Revmatologiya ixtisası üzrə test suallarının nümunələri Bölmə Revmatologiyanın laborator və instrumental müayinə üsulları


) Yarimkəskin dəri qırmızı qurdeşənəyi (cubacute lupus erythematosis) kimlərdə daha tez rast gəlir?



Yüklə 1,27 Mb.
səhifə8/20
tarix01.01.2017
ölçüsü1,27 Mb.
#4269
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

408) Yarimkəskin dəri qırmızı qurdeşənəyi (cubacute lupus erythematosis) kimlərdə daha tez rast gəlir?
A) Qadınlarda

B) Yenidoğulanlarda

C) Uşaqlarda və yeniyetmələrdə

D) Kişilərdə

E) Kişi və qadınlarda eyni bərabərliklə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-446
409) Yarimkəskin dəri qırmızı qurdeşənəyi (cubacute lupus erythematosis) xəstələrində hansı bir sira fərqli kliniki əlamətlər inkişaf edir?
A) Mərkəzi sinir sisteminin ağır zədələnmələri və antiribonukleoproteinlərə qarşı anticismlərin yüksək titri

B) Böyrəklərin ağır zədələnməsi və ANF yüksək titri

C) Mədə-bağırsaq sisteminin zədələnmələri və nativ DNT qarşı anticismlərin yüksək titri

D) Ağciyərlərin zədələnməsi və RF yüksək titri

E) Psoriazoform dəri zədələnmələri və anti-Ro anticismlərin tapılması
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-446
410) Neonatal qurdeşənəyi sindromunun kliniki əlamətlərinə hansılar aiddir?
A) Mədə-bağırsaq sisteminin zədələnmələri

B) Endokrin zədələnmələri

C) Mərkəzi sinir sisteminin zədələnmələri

D) Dəri zədələnmələri

E) Ağır böyrək zədələnmələri
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-446
411) Qırmızı qurdeşənəyi zamanı nadir dəri zədələnmələrinə hansılar aiddir?
A) Kalsinatlar

B) Rouell sindromu

C) Qabıqlanma

D) Ksantelazma

E) Dəri purpurası
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 419-446
412) Lüpus-pannikulit sindromu hansı əlamətlərlə özünü biruzə verir?
A) Torlu livedo ilə

B) «Mexanik» əli simptomu ilə

C) Üzdə, başın saç nahiyyəsində sıx ağrılı dərialtı infiltratlarla

D) Rouell sindromu ilə

E) Biett eriteması ilə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 419-446
413) Qırmızı qurdeşənəyi zamanı dırnaq dəyişikliklərə hansılar aiddir?
A) Bədxassəli onixiya, onixomalyasiya

B) Onixoreksiya, onixoptoz

C) Dırnaqaltı hiperkeratoz

D) Dırnaqların uzununa və eninə cızıqlanması, leykonixiya

E) Onixomikoz, dırnaqaltı hemorraqiyalar
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 419-446
414) Qırmızı qurdeşənəyin başlanğıcında ümumi xarakter daşıyan simptomlara hansılar aiddir?
A) Tez irəliləişən piylənmə, şiddətli yanğı

B) Fiziki yükləmədən sonra artan yorğunluq, öskürək tutmaları

C) Qektik tipli qızdırma, boğulmalar

D) Qızdırma, arıqlama

E) Günorta zamanı artan hərarət, qaşınmalar
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 419-446
415) Qırmızı qurdeşənəyin klinikasi üçün xarakter sindromlar hansılardır?
A) Uveit

B) Onurğa oynaqların artriti

C) Xondrokalsinoz

D) Dərialtı düyünlər

E) Qanda qurd eşənəyinə aid hüceyrələrin olması
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 419-446
416) Qırmızı qurdeşənəyin klinikasi üçün xarakterik sindromlar hansılardır?
A) Bietta eriteması

B) Sarkoileit

C) Oynaq ankilozları

D) Sümük eroziyaları

E) İrəliləişən karies
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 419-446
417) Qırmızı qurdeşənəyi vaxtı inkişaf edən dəri zədələnmələrinə aid olan dəyişikliklər hansılardır?
A) Reyno sindromu

B) Annulyar səpkilər

C) Qabıqlanma

D) Tofuslar

E) Almacıqlarda «Kəpənək» tipli səpkilər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 419-446
418) Qırmızı qurdeşənəyi vaxtı inkişaf edən dəri zədələnmələrinə aid olan dəyişikliklər hansılardır?
A) Kalsinozlar

B) Peyer düyünləri

C) Qabıqlanma

D) Leykoplakiya

E) Diffuz hiperpiqmentasiya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр.419-446
419) Qırmızı qurdeşənəyi diaqnozunu təsdiq edən əllərin dəyişikliklərinə aiddir?
A) Barmaq oynaqlarının arasında dəri dəyişiklikləri

B) Qottron ocaqları

C) Əldarağı-falanqa və proksimal falanqalararası oynaqların üzərində dəri dəyişiklikləri

D) «Sosiska» şəklində barmaqların şişkinləşməsi

E) Buşar düyünləri
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 419-446
420) Qırmızı qurdeşənəyi diaqnozunu təsdiq edən əllərin dəyişikliklərinə aiddir?
A) Əl oynaqların «turpabənzər» şəklində dəyişiklikləri

B) Polidaktiliya

C) Əl barmaqların qısalması

D) Jaku artriti

E) Daktilit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 419-446
421) ÜST tərəfindən tövsiyə edilən Lüpus-nefritin təsnifatında nefritin neçə sinfini ayırd edirlər?
A) 3

B) 8


C) 2

D) 6


E) 5
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 419-446
422) Lüpus nefritin irəliləişən inkişafının risk amillərinə hansı aiddir?
A) Qadın cinsi, xəstəliyin gecikmiş mərhələlərində nefritin başlanması

B) Kişi cinsi, nefritin «erkən» başlanması – uşaq və cavan yaşlarda

C) Ahıl və qoca yaşlı xəstələr, AFL sindromun inkişafı

D) Şəkərli diabetin, Şeqren sindromunun inkişafı

E) Siqaret çekmək, alkoqolun qəbulu
Ədəbiyyat: Насонова В.А. Системная красная волчанка. — М.: Медицина, 1972. – 248 с.
423) Böyrək çatışmazlığının irəliləişməsi hansı əlamətlərlə müşayiət olunur?
A) Ekstrarenal zədələnmələrin artması ilə

B) AFL sindromun inkişafı ilə

C) Xəstəliyin fəallığının laborator göstəricilərinin artması ilə

D) Ekstrarenal zədələnmələrin azalması ilə

E) Lüpus-pnevmoniitin inkişafı ilə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 419-446
424) ÜST tərəfindən tövsiyə edilən Lüpus-nefritin təsnifatında nefritin IV sinfinə hansı aiddir?
A) Membranoz qlomerulonefrit

B) Nefroskleroz

C) Mezanqial proliferativ qlomerulonefrit

D) Fokal qlomerulonefrit

E) Diffuz proliferativ qlomerulonefrit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 419-446
425) Qırmızı qurdeşənəyi zamanı sümük-oynaq sistemin zədələnmələrinin xüsusiyyətləri hansılardır?
A) Sarkoileitin inkişafı

B) Artritin miqrasiyaedən xarakteri

C) Kəskinləşmə dövrdə əllərin xırda oynaqlarının zədələnməsi səhər «buxovlanması» simptomu ilə özünü biruzə verir

D) Residivləşən polixondrit

E) Sümük toxumaların eroziyaları
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 419-446
426) Qırmızı qurdeşənəyi xəstələrində allopesiyanın səbəblərinə hansılar aiddir?
A) Qeyri steroid preparatların qəbulu

B) Sitostaik preparatların qəbulu

C) Qızıl duzların preparatlarının qəbulu

D) Aminoxinolin preparatların qəbulu

E) Qlükokortikoid preparatların qəbulu
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 419-446
427) Qırmızı qurdeşənəyi xəstəliyi gözlərin hansı zədələnmələrinə gətirə bilər?
A) Çəpgözlüyə

B) Keratokonusa

C) Episkleritə

D) Uveitə

E) Qlaukomaya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «Гэотар-Медиа», стр. 419-446
428) Qırmızı qurdeşənəyi xəstəliyi miokardın hansı zədələnmələrinə gətirə bilər?
A) Bədxassəli miokarditə

B) Kardiomiopatiyaya

C) Sol mədəciyin miokardının hipertrofiyasına

D) Sağ mədəciyin miokardının hipertrofiyasına

E) Miokardiofibroza
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «Гэотар-Медиа», стр. 419-446
429) Lüpus pnevmoniitin kliniki simptomlarına hansılar aiddir?
A) Səhərlər xəstələrdə bəlğəm ifrazı ilə olan öskürək

B) Kaplan sindromu

C) Quru öskürək

D) Emfizema sindromu

E) Tənəffüsün zəiflənməsi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «Гэотар-Медиа», стр. 419-446
430) Qırmızı qurd eşənəyin diaqnostik göstəricilərinə aiddir?
A) Uveit

B) Uretrit

C) Eroziv artritlər

D) Diskoidli səpkilər

E) Dərialtı düyünlər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «Гэотар-Медиа», стр. 419-446
431) LE-hüceyrələr nədir?
A) D-Dimerlər

B) Limositlər

C) Zülal

D) İmmunoqlobulinlər

E) Polimorf – nüvəli leykositlər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «Гэотар-Медиа», стр. 419-446
432) ANA-testin müsbət olması hansı xəstəliklər zamanı aşkar oluna bilər?
A) Revmatizm

B) Osteoartrit

C) Autoimmun hepatit

D) Osteoporoz

E) Bexterev xəstəliyi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «Гэотар-Медиа», стр. 419-446
433) Qırmızı qurdeşənəyi üçün hansı immunoloji testlər xüsusi sayılır?
A) İki spirallı DNT qarşı anticismlər

B) U1- ribonukleoproteinə qarşı anticismlər

C) Antisentromer anticismlər

D) RF qarşı anticismlər

E) Streptolizin-O qarşı anticismlər
Ədəbiyyat: Иванова М.И. Системная красная волчанка// диффузные болезни соединительной ткани: Руководство для врачей. Под ред. Я.Г. Сигидина и др. — М.: Медицина, 1994. – с. 231-300
434) Qırmızı qurdeşənəyin kliniki aktivliyini əks etdirən qanın laborator göstəricilərinə aiddir?
A) Leykopeniya

B) Fibrinogen

C) Leykositoz

D) Eozinofiliya

E) Trombositoz
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 419-446
435) Dərmanlı qurdeşənəyin inkişafı hansı preparatların qəbulu ilə əlaqədardır?
A) β- blokatorlar

B) β- adrenoblokatorlar

C) Penisillin

D) Azatioprin

E) Qlükokortisteroidlər
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, стр. 231-251
436) Dərmanlı qurdeşənəyi üçün xarakterik olan kliniki əlamətlər hansılardır?
A) Ağrı nöqtələri

B) Əzələ gərginliyi

C) Qıcolma sindromu

D) Əzələ ağrıları

E) Əzələ atrofiyası
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 419-446
437) Dərmanlı qurdeşənəyi üçün xarakterik olan kliniki əlamətlər hansılardır?
A) Ağciyərlərdə aseptik infiltratlar

B) Diskoidli səpkilər

C) Beyin fəaliyyətinin orqanik pozğunluqları

D) Psixiki pozğunluqları

E) Qıcolma sindromu
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 419-446
438) Qırmızı qurdeşənəyi üçün xüsusi sayılan əlamətlərin hansıları dərmanlı qurd eşənəyi vaxtı rast gəlir?
A) Bir spirallı DNT qarşı anticismlər

B) Mərkəzi sinir sisteminin zədələnmələri

C) Almacıqlarda «kəpənək» tipli səpkilər

D) Ağır nefritlər

E) İki spirallı DNT qarşı anticismlər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 419-446
439) Qırmızı qurdeşənəyin müalicə taktikasında hansı preparatların tətbiqi vacib sayılır?
A) Kortikosteroidlərin

B) Sulfasalazinin

C) Antibakterial preparatların

D) Qızıl duzların preparatlarının

E) D-penisillaminin
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 419-446
440) Dəri zədələnmələrilə keçən qırmızı qurdeşənəyin müalicəsi hansı preparatların qəbulu ilə keçirilir?
A) Arava, xlorambusil

B) Yüksək dozalı qlükokortikidlər, immunoqlobulinin damardaxili yeridilməsi

C) Antibakterial preparatlar, qeyri steroidlər

D) Puls-terapiya, sulfasalazin

E) Kiçik dozalı qlükokortikidlər, hidroksixloroxin
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 419-446
441) Lüpus-nefritin və mərkəzi sinir sistemin zədələnmələrinin müalicəsi üçün tətbiq olunan sitotoksik preparatlardan hansıları seçim preparatı kimi təyin edilir?
A) Siklofosfomid

B) Metotreksat

C) Siklosporin

D) Azatioprin

E) Plakvenil
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 419-446
442) Plazmaferezin keçirilməsi qırmızı qurdeşənəyin hansı ağırlaşmalarında tövsiyə olunur?
A) Osteoporozun inkişafı

B) Oynaq zədələnmələri

C) Tez irəliləişən nefrit

D) Ürək zədələnmələri

E) Dəri zədələnmələri
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 419-446
443) Qırmızı qurdeşənəyi vaxtı inkişaf edən dəri zədələnmələrin müalicəsi üçün hansı yerli tətbiq olunan preparatlardan istifadə edirlər?
A) Ftorlaşmış qlükokrtikoidli məlhəmlər və gellər

B) α- və β- ultrabənövşəyi şualara qarşı günəşdən qoruyan məlhəmlər

C) Arı və ilan zəhərin maddələrindən hazırlanmış məlhəmlər

D) Skipidar tərkibində olan məlhəmlər

E) Mentol tərkibində olan məlhəmlər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 419-446
444) Qlükokortikoidlərin yüksək dozalı təyinatını əsaslandıran qırmızı qurdeşənəyin kliniki əlamətləri?
A) Jaku artriti

B) Allopesiyanın inkişafı

C) Autoimmun trombositopeniya

D) Ağız boşluğunda xoralı yaraların inkişafı

E) Polimorf dəri zədələnmələri
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 419-446
445) Lüpoidli nefritlə xəstələrin müalicəsini hansı preparatla başlamaq tövsiyə olunur?
A) Antibakterial peparatlarla

B) Nitrofuran preparatlarla

C) Azatioprinlə

D) İltihab əleyhinə qeyri steroidli preparatlarla

E) Yüksək dozalı kortikosteroidlərlə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 419-446
446) Qırmızı qurdeşənəyi vaxtı oynaq sindromu ilə olan xəstələrdə əgər daxili orqanların zədələnmələri yoxdur – hansı müalicə taktikasını seçmək olar?
A) İltihab əleyhinə qeyri steroidli preparatların tətbiqi

B) Malyariya əleyhinə preparatların təyini

C) Yüksək dozalı kortikosteroidlərlə müalicə

D) Azatioprinin tətbiqi

E) Mabteranın tətbiqi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 419-446
447) Şeqren sindromu kimlərdə daha tez rast gəlinir?
A) Siqaret çəkən və alkoqolu qəbul edən orta yaşlı pasientlərdə

B) Xəstəlik böyük yaşlı pasientlərdə daha tez rast gəlir və 50 yaşdan sonra çoxalır; qadınlar kişilərdən 2 dəfə çox xəstələnir

C) Azyaşlı uşaqlarda

D) 20-50 yaş arası olan pasientlərdə, qadınlar 10-25 dəfə artıq tez xəstələnir, nəinki kişilər

E) 40 yaşına qədər kişilərdə
Ədəbiyyat: Васильев В.И., Симонова М.В., Сафонова Т.Н. Критерии диагноза болезни и синдрома Шегрена// Избранные лекции по клинической ревматологии. – М.: Медгиз, 2001. – с. 112-132
448) Şeqren sindromunun etioloji amillərinə hansılar aiddir?
A) Epşteyn-Barr virusu

B) Herpes virusu

C) β-streptokokklar

D) Autoimmun mexanizmlər

E) Sitomeqalovirus
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 484-502
449) İkincili Şeqren sindromunun diaqnozunu nəyin əsasında goymaq olar?
A) Başqa sistem xəstəliyin olması

B) ANA müsbət titri

C) Qanda HLA-B8-DR3 müsbət titri

D) IgE müsbət titri

E) ASO yüksək titri
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 484-502
450) Hansı sistem xəstəliyi zamanı Şeqren sindromu daha tez rast gəlir?
A) Sistemli polimiozit

B) Şenleyn-Qenox purpurası

C) Sistemli sklerodermiya

D) Sistemli qırmızı qurdeşənəyi

E) Revmatoidli artrit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 484-502
451) Şeqren sindromunun əsasını hansı patoloji proseslər təşkil edir?
A) β-streptokokklar tərəfindən ifraz olunan toksinlərin təsiri

B) Sialotrop virusların təsiri

C) Patoloji immunokomplekslərin yığılması

D) Limfositar infiltrasiya

E) Limfotrop virusların təsiri
Ədəbiyyat: Васильев В.И., Симонова М.В., Сафонова Т.Н. Критерии диагноза болезни и синдрома Шегрена// Избранные лекции по клинической ревматологии. – М.: Медгиз, 2001. – с. 112-132
452) Şeqren sindromunun erkən zədələnmələrinə hansılar aiddir?
A) Kserostomiya, artrit, qızdırma, arıqlama, periferik neyropatiya

B) Vaskulit, limfadenopatiya, Reyno sindromu, qaraciyərin zədələnməsi

C) Kseroftalmiya, kserostomiya, qulaqətrafı vəzinin böyüməsi, Reyno sindromu

D) Kseroftalmiya, blefarit, konyüktivit, miozit, limfoma

E) Mərkəzi və periferik sinir sisteminin zədələnmələri, reflyüks-ezofaqit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 484-502
453) Şeqren sindromu zamanı daha çox hansı sekresiya edən vəzilərin zədələnməsi baş verir?
A) Ağciyərlərin, böyrəküstü, limfatik vəziləri, mədəaltı vəzilər

B) Tüpürcək, gözyaşını, tər ifrazını edən vəzilər, mədənin selikli qişası

C) Gözyaşını, tər ifrazını edən vəzilər, qaraciyərin vəziləri

D) Tüpürcək, gözyaşını, tər ifrazını edən vəzilər, hipofiz

E) Tüpürcək, gözyaşını ifrazını edən vəzilər, limfatik vəzilər, böyrəküstü vəzilər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 484-502
454) Şeqren sindromu vaxtı göz zədələnmələrinin kliniki simptomlarına hansılar aiddir?
A) Gözlərdə ağrı, parıltama, qaşınma hissi, Mebius simptomu

B) Gözlərdə qaşınma, ağrı, quruluq, yuxudan ayılanda göz simptomları daha çox təzahür edir

C) Gözlərdə ağrı, görmə qabiliyyətinin pisləşməsi, buynuz qışasının bulanması

D) Göz damarlarının şişkinliyi, qabarması, görmə qabiliyyətinin pisləşməsi

E) Gözlərdə ağrı, qaşınma, quruluq hissi, axşama doğru xəstənin vəziyyəti pisləşir
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 484-502
455) Şeqren sindromundan başqa hansı xəstəliklər gözlərdə quruluq hissiyatı ilə özünü biruzə verir?
A) Blefarit, keratokonus, tireotoksikoz, sistemli dermatomiozit / polimiozit

B) Blefarit, viruslu infeksiyalar, dərman prepratların qəbulu

C) Vaskulitlər, Bexçet xəstəliyi, infeksiyalar, məxmərək

D) Sistemli qırmızı qurdeşənəyi, diuretikların davamlı qəbulu, məxmərək

E) Antifosfolipid sindromu, Bexçet xəstəliyi, vaskulitlər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 484-502
456) Şeqren sindromu ilə xəstələrdə gözün quruluğunu təyin etmək üçün hansı müayinə keçirilir?
A) Şober sınağı

B) Patrik sınağı

C) Zimnitski sınağı

D) Şirmer sınağı

E) Qenslen sınağı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 484-502
457) Kserostomiyanın inkişafı hansı kliniki əlamətlərlə özünü biruzə verir?
A) Sulu qidanın çətin udmağı, reflyüks-ezofaqit sindromu, irəliləişən stomatit

B) Udmaq prosesin çətinləşməsi, udlaqda qaşınma, yanğı hissi, stomatitin inkişafı

C) Ağız boşluğunda irinli yaraların inkişafı, qaşınma, yanğı hissiyatı, «goğrafi» dil

D) Davamlı danışmaqın çətinləşməyi, dilin şişkinləşməsi, çarpaz dişləmi, karies

E) Quru qidanın çətin udmağı, diş kariesin irəliləişməsi, reflyüks-ezofaqit sindromu
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 484-502
458) Tüpürcək vəzilərin asimmetrik böyüməsini hansı xəstəliklərlə differensasiya etmək olar?
A) Şeqren sindromu, akromeqaliya, tüpürcək vəzinin birincili bədxassəli şişi

B) Şeqren sindromu, xroniki pankreatit, şəkərli diabet, bakterial infeksiya

C) Şeqren sindromu, şəkərli diabet , cinsi vəzilərin hipofunksiyası

D) Şeqren sindromu, virus yoluxması, residivləşən uşaq parotiti, vərəm xəstəliyi

E) Şeqren sindromu, akromeqaliya, viruslu parotit, xroniki sialoadenit, sarkoidoz
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 484-502
459) Tüpürcək vəziləlrin funksyalarının qiymətləndirmək üçün aparılan müayinə necə adlanır?
A) Sialoqrafiya

B) Elektromioqrafiya

C) Salpinqoqrafiya

D) Veloerqometriya

E) Ssintiqrafiya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 484-502
460) Birincili Şeqren sindromun diaqnostik göstəricilərinə hansılar aiddir?
A) Ağız və göz quruluğu, ANA, RF, anti-SS-A-anticismlərin; anti-SS-B- anticismlərin müsbət titri

B) Ağız və gözlərin quruluğu, ANA, LE- hüceyrələr, RF, IgD müsbət titrləri

C) Ağız və gözlərin quruluğu, autoimmun xəstəliyin inkişafı, hiperkomplementemiya

D) Ağız və gözlərin quruluğu, A ANSA, IgM müsbət titri

E) Ağız və gözlərin quruluğu, vaskulit, eozinofiliya, IgA müsbət titrləri
Ədəbiyyat: Васильев В.И., Симонова М.В., Сафонова Т.Н. Критерии диагноза болезни и синдрома Шегрена// Избранные лекции по клинической ревматологии. – М.: Медгиз, 2001. – с. 112-132


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin