi orqanları tərəfindən
yığılacaq. Fərdi uçotla bağlı məlumat bazasının təşkili, sosial sığor-
taya cəlb olunanlar haqqında məlumatların qəbulu, məlumat baza-
sının idarə olunması, pensiyaların təyin olunması və ödənilməsinin
təşkili məqsədilə Əmək Nazirliyinin nəzdində Təqaüd Agentliyi ya-
radılacaq.
Özəl pensiya fondlarının yaradılması və fəaliyyətinə şərait ya-
radılacaq, beynəlxalq reytinqi olan xarici investisiya fondları milli
özəl pensiya fondlarının vəsaitlərini idarəetməyə götürdükdə, həmin
vəsaitlərin sığortalanması üçün hökumət maliyyə dəstəyi təklif
edəcək.
Əmək bazarını sağlamlaşdırmaq və cavanlaşdırmaq üçün qanun-
vericiliklə vətəndaşlara erkən təqaüd hüququ veriləcək. Həmin
hüquqa görə, bunun üçün müəyyən edilən maksimum yaşdan (kişilər
üçün də qadınlar üçün də 65 yaş) 2 il öncə təqaüdə çıxmağa imkan
veriləcək. Amma bu halda həmin şəxslər onlar üçün hesablanmış
pensiyaların 70%-ni ala biləcəklər. Müvafiq yaş həddinə çatdıqda
isə həmin şəxslərin pensiyası yenidən hesablanmaqla tam həcmdə
ödənilməyə başlanacaq.
Dostları ilə paylaş: