Revmatologiya ixtisası üzrə test suallarının nümunələri Bölmə Revmatologiyanın laborator və instrumental müayinə üsulları


) Şenleyn-Qenox purpurasının proqnozunu pisləşdirən amillərə aiddir?



Yüklə 1,27 Mb.
səhifə12/20
tarix01.01.2017
ölçüsü1,27 Mb.
#4269
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

599) Şenleyn-Qenox purpurasının proqnozunu pisləşdirən amillərə aiddir?
A) Persistəedən böyrək zədələnmələri

B) Siqaret, meteroloji amillərin təsiri

C) Müxtəlif dərman maddələrinin qəbulu

D) Bədxassəli törəmələr

E) Mübadilə pozğunluqları
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
600) Şenleyn-Qenox purpurası zamanı ağciyərlərin kompüterli tomoqrafiyası hansı dəyişikliklərlə təzahür edir?
A) Ağciyər şəklinin diffuz retikulyar dəyişiklikləri

B) Bazal fibroz

C) «Mat şüşə» simptomu

D) İnterstisial fibroz

E) Çoxsaylı düyünlər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
601) Şenleyn-Qenox purpurasının xüsusi kliniki əlamətlərinə hansılar aiddir?
A) Əllənən simmetrik purpura, artrit, qarın ağrıları

B) Düyünli eritema, kalsinoz, artrit, burun qanaxmaları

C) Uveit, uretrit, düyünli eritema

D) Qottron papulaları, artrit, hepatomeqaliya

E) Əllənən purpura, əzələ zəifliyi, artralgiyalar
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
602) Böyüklərdə hemorragik vaskulitin inkişafı hansı əlamətlərlə fərqlənir?
A) Böyrək zədələnmələri az rast gəlir

B) Artrit az rast gəlir

C) Qızdırma tez- tez rast gəlir

D) EÇS azalır

E) Abdominal sindrom az rast gəlir
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 557-558
603) Şenleyn-Qenox purpurasının müalicə taktikası?
A) Antibakterial müalcə, iltihab əlehinə qeyri steroid preparatları, kortikosteroidlər

B) İltihab əlehinə qeyri steroid preparatları, aminoxinolin sırasndanı preparatlar

C) Anabolik preparatlar, vobenzim

D) Simptomatik müalicə, sulfasalazin, xumira

E) Kortikosteroidlər, metotreksat, mabtera
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
604) Essensial krioqlobulinemik vaskulit kimlərdə daha tez rast gəlir?
A) 50 yaşlı qadınlarda

B) Gündə 3-6 siqarət, qalyan çekən, tütün çeynəyən 18-50 yaşında pasientlərdə

C) 16 yaşa qədər uşaqlarda

D) 10-30 yaş arasında qadınlarda

E) 20-50 yaşarası olan kişilərdə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
605) Essensial krioqlobulinemik vaskulitin etioloji amillərinə hansılar aiddir?
A) Hepatit «C» virusu ilə yoluxma

B) β- streptokokklar

C) Hepatit «B» virusu ilə yoluxma

D) Spiroxeta Borreliya

E) Sitomeqalovirus
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
606) Essensial krioqlobulinemik vaskuliti zamanı hansı kliniki zədələnmələr inkişaf edir?
A) Ağciyərlərin zədələnməsi, trombemboliyalar, dərialtı düyünlər

B) Əllərdə tofuslar, qızdırma, mərkəzi və periferik sinir sisteminin zədələnməsi

C) Reyno sindromu, oynaq zədələnmələri, dəri zədələnmələri, polineyropatiyalar

D) «Növbələşən axsqlıq», aşağı və yuxarı ətrafların işemiyası, böyrək zədələnmələri

E) Damarların aterosklerotik dəyişiklikləri, artrit, görmə qabiliyyətinin itirilməsi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
607) Essensial krioqlobulinemik vaskuliti zamanı hansı autoimmun xəstəliyin inkişafı müşahidə olunur?
A) Qudpasçer sindromu

B) Marfan sindromu

C) Sistemli qırmızı qurdeşənəyi

D) Şeqren sindromu

E) Antifosfolipid sindrom
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 558-559
608) Essensial krioqlobulinemik vaskulitin laborator dəyişikliklərinə hansılar aiddir?
A) Krioqlobulinlərin tapılması, yüksək titrlə IgM RF, ANF, EÇS artması

B) Antineytrofil sitoplazmatik antitellər (ANSA), RF, hipokomplementemiya

C) Krioqlobulinlərin tapılması, yüksək titrlə Anti-Ro/SS- A, IgD

D) EÇS artması, histonlara qarşı anticismlərin tapılması, yüksək titrlə AFL

E) D-dimerlərin tapılması, qaraciyər fermentlərin artması, IgG RF
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
609) Essensial krioqlobulinemik vaskulitin müalicə taktikası?
A) Kortikosteroidlər, ribaverin, plazmaferez, siklofosfamid

B) Kortikosteroidlər, vobenzim, valdekoksib

C) Puls terapiya, kiçik və orta dozalı prednizolon, antikoaqulyantlar

D) İltihab əleyhinə qeyri steroid preparatları, kortikosteroidlər, antibiotiklər

E) Kortikosteroidlər, anabolik preparatlar, sulfasalazin
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
610) Mikroskopik poliangiitin (poliarteriitin) kliniki şəklində hansı orqanların zədələnmələri üstünlük təşkil edir?
A) Fibrozlaşan alveolit

B) Meninqomieloensefalit

C) Nekrozlaşan qlomerulonefrit

D) Badi - Kiarri hepatiti

E) Libman-Saks miokarditi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
611) Mikroskopik poliangiit kimlərdə daha tez rast gəlir?
A) 50 yaşdan sonra xəstəliyin tezliyi artır, qadınlar daha tez xəstələnirlər

B) 10-30 yaş arasında qadınlarda

C) Orta yaşlı pasientlərdə, kişilər qadınlardan daha tez xəstələnirlər

D) 20-50 yaşarası olan pasientlər, qadınlar kişilərdən daha tez xəstələnirlər

E) Uşaq və yenietmələrdə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
612) Mikroskopik poliangiit zamanı inkişaf edən qlomerulonefritin təzahür edən əlamətlərinə hansılar aiddir?
A) Böyrək çatmamazlığın inkişafı ilə birgə arterial hipotoniya müşahidə olunur

B) Böyrək çatmamazlığı və arterial hipertoniya inkişaf etmir

C) Böyrək çatmamazlığı kəskin təzahür edən proteinuriya, hematuriya, nefrotik sindromun inkişafı ilə özünü biruzə verir, arterial təzyiq vaxtaşırı artır

D) Böyrək çatmamazlığı tez inkişaf edir və arterial hipertoniya olmur

E) Böyrək çatmamazlığı tədricən gözə çarpmadan inkişaf edir, həmçinin arterial təzyiq artması tədricən inkişaf edir
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
613) Mikroskopik poliangiit zamanı xəstələrin qanında aşkar olunur?
A) Yüksək titrlə D-dimerlər

B) Yüksək titrlə ANA

C) Yüksək titrlə perinuklear ANSA

D) Yüksək titrlə kardiolipinə qarşı anticismlər(AKL)

E) Yüksək titrlə RF
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
614) Mikroskopik poliangiit zamanı ağciyərlərin zədələnmələri hansı kliniki şəkildə inkişaf edir?
A) Eksudativ plevrit

B) Ağciyərlərin tromboemboliyası

C) İnterstisial pnevmoniya

D) Ağciyərlərin atelektazı

E) Fibrozlaşan alveolit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
615) Mikroskopik poliangiitin müalicə taktikasının əsasını nə təşkil edir?
A) Kortikosteroidlərin sulfasalazinlə birgə təyinatı

B) Kortikosteroidlərin valdekoksiblə birgə təyinatı

C) Kortikosteroidlərin antikoaqulyantlarla birgə təyinatı

D) Kortikosteroidlərin remikeyd ilə birgə təyinatı

E) Kortikosteroidlərin siklofosfamidlə birgə təyinatı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
616) Mikroskopik poliangiitin proqnozunu pisləşdirən amillərə aiddir?
A) Dəri zədələnmələri

B) Tənəffüs yolların yuxarı şöbələrinin zədələnmələri

C) Böyrək zədələnmələri

D) Oynaq zədələnmələri

E) Ümumi zədələnmələr
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
617) Kavasaki xəstəliyi kimlərdə daha tez rast gəlir?
A) Xəstələnmə erkən uşaq yaşlarında (əsasən 5 yaşına qədər) inkişaf edir

B) Yenidoğulanlarda və südəmər körpələrdə

C) 10-30 yaşlı qadınlarda

D) Oğlan uşaqlarında (5-17 yaşarası)

E) Xəstələnmə adətən 50 yaşdan sonra inkişaf edir
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-561
618) Kavasaki xəstəliyin erkən simptomu hansı əlamət sayılır?
A) Davamlı qızdırma

B) Dispepsik əlamətlər

C) Poliartralgiyalar

D) Aseptik meningit

E) Uretrit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
619) Kavasaki xəstəliyində gözlərin zədələnməsi hansı əlamətlərlə səciyələnir?
A) Artan katarakta, görmə qabiliyyətinin itirilməsi

B) Sklerit, xorioretinit

C) Quru keratokonyutivit, makulopatiya

D) Konyunktivit, ön uveit

E) Keratokonus, skleromalyasiya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
620) Kavasaki xəstəliyində dilin dəyişiklikliyi necə olur?
A) Ağ ərplə örtülmüş dil

B) «Qara» rəngli dil

C) «Moruq» rəngli dil

D) «Coğrafiq» dil

E) «Sianozlu» dil
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
621) Kavasaki xəstəliyinin əsasında hansı damarların zədələnməsi durur?
A) Orta damarların zədələnmələri

B) Bütün kalibrli damarların zədələnmələri

C) Xırda damarların zədələnmələri

D) Xırdacıl damarların zədələnmələri

E) İri damarların zədələnmələri
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
622) Kavasaki xəstəliyinin əsas sindromunu hansı sistem zədələnməsi təşkil edir?
A) Koronar arteriyaların zədələnməsi

B) Dəri zədələnmələri

C) Selikli qişanın zədələnməsi

D) Oynaqların zədələnməsi

E) Baş beyinin arteriyalarının zədələnməsi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
623) Kavasaki xəstəliyin müalicə taktikasını hansı preparatların qəbulu təşkil edir?
A) Qlükokortikosteroidlər, qeyri steroidlər, metotreksat

B) Fraksiyalanmamış heparinlər, antibakerial terapiya

C) Damardaxili immunoqlobulinin yeridilməsi, asetilsalisil turşusu, kortikosteroidlər

D) Antibiotiklər, asetilsalisil turşusu, azatioprin

E) Fraksiyalanmış heparinlər, antikoaqulyantlar, sulfasalazin
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
624) Kavasaki xəstəliyin müalicəsində seçim preparatı:
A) Azatioprin

B) Antibiotiklər

C) Damardaxili immunoqlobulinin yeridilməsi

D) Fraksiyalanmış heparinlər

E) Qlükokortikosteroidlər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572

Bölmə 7. Mikrokristallik artritlər

625) Podaqraya aşağıdakı göstərilən kliniki əlamətlərdən hansılar aiddir?
A) Podaqrik artrit, tofuslar, podaqrik nefropatiya, urat daşların əmələ gəlməsiylə keçən nefrolitiaz

B) Hiperurikemiya, mərkəzi və periferik sinir sisteminin podaqrik zədələnməsi, podaqrik artrit, tofuslar

C) Piylənmə, mübadilə pozğunluqları, hiperurikemiya, tofuslar, podaqrik nefropatiya, kalsinoz

D) Podaqrik artrit, tofuslar, podaqrik nefropatiya, sarkoileit, kalsinoz

E) Hiperurikemiya, podaqrik nefropatiya, tofuslar, dəri səpkiləri, sarkoileit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва., 2008, «ГЭОТАР-Медиа», стр.372-380
626) Podaqra kimlərdə daha tez rast gəlir?
A) 2-10 yaşlı uşaqlarda

B) Menopauzadan qabaq yaşda olan qadınlarda

C) 40 yaşına qədər kişilərdə

D) 40-50 yaşlı kişilərdə və 60 yaşdan yuxarı qadınlarda

E) 20-50 yaşlı qadınlarda və 40-50 yaşlı kişilərdə
Ədəbiyyat: Насонова В.А., Барскова В.Г. Ранняя диагностика и лечение подагры – научно обоснованное требование улучшения трудового и жизненного прогноза больных // Науч.-практ. Ревматология. – 2004. № 1.—с. 5-7
627) 40 yaşından yuxarı olan kişilərdə iltihab artritin ən yayılmış səbəbi nədir?
A) Bexterev xəstəliyi

B) Bexçet sindromu

C) Podaqra

D) Revmatoidli artrit

E) Birincili osteoartrit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380
628) Hiperurikemiyanin əsaslarını hansı patogenetik mexanizmlər təşkil edir?
A) Autoimmun mexanizmlər, bədxassəli törəmələr

B) Genetik amillərin təsiri, infeksion xəstəliklər, iki mexanizmlərin müştərək təsiri

C) Sidik turşusunun sintezinin artması, genetik amillərin təsiri

D) Sidik turşusunun ifrazının azalması, böyrəklərin autoimmun zədələnmələri, iki mexanizmlərin müştərək təsiri

E) Sidik turşusunun sintezinin artması, sidik turşusunun ifrazının azalması, iki mexanizmlərin müştərək təsiri
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380
629) Sidik turşusunun sutkada 800 mq çox ifrazı nəyi təsdiqləyir?
A) Sidik turşusunun hiperproduksiyasını

B) Orqanizmdə urikazanın azalmasını

C) Orqanizmdə urikazanın çoxalmasını

D) Sidik turşusunun həm hipoekskresiyasını, həm hiperproduksiyasını

E) Sidik turşusunun hipoekskresiyasını
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380
630) Uratların hiperproduksiyasına hansı amillərin təsirini göstərmək olar?
A) Purinli əsasları ilə zəngin, fruktoza tərkibində olan məhsullarla qidalanma, alkoqolun qəbulu, siqaret çekilməsi, piylənmə

B) Yaş amili, ATF molekulasının parçalanmasının artması, nukleotidlər mübadiləsinin artması, hipoparatireoidizm

C) Piylənmə, şəkərli diabet, infeksion xəstəlikləri, yaş amili, ATF molekulasının parçalanmasının artması, hipertireodizm

D) Purinli əsasları ilə zəngin, fruktoza tərkibində olan məhsularla qidalanma, alkoqolun qəbulu, qurğuşunla zəhərlənmə nəticəsində inkişaf edən nefropatiya

E) Purinli əsasları ilə zəngin, fruktoza tərkibində olan məhsullarla qidalanma, alkoqolun qəbulu, nukleotidlər mübadiləsinin artması
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380
631) Uratların hipoekskresıyasına hansı amillərin təsirlərini göstərmək olar?
A) Qurğuşunla zəhərlənmə nəticəsində inkişaf edən nefropatiya, respirator asidoz

B) Hiperparatireodizm, akromeqaliya, şəkərli diabet, piylənmə, alkoqolizm, hormonaslılıq

C) Yaş amili, şəkərli diabet, qurğuşunla zəhərlənmə nəticəsində inkişaf edən nefropatiya

D) Qurğuşunla zəhərlənmə nətiəsində inkişaf edən nefropatiya, uratların kanalcıq sekresiyasının ləngiməsi, respirator asidoz

E) Qlomerulonefrit, purinli əsaslar ilə zəngin olan məhsularla qidalanma, kolit, hipotireodizm
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380
632) Böyrəklərin vasitəsilə sidik turşusunun ifrazını azaldan dərman preparatları hansılardır?
A) Siklosporin, laziks, tiazid, nikotin turşusu, etambutol, aspirin

B) Allopurinol, aspirin, nikotin turşusu, insulin, laziks, tiazid

C) Deksametazon, nikotin turhusu, ATF, kokarboksilaza, solkoseril

D) Tiazid, aspirin, siklofosfamid, voltaren, etambutol

E) Diklofenak, laziks, indopamid, siklosporin, azatioprin, mabtera
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380
633) Podaqrik artritin inkişafında neçə mərhələ seçirlər?
A) 3

B) 2


C) 4

D) 5


E) 6
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, стр. 379-390
634) Kəskin podaqrik tutmasının təzəhür edən əlamətlərinə aiddir?
A) Monoartrit, ağrıların gecə və səhər tezdən başlanması, subfebrilitet, periartikulyar toxumalarda eritema və şişkinləşmə

B) Monoartrit, axşama yaxın oynaqların şişkinləşməsi, hiperemiyası, hərəkətlərin məhdudlaşması

C) Oliqoartrit, sutka ərzində artralgiyalar, subfebrilitet, periartikulyar toxumalarda düyünlər

D) Onurğanın bel-oma şöbəsində kəskin ağrılar, hərəkətlərin məhdudlaşması, müsbət Pasternatski simptomu

E) Xırda sinovial oynaqların simmetrik poliartriti, subfebrilitet, periartikulyar toxumalarda eritema və şişkinlik
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380
635) Hansı oynağın zədələnməsi podaqra üçün xüsusidir?
A) Diz oynağı

B) I ayaqdarağı-falanqa oynağı

C) Əldarağı-falanqa oynaqları

D) Bud-çanaq oynağı

E) V ayaqdarağı-falanqa oynağı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380
636) Hansı amillərin təsiri altında podaqranın kəskin tutması inkişaf edir?
A) Alkoqolun qəbulu, travma, cərrаhi müdaxilə, infeksion xəstəliklər, şualanma müalicə, qurğuşunla zəhərlənmə

B) Alkoqolun qəbulu, fiziki yükləmə, travma, stress, cərrаhi müdaxilə, insolyasiya, infeksion xəstəliklər

C) Soyuq havanın təsiri, tütünün təsiri, qurğuşunla zəhərlənmə, alkoqolun qəbulu, tromboflebitin kəskinləşməsi, travma

D) Alkoqolun qəbulu, fiziki yükləmə, cərrаhi müdaxilə, qanaxmalar, purin əsasları ilə zəngin olan məhsularla qidalanma

E) Bir sıra dərmanların qəbulu, purin əsasları ilə zəngin olan məhsularla qidalanma, insolyasiya, viruslu xəstəliklər
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И.. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, с. 203-220
637) Podaqranın xüsusi rentgenoloji əlamətələrinə aiddir?
A) Zədələnmiş oynaq nahiyyəsində yumşaq toxumaların şişkinləşməsi, oynaqətraflı osteoporoz, sümük toxumasının «uzur» şəklində eroziyası

B) Qeyri bərabər oynaq yarığın daralması, osteofitlər, burxulmalar, yumşaq toxumaların kalsinozu, akroosteoliz

C) Zədələnmiş oynaq nahiyyəsində yumşaq toxumaların şişkinləşməsi, oynaqətraflı osteoporoz, tofuslar

D) Zədələnmiş oynaq nahiyyəsində yumşaq toxumaların şişkinləşməsi, tofuslar, sümük toxumasının eroziyası «sıçovul dişdəmi» şəklində

E) Zədələnmiş oynaq nahiyyəsində yumşaq toxumaların şişkinləşməsi, oynaq yarığın bərabər daralması, xarakterik deformasiyalar
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380
638) Podaqranın tez-tez hansı xəstəliklərlə müştərək inkişafi müşahidə oluna bilər?
A) Şəkərli diabet, vaskulitlər, kəskin revmatik qızdırma

B) Şəkərli diabet, arterial hipertenziya, böyrək çatmamazlığı

C) Böyrəküstü vəzilərin çatmamazlığı, hipertoniya

D) Arterial hipertenziya, hiperlipidemiya, ateroskleroz

E) Hiperlipidemiya, ateroskleroz, vaskulitlər
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, с. 203-220
639) Adətən ilkin podaqrik tutmasından neçə vaxtdan sonra tofusların inkişafı müşahidə oluna bilər?
A) 3 aydan sonra

B) 10 ildən sonra

C) 1 ildən sonra

D) 6 aydan sonra

E) 3 ildən sonra
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380
640) Qadınlarda keçən podaqranın xüsusiyətlərinə hansılar aiddir?
A) Podaqra qadınlarda daha cavan yaşlarda inkişaf edir, nəinki kişilərdə və oynaqların defiqurasiyaları ilə inkişaf edir; tofuslar olmur

B) Podaqra menopauzadan sonra inkişaf edir, poliartrit şəklində və həmçinin revmatoidli artrit, vaskulitlər inkişaf edir, Buşar düyünləri xarakterikdir

C) Podaqra qadınlarda daha cavan yaşlarda inkişaf edir, nəinki kişilərdə, bir neçə oynaq zədələnir, osteoartiritlə zədələnmiş oynaqlarda tofusların yerləşməsi

D) Podaqra menopauzadan sonra inkişaf edir, bir neçə oynaq zədələnir və həmçinin osteoartrit, arterial hipertenziya, xroniki böyrək çatmamazlığı inkişaf edir, Qeberden düyünləri xarakterikdir

E) Qadınlarda podaqra kişilərnən bərabər yaşda inkişaf edir, 1 oynağın zədələnməsi, həmçinin osteoartrit, arterial hipertenziya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380
641) Hiperurikemiya nəticəsində inkişaf edən böyrək zədələnmələrin növləri hansılardır?
A) Urat nefropatiyası, sidikturşulu nefropatiya, urat daşların əmələ gəlməsiylə səciyyələnən nefrolitiaz, böyrəklərin polikistoz zədələnmələri

B) Urat nefropatiyası, sidikturşulu nefropatiya, membranoz nefropatiya, kəskin böyrək krizləri

C) Xroniki böyrək çatmamazlığı, mezangial nefrit, autoimmun qlomerulonefrit, böyrəklərin membranoz nefropatiyası

D) Urat nefropatiyası, sidikturşulu nefropatiya, autoimmun qlomerulonefrit, böyrəklərin membranoz nefropatiyası

E) Urat daşların əmələ gəlməsiylə səciyyələnən nefrolitiaz, kəskin böyrək krizi, xroniki böyrək çatmamazlığı, mezangial nefrit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380
642) Kəskin podaqrik artritin müalicəsi üçün tətbiq olunan preparatlara hansılar aiddir?
A) İltihab əleyhinə qeyri steroid preparatları, xondroprotektorlar, kortikosteroidlər

B) İltihab əleyhinə qeyri steroid preparatları, kolxisin, metotreksat

C) İltihab əleyhinə qeyri steroid preparatları, azatioprin

D) İltihab əleyhinə qeyri steroid preparatları, kortikosteroidlər, kolxisin

E) Qlükokortikosteroidlər, sitostatiklər, qızıl duzların preparatları
Ədəbiyyat: Насонова В.А., Барскова В.Г. Ранняя диагностика и лечение подагры – научно обоснованное требование улучшения трудового и жизненного прогноза больных // Науч.-практ. Ревматология. – 2004. № 1.—с. 5-7
643) Hiperurikemik preparatların daimi tətbiqinin göstərişlərinə hansılar aiddir?
A) Nefrolitiaz, tofusların inkişafi, sümük eroziyalarla keçən xroniki podaqrik artrit

B) Nefrolitiaz, tofuslar, hiperlipidemiyalarla birgə podaqranın inkişafı

C) Böyrəklərin membranoz nefropatiyası, kəskin böyrək krizi, urat nefropatiyası

D) Nefrolitiaz, 1-2 il ərzində 1-dən çox kəskin podaqrik tutmaların yalnız oliqoartrit şəklində inkişafı şərti ilə

E) Podaqra ilə birgə arterial təzyiqin, aterosklerozun inkişafı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin