Revmatologiya ixtisası üzrə test suallarının nümunələri Bölmə Revmatologiyanın laborator və instrumental müayinə üsulları


) Tofuslu podaqranın müalicə taktikası necə keçirilir?



Yüklə 1,27 Mb.
səhifə13/20
tarix01.01.2017
ölçüsü1,27 Mb.
#4269
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

644) Tofuslu podaqranın müalicə taktikası necə keçirilir?
A) Allopurinolla davamlı müalicə, penisillin sırasından antibiotiklərin qəbulu

B) Allopurinolla davamlı müalicə, kolxisinin və qeyri steroid preparatların profilaktik qəbulu

C) Qeyri steroid preparatlarla davamlı müalicə, sitostatiklər

D) Yüksək dozalı kortikosteridlərin tətbiqi, davamlı allopurinolun qəbulu, antibiotiklər

E) D-penisillaminlə müalicə, kolxisin, kortikosteroidlər, qeyri steroid preparatları
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380
645) Kalsium pirofosfatın çökmə xəstəliyi kimlərdə daha tez rast gəlir?
A) Uşaq və yeniyetmələrdə

B) 50 yaşdan yuxarı kişilərdə və qadınlarda eyni bərabərliklə

C) 40 yaşına qədər kişilərdə

D) Gündə 3-6 siqarət, qalyan çəkən, tütün çeyniyən 18-50 yaşında pasientlərdə

E) 20-50 yaş arasında olan qadınlarda
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380
646) Kalsium pirofosfatın çökmə xəstəliyin xroniki forması ilə olan pasientlərdə hansı əsas rentgenoqrafik əlamət aşkar olunur?
A) Qeneralizəedən osteoskleroz

B) Kənar osteofitlər, sindesmofitlər

C) Sümük eroziyaları

D) Ocaqlı osteoporoz

E) Xondrokalsinoz
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт- Петербург: Невский проспект, 1999, стр. 390-397
647) Psevdopodaqra nədir?
A) Kalsium pirofosfatın çökmə xəstəliyin xroniki forması

B) Kalsium pirofosfatın çökmə xəstəliyin latent forması

C) Qadınlarda inkişaf edən podaqra prosesi

D) Miluoki sindromu

E) Kalsium pirofosfatın çökmə xəstəliyin kəskin və yarımkəskin forması
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380
648) Kalsium pirofosfatın kristallarının çökmə səbəblərinə hansılar aiddir?
A) Xromosom abberasiyalar

B) Metabolik pozğunluqları

C) Autoimmun mexanizmlər

D) Hipererrgik iltihab prosesləri

E) Naməlum amillər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380
649) Kalsium pirofosfatın çökmə xəstəliyinin neçə kliniki növünü ayırd edirlər?
A) 8

B) 2


C) 6

D) 4


E) 3
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 380-385
650) Xroniki «pirofosfat artropatiyasının» inkişaf səbəblərinə aiddir?
A) İmmunopatoloji reaksiyaların inkişafı

B) İkincili yoluxmanın inkişafı

C) İkincili yoluxumanın inkişafı

D) Kalsium pirofosfatın kristalları ilə oynaq elmentlərinin impreqnassiyası

E) Başqa autoimmun xəstəliklərin müştərək inkişafı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 380-385
651) Kalsium pirofosfatın çökmə xəstəliyinin kliniki təzahürlərinə hansı əlamətlər aiddir?
A) Psevdopodaqra

B) Psevdoentezit

C) Psevdopsoriatik artrit

D) Psevdovaskulit

E) Psevdospondiloartrit
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, стр. 220-226
652) Psevdopodaqranın əsas kliniki əlamətlərinə hansılar aiddir?
A) Xırda oynaqların poliartriti, dərialtı düyünlər

B) İri oynaqlarda kəskin ağrılar, yerli hərarət, eksudat

C) Oynaqətraflı osteoporoz, miqarsiyaedən artralgiyalar

D) Oynaqlarda kontrakturaların, ankilozların inkişafı

E) Oynaqətraflı əzələlərin ağrısı, atrofiyası
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 380-385
653) Psevdopodaqranın kəskin tutmasının differensasiayasını hansı xəstəliklərlə keçirmək olar?
A) Qonokokklu artitlə

B) Pecet xəstəliyilə

C) Felti sindromu ilə

D) Ankilozedən spondiloartritlə

E) Revmatoidli artrit ilə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 380-385
654) Kalsium pirofosfatın çökmə xəstəliyinin inkişafı vaxtı diz oynağının xüsusi deformasiyası necə adlanır?
A) Arxaya bükülmüş dizlər

B) «Bir birinə dəyən dizlər»

C) «Qövsülu» dizlər

D) «Beyker kistası»

E) «Genu varum»
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 380-385
655) Psevdopodaqranın kəskin tutması ilə olan xəstələrin müalicə taktikası hansı preparatlarla keçirilir?
A) İltihab əleyhinə qeyri steroid preparatları, kolxisin, oynaqdaxili yaxud inyeksiya şəklində qlükokortikosteroidlər

B) Kortikosteroidlərin sistemli tətbiqi, iltihab əleyhinə qeyri steroid preparatları, allopurinol

C) Kortikosteroidlərin sistemli tətbiqi, allopurinol, kolxisin

D) Iltihab əleyhinə qeyri steroid preparatları, allopurinol,yüksək dozada qlükokortikosteroidlər

E) İltihab əleyhinə qeyri steroid preparatları, opioidli analgetiklər, antibiotiklər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 380-385

Bölmə 8. Birincili osteoartrit

656) Birincili osetoartritlərə hansı xəstəliklər aiddir?
A) Forestye xəstəliyi, Kreyn xəstəliyi, Qoşe xəstəliyi, Laym xəstəliyi

B) Kaşin-Bek xəstəliyi, Elers-Danlos sindromu, Pecet xəstəliyi, Stikler sindromu

C) Bexterev xəstəliyi, Bexçet xəstəliyi, Qoşe xəstəliyi, Vilson xəstəliyi

D) Kaşin-Bek xəstəliyi, Forestye xəstəliyi, Kellqren xəstəliyi, Kreyn xəstəliyi

E) Pecet xəstəliyi, Marfan sindromu, Kellqren xəstəliyi, Uipl xəstəliyi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 573-589
657) Birincili (idiopatik) osteartrit kimlərdə daha tez rast gəlir?
A) 40 yaşına qədər kişilərdə

B) Uşaq və yeniyetmələrdə

C) Siqaret çekən orta yaşlı pasientlərdə eyni bərabərliklə

D) Böyük yaşlı pasientlərdə daha tez rast gəlir, 50 yaşdan sonra çoxalır; qadınlar kişilərdən 2 dəfə çox xəstələnir

E) 20-50 yaş arası olan qadınlarda
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 573-589
658) Osteoartrozun inkişafına təsir göstərən endogen əmillərə hansılar aiddir?
A) Yaş, cins, irsi meyillik

B) Xromosom abberasiyalar, anadangəlmə inkişaf defektləri, irsi meyillik

C) Xromosom abberasiyalar, keçirilən uşaq xəstəlikləri, cins

D) Cins, anadangəlmə inkişaf defektləri

E) Yaş, irsi meyillik, uşaqlığda keçirilən raxit
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова, Санкт Петербург: Фолиант, 2005, стр. 386-421
659) Osteartrozun inkişafına təsir göstərən ekzogen amillərə hansılar aiddir?
A) Travmalar, alkoqolun qəbulu, siqaret çekmək, bədənin artıq kütləsi

B) Osteoporoz, hormonal preparatla davamlı müalicə, travmalar, professional məşquliyyət

C) Bədənin artıq çəkisi, alkoqolun qəbulu, şəkərli diabetin inkişafı, osteoporoz

D) Sportlu qeyri aktivlik, siqaret çekmək, osteoporozun inkişafı

E) Travmalar, bədənin artıq kütləsi, sport aktivliyi, professional məşquliyyət
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова, Санкт Петербург: Фолиант, 2005, стр. 386-421
660) Osteoartritin patogenezinin əsas amillərinə hansılar aiddir?
A) Sümük toxumalarının rezorbsiya və mineralizasiyasının pozğunluğları

B) Sümük və qığırdaq toxumalarda patoloji immun komplekslərin yerləşməsi

C) Proteoqlikanların miqdar və keyfiyyət dəyişiklikləri

D) Osteoporoz, kalsium çatmamazlığı

E) Aminoturşuların sintezinin pozğunluqları
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 573-589
661) Osteoartritin erkən patomorfoloji əlamətlərinə hansılar aiddir?
A) Oynaq qığırdaqının şişkinləşməsi, pannusun inkişafı

B) Oynaq qığırdaqının şişkinləşməsi, qığırdaq matriksını dağıdan fermentlərin azad olması

C) Qığırdaqda çatlar və fraqmentasiya, sümük toxumasında ostosklerozun inkişafı

D) Oynaq qığırdaqının şişkinləşməsi, sümük toxumasının hipertrofiyası

E) Qığırdaq toxumada suyun artması, sinovial mayenin sümüyə daxil olması
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 573-589
662) Osteoartritin gecikmiş patomorfoloji əlamətlərinə hansılar aiddir?
A) Qığırdaqda çatlar və fraqmentasiya, sümük toxumasının ümumi sahəsinin azalması

B) Proteoqlikanların sintezinin artması, sümüyün spongioz qatında trabekuların qalınlaşmaları və köbutlaşmaları

C) Qığırdaq toxumada suyun artması, sinovial mayenin sümüyə daxil olması

D) Oynaq qığırdağının tünükləşməsi və yumşaqlanması, osteosklerozun və osteofitlərin inkişafı

E) Sümük toxumasının ümumi sahəsinin azalması, spongioz qatda trabekuların tünüklənməsi və soradan itməsi
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова, Санкт- Петербург: Фолиант, 2005, с. 386-421
663) Osteoartritin əsas kliniki əlamətləri hansılardır?
A) Oynaqlarda ağrı və hərəkət məhdudluğu; 30 dəqiqədən az çəkən oynaqların səhər «buxovlanması», zədələnmiş oynaqda krepitasiya səsi

B) Oynaqlarda ağrı və hərəkət məhdudluğu; 30 dəqiqədən çox çekən oynaqların səhər «buxovlanması», oynaqların defiqurasiyası

C) Oynaqlarda fiziki yükləmədən sonra azalan ağrılar, 30 dəqiqədən az çekən oynaqların səhər «buxovlanması», zədələnmiş oynaqda krepitasiya səsi

D) Simptomsuz inkişaf

E) Bel nahiyyəsində davamlı artralgiyalar, oynaqların burxulmaları, oynağın tam həcmində hərəkət məhdudluğu
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 573-588
664) Oynaqda krepitasiyanın səbəbi nədir?
A) Qığırdaq və sümüyün zədələnməsi, oynaqda qan dövranının pozğunluqu

B) Oynaqda ağrı və ödem

C) Oynaqda ağrı və oynağın iltihabı

D) Qığırdaq və sümüyün zədələnməsi, oynağın iltihabı

E) Oynaqın ödemi, polineyropatiya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 573-588
665) Osteoartritin xüsusi kliniki simptomlarına aiddir?
A) Buşar düyünləri, Qeberden düyünləri, «gel» fenomeni

B) Ulnar deviasiya, «Jaku» artriti, «gel» fenomeni

C) Barmaqların iyəbənzər şişkinliyi, «korset» simptomu, «butonyerka» simptomu

D) Buşar düyünləri, tofuslar, dərialtı düyünlər, «boksyor əlcəyi» simptomu

E) «Beyker» kistası, «çəkicvari» barmaqlar, Qeberden düyünləri, Buşar düyünləri
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 573-589
666) Osteoartrit vaxtı oynaqlarda olan ağrı sindromun hansı növlərini seçirlər?
A) Spastik ağrılar, tutmalar xarakterli, əks olunan ağrılar

B) Rahat vəziyyətdə başlanan ağrılar, yuxuda olan ağrılar

C) Mexaniki, start, reflektor, «blokada» ağrıları

D) Mexaniki, reflektor, «fantom» ağrıları

E) Rahat vəziyyətdə başlanan ağrılar, spastik, arakəsməyən kəskin ağrılar
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова, Санкт Петербург: Фолиант, 2005, с. 386-421
667) Qeberden və Buşar düyünləri nədir?
A) Nekrotik kütlələr

B) Dərialtı düyünlər

C) Kalsinozlar

D) Tofuslar

E) Sümük toxumasının becərmələri
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова, Санкт Петербург: Фолиант, 2005, с. 386-421
668) İdiopatik osteoartrit zədələnmələri üçün qeyri tipik oynaqlar hansılardır?
A) Bel sütünün bel-oma şöbəsinin onurğaarası oynaqları, bud-çanaq, II – V ayaqdarağı-falanqa oynaqları

B) Çiyin, bud-çanaq, diz, bilək, baldır-pəncə, pəncə oynaqları

C) Bel sütünün boyun şöbəsinin onurğaarası oynaqları, bud-çanaq, dirsək, I ayaqdarağı – falanqa oynaqları

D) Mil-bilək, əldarağı-falanqa, çiyin, dirsək, baldır-pəncə, II – V ayaqdarağı-falanqa oynaqları

E) Dirsək, mil-bilək, distal və proksimal falanqalararası, diz oynaqları, I barmağın bilək-əldərağı oynağı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 573-589
669) Rentgenoqrammalarda osteoartrit üçün xarakterik olan dəişikliklərə hansılar aiddir?
A) Sindesmofit, osteofit, burxulmalar, oynaq yarığın bərabər daralması, Sekvestorlar

B) Osteofitlər, osteoskleroz, «qağayi qanadları» şəklində eroziyalar, oynaq yarığın qeyri bərabər daralması

C) Uc falanqaların akroosteolizi, «qağayi qanadları» şəklində eroziyalar, «duzla bibər» şəklində kəllə sümüyünün dəyişiklikliyi

D) «Pilləkan» simptomu, «aypara» simptomu, sklerodaktiliya, oynaqətraflı osteoporoz, xondrokalsinoz

E) «Dolça qulpu» şəklində asimmetrik sindesmofitlər, «qu quşu boynu» simptomu, oynaq yarığın qeyri bərabər daralması
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 573-589
670) Osteoartritin müalicə taktikasına hansı preparatlar daxildir?
A) İltihab əleyhinə qeyri steroid preparatları, xondroprotektorlar, opioidli analgetiklər, yüksək dozalı kortikosteroidlər, metotreksat

B) Analgetiklər, iltihab əleyhinə qeyri steroid preparatları, biostimulyatorlar, kalsium preparatları, D3 vitamini, kiçik dozalı kortikosteroidlər

C) Analgetiklər, iltihab əleyhinə qeyri steroid preparatları, xondroprotektorlar, periferik qan dövranını bərpa edən preparatlar

D) Analgetiklər, iltihab əleyhinə qeyri steroid preparatları, xondroprotektorlar, oynaq daxili davamlı təsir göstərən QKS

E) İltihab əleyhinə qeyri steroid preparatları, xondroprotektorlar, vitaminoterpiya, sitostatiklər, kiçik dozalı kortikosteroidlər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 573-589
671) Kreyn xəstəliyi kimlərdə daha tez rast gəlir?
A) 15-35 yaşına qədər qadınlarda

B) Ahıl və qoca yaşda olan pasientlərdə

C) 50 yaşdan yuxarı qadınlarda

D) Uşaq və yeniyetmələrdə

E) 40 yaşına qədər kişilərdə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 573-589
672) Kreyn xəstəliyinin (eroziv birincili osteoartrit) oynaq zədələnmələrinin lokalizasiyası?
A) Baldır-pəncə, pəncənin I ayaqdarağı-falanqa oynağı, döş-körpüçük birləşməsi

B) Orqanizmin bütün sinovial oynaqları

C) Çiyin oynaqları, onurğa sütunün boyun şöbəsinin onurğaarası oynaqları, döş-körpüçük birləşməsi, qırtlaq qığırdaqları

D) Proksimal və distal falanqalararası, I bilək-əldarağı, I ayaqdarağı-falanqa oynaqları

E) Onurğa sütunün bel-oma şöbəsinin onurğaarası oynaqları, bud-çanaq oynaqları, diz oynaqları
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 573-589
673) Hansı ifadələr Kellqren xəstəliyi haqqında düzgünüir?
A) Xəstəlik adətən ağrısız keçir, klinika rentgenoloji əlamətlərdən daha çox təzahür edir

B) Xəstəlik adi osteoartritdən daha ağırdır, rentgenoloji əlamətlər klinikadan daha çox təzahür edir

C) Xəstəlik osteoartritdən yüngül keçir, rentgenoloji əlamətlər çox gec inkişaf edir

D) Xəstəlik simptomsuz keçir, rentgenoqrammalarda çox saylı erroziyalar, nekrotik ocaqlar müəyyən olunur

E) Xəstəlik qeneralizə edən osteoartrit zədələnməsilə, adətən hemoxromatoz şəklində keçir
Ədəbiyyat: Носков С.М. Ревматология. Актуальные вопросы. Ростов-на –Дону, 2007. – «Медицина», 573 с.
674) Kellqren xəstəliyi kimlərdə daha tez rast gəlinir?
A) Uşaq və yeniyetmələrdə

B) 10-30 yaş arasında olan qadınlarda

C) Ahıl və qoca yaşda olan pasientlərdə

D) Adətən 40-50 yaşına çatmamış pasientlərdə

E) 50 yaşdan yuxarı qadınlarda
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 573-589
675) Hansı ifadələr Forestye xəstəliyi (skeletin diffuz idiopatik hiperostozu) haqqında düzgündür?
A) İkitərəfli simmetrik sakroileit şəklində keçir, adətən autoimmun tireodit fonunda inkişaf edir

B) Adətən hiperostoz prosesinə döş şöbəsi qatılır və özünü ağrılarla və hərəkətlərin məhdudlaşması ilə biruzə verir, çox vaxt Forestye xəstəliyi şəkərli diabet fonunda inkişaf edir

C) Zədələnmə prosesinə onurğanın bel-oma şöbəsi qatılır və özünü ağrılarla və hərəkətlərin məhdudlaşması ilə biruzə verir, çox vaxt Forestye xəstəliyi tireotoksikozla birgə inkişaf edir

D) Əllərin və pəncənin xırda oynaqların zədələnməsi ilə keçir, çox vaxt spontan sağalma müşahidə olunur; Forestye xəstəliyi akromeqaliya ilə birgə inkişaf edir

E) Adətən hiperostoz prosesinə döş şöbəsi qatılır və özünü ağrılarla və döş qəfəsinin «çəllə» şəklində deformasiyası ilə biruzə verir; çox vaxt Forestye xəstəliyi Kuşinq sindromunun fonunda inkişaf edir
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, с. 431-442
676) Forestye xəstəliyi kimlərdə daha tez rast gəlir?
A) 40 yaşına qədər kişilərdə

B) 20-50 yaş arası olan qadınlarda

C) 50 yaşdan yuxarı qadınlarda

D) 15-35 yaşına qədər qadınlarda

E) Ahıl və qoca yaşda olan pasientlərdə
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, с. 431-442
677) İkincili osteartrozun inkişafına təsir göstərən xəstəliklərə hansılar aiddir?
A) QQE, revmatoidli artrit, şəkərləi diabet, autoimmun tireodit, oxronoz

B) Laym xəstəliyi, sistemli sklerodermiya, RA, skolioz

C) Marfan xəstəliyi, Veqener qranulematozu, Reyter xəstəliyi, reaktivli artrit, Uippl xəstəliyi

D) Qoşe xəstəliyi, akromeqaliya, şəkərli diabet, Pecet xəstəliyi, bud-çanaq oynağının anadangəlmə burxulması

E) Travma, bud-çanaq oynağının anadangəlmə burxulması, Bexterev xəstəliyi
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, с. 431-442
678) Osteoartritin ən tez rastlaşan lokalizasiyası?
A) Osteoxondroz

B) Hiperostoz

C) Poliosteoartroz

D) Koksartroz

E) Qonartroz
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 573-589
679) Bud-çanaq ya diz oynaqların cərrahi müalicəsinin göstərişlərinə hansılar aiddir?
A) Ağrılara görə yüxusuzluq, oynaqlarda hərəkətsizlik, ödem, palpasiya zamanı flüktuasiya

B) Ağrılara görə 2 mərtəbəyə çıxmaq olmur, oynaqların şişkinliyi, hiperemiyası

C) Təzahür edən ağrı sindromu, hərəkətsizlik, ağrılara görə 20-30 dəqiqədən çox ayaq üstündə dayanmaq olmur

D) Rentgenoqrammalarda eroziyalar, osteoskleroz, osteofitlər, oynaqda krepitasiya, ödem, ağrı

E) Oynaq zədələnmədən başqa, arterial təzyiqin artması, ürək çatmamazlığın inkişafı
Ədəbiyyat: Фишер Ю. Локальное лечение боли.—М.: Медпресс-информ, 2006

Bölmə 9. Seroneqativ spondiloartropatiyalar

680) Bexterev sindromu kimlərdə daha tez rast gəlinir?
A) Uşaq və yeniyetmələrdə

B) Siqaret çekən və alkoqolu qəbul edən orta yaşlı pasientlərdə eyni bərabərliklə

C) 20-50 yaş arası olan qadınlarda

D) 40 yaşına qədər kişilərdə

E) Böyük yaşlı pasientlərdə daha tez rast gəlir və 50 yaşdan sonra çoxalır
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 332-348
681) Ankilozedən spondiloartriti hansı diaqnostik üsullarla dəqiqləşdirmək tövsiyə olunur?
A) Laçman sınağı, Falen sınağı

B) Qanslen sınağı, Finkelşteyn sınağı, Trendelenburqun sınağı

C) Edson sınağı, Tinel sınağı

D) Patrik sınağı, Qenslen sınağı, Şober sınağı

E) Patrik sınağı, Qenslen sınağı, Şimmer sınağı
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, с. 305-312
682) Bel ağrıların iltihab xarakterli olmasını hansı diaqnostik amillər göstərir?
A) Xəstələik müxtəlif yaşda və kəskin başlanır, gecə ağrıları çox vaxt nevroloji pozğunluqlarla birgə inkişaf edir

B) Xəstəlik müxtəlif yaşda və kəskin başlanır, əlamətlərin davamiyyəti 4 həftədən azdır

C) Xəstəlik 40 yaşına qədər və tədricən başlanır, əlamətlərin davamıyyəti 3 aydan çox, gecə ağrıları

D) 40 yaşına qədər başlanan ağrılar çox vaxt nevroloji pozğunluqlarla birgə inkişaf edir, gecə ağrıları olmur

E) Xəstəlik cavan yaşlarda onurğanın bükülmə hərəkətinin məhdudlaşması ilə, kəskin ağrılarla başlanır, səhər «buxovlanması» 30 dəqiqədən azdır
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 332-348
683) Entezis nədir?
A) Əzələ bağlarının iltihabi

B) Vətərlərin, bağların, qığırdaqın deqenerativ prosesləri

C) Qığırdaq toxumasının iltihabi

D) Sümüyə bağların, oynaq kapsulasınun, vətərlərin birləşdiyi yer

E) Vətərlərin iltihabi
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, с. 25-35
684) Ankilozedən spondiloartrit vaxtı entezopatiyanın xarakterik lokalizasiyası hansıdır?
A) Qalça-oma oynaqları, dəstəyin döş sümyünə birləşən yeri, daban sümüyi

B) Qalça-oma oynaqları, dəstəyin döş sümyünə birləşən yeri, baldır-pəncə oynağı

C) Çanaq sümüklərinin birləşmələri, qasıq simfizi , döş-körpücük birləşməsi

D) Qasıq simfizi, döş-körpücük birləşmə, kəllə oynaqları, baldır-pəncə oynağı

E) Onurğaarası disklərin birləşdirici apparatı, ənsə-boyun birləşməsi, kəllə oynaqları
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 332-348
685) Akilozedən spondiloartrit xəstələrin neçə faizində periferik oynaqların zədələnməsi inkişaf edir?
A) 50%

B) 30%


C) Xəstələrin hamısında

D) 10%


E) Muşahidə olunmur
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 332-348
686) Ankilozedən spondiloartritin ən əsas və zəruri zədələnməsi hansıdır?
A) Sakroileit

B) Koksartrit

C) Qonit

D) Spondilit

E) Simfizit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 332-348
687) Ankilozedən spondiloartrit vaxtı skeletdən kənar hansı orqanların zədələnmələri müşahidə olunur?
A) Damarların, ürəyin, böyrəküstü vəzinin, ekzokrin vəzilərin

B) Mədənin, qaraciyərin, dalağın, ürəyin, qulaqların

C) Ürəyin, böyrəklərin, ağciyərlərin, gözlərin, aortanın

D) Dalağın, böyrəklərin, cinsi orqanların, ağciyərlərin

E) Ekzokrin vəzilərin, mədəaltı vəzinin, qalxanvari vəzinin
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 332-348


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin