166) Ağciyər arteriyasının qapağının stenozunun kliniki əlamətlərinə hansılar aiddir?
A) Arterial hipertenziya, teleanqiektaziyalar
B) Sistemli emboliyalar, ürəkdöyünmə
C) Hepatomeqaliya, assit, ətraflarda ödemlər
D) Vaskulitlərin inkişafı, rahat vəziyyətdə ağrılar
E) Döş qəfəsində fiziki yükləmədən sonra ağrılar, ürəkdöyünmə
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, c.56
167) Ağciyər arteriyasının qapaq çatışmazlığının auskultativ əlamətlərinə aiddir?
A) III Ton, mezodiastolik, protodiastolik küylər
B) Döş sümüyünün solunda II və III qabırğaarasında köbut davamlı sistolik küy
C) II tonun ikiləşməsi, Rivero-Korvallo küyü
D) Flint küyü, çırpılan Iton
E) Qrexemm Still küyü, diastolik titrəmə
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, c.56
168) Ağciyər arteriyasının qapağının stenozunun auskultativ əlamətlərinə hansılar aiddir?
A) İyəbənzər pansistolik köbut küy, boynun sol tərəfinə irradiasiya edir
B) IV ton, mezosistolik çırtma
C) III ton, protodiastolik küy
D) Flint küyü, II tonun zəiflənməsi
E) Yumşaq, üfürən yuxarıtezlikli diastolik küy
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, c.56
169) Bir xəstədə teoretik olaraq neçə kombinə olunmuş çox klapanlı qüsurlar inkişaf oluna bilər?
A) 8
B) 3
C) 5
D) 2
E) 6
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт Петербург: Фолиант, 2005, 760 с.
170) Ürəyin çoxqapaqlı qüsurlarının instrumental diaqnostik üsullarına əsasən aiddir?
A) Sfiqmoqrafiya, artrosentez
B) Exokardioqrafiya, ürəyin kateterizasiyası
C) Kapillyaroskopiya, ultrasəs müayinə
D) Maqnit-Rezonans tədqiqat, ürəyin KT tədqiqatı
E) Rentgenoskopiya, koronaroqrafiya
Ədəbiyyat: Кардиология — Национальное руководство по кардиологии под ред. Ю.Н.Беленкова – М.: Гэотар-Медиа, 2008. – стр. 1086 - 1099
171) Qan dövranın çatışmazlığı ilə keçən revmatik qızdırmanın müalicəsində nə təyin edilir?
A) Kalium preparatları, opioidli analgetiklər, sitostatiklər
B) Kalsium preparatları, nitratlar, analgetiklər
C) Diuretiklər, nitratlar, periferik vazodilyatatorlar
D) Kortikosteroidlər, kalsium preparatları, antiaqreqantlar
E) Ürək qlikozidləri, diuretiklər, β-adrenoblokatorlar
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, c.56
172) Kəskin revmatik qızdırmanın etioloji terapiyası hansı preparatların tətbiqilə keçirilir?
A) Amoksisillinlə, eritromisinlə
B) QKS, ekstensillinlə
C) D-penisillaminlə, eritromisinlə
D) Sulfonilamidlərlə, tetrasiklinlə
E) Sitostatiklarlə, sulfonilamidlərlə
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, c.56
173) Kəskin revmatik qızdırmanın müalicəsində tətbiq olunan optimal qlükokortikoidin seçim preparatı hansıdır?
A) Deksametazon
B) Kortospan
C) Diprospan
D) Prednizolon
E) Kenaloq
Ədəbiyyat: Кардиология — Национальное руководство по кардиологии под ред. Ю.Н.Беленкова – М.: Гэотар-Медиа, 2008. – стр. 1086 - 1099
174) Kəskin revmatik qızdırmanın prinsipial müalicə sxeminə nə daxildir?
A) Fitoterapiya, puls-terapiya, D-penisillamin
B) Yataq rejimi, qlyükokortikoidlər, iltihab əleyhinə qeyri steroid preparatları, penisillinlər
C) Opioidli analgetiklər, miorelaksantlar, qlükokortikoidlərlə davamlı müalicə
D) Yarımyataq rejimi, antibiotiklər, sulfonilamidlər, kortikosteroidlər
E) Qızıl duzların preparatları, kortikosteroidlər, enzim terapiya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А. // Москва., 2008., «ГЭОТАР-Медиа», 35-66 с.
175) Kəskin revmatik qızdırmanın müalicəsində tətbiq olunan bazis preparatları hansılardır?
A) Delagil, plakvenil
B) Sulfasalazin, kuprenil
C) D-penisillamin, mabtera
D) Qızıl duzların prepratları
E) Metotreksat, xumira
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова Санкт Петербург: Фолиант, 2005, с.64-87
176) Residivlərin bisillinoprofilaktikasından başqa kəskin revmatik qızdırma xəstələrinə hamısına 10-günlü penisillinlə müalicə hansı hallarda təyin edilir?
A) Anemiyalar, revmatik perikaditin inkişafı
B) Artritlərin kəskinləşməsi, qanda ANA titrinin artması
C) Dişlərin ekstraksiyaları, kəskin respirator yoluxmaları, tonzillektomiyalar
D) Konyuktivitin kəskinləşməsi, qanda eozinofiliya, anemiya inkişaf etdikdə
E) Payız-yaz fəsilləri, mitral qapağın prolapsı inkişaf etdikdə
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова Санкт Петербург: Фолиант, 2005, с.64-87
177) Mitral stenozu olan xəstələrdə ürəyin zirvəsində I ton necə dəyişilir?
A) Ikiləşir
B) Eşidilmir
C) Dəyişilmir
D) Zəifləyir
E) Güclənir (çırpınır)
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, c.56
178) Mitral stenozla olan xəstələrdə ağciyər arteriyasının qapaqlarının proeksiyasında II ton necə dəyişilir?
A) Eşidilmir
B) Dəyişilmir
C) Aksentləşir
D) Zəifləyir
E) Ikiləşir
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, c.56
179) «Pişik mırıltısı» ürək qapaqlarının hansı patologiyasında təyin olunur?
A) Aortal stenoz
B) Mitral stenoz
C) Aortal çatışmazlığı
D) Mitral çatışmazlığı
E) Mitral qapaqlarının prolapsı
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, c.56
180) «Pişik mırıltısı» hansı müayinə üsulu ilə təyin olunur?
A) EKQ
B) Perkussiya
C) Vizual qiymətləndirmə
D) Auskultasiya
E) Palpasiya
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, c.56
181) Perkussiya apardıqda, mitral stenozu olan xəstələrdə ürək hara böyüyür?
A) Sola və yuxarı
B) Sola
C) Yuxarı və sağa
D) Sağa
E) Sola və sağa
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, c.56
182) Bildirçin ritminin əmələ gəlməsinin səbəbi nədir?
A) III tonun eşidilməsi
B) II tonun aksenti
C) I tonun ikiləşməsi
D) Əlavə tonun əmələ gəlməsi
E) II tonun ikiləşməsi
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, c.56
183) Mitral dəliyinin stenozu ilə olan xəstələrdə döş qəfəsinin R–skopiyasında retrokardial məsafə necə dəyişir?
A) Təyin olunmur
B) Daralır
C) Genişlənir
D) Normal olur
E) Genişlənir, sonra daralır
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, c.56
184) Mitral dəliyinin stenozu ilə olan xəstələrin R–skopiyasında ürək kölgəsi necə dəyişir?
A) Sola, sağa
B) Sola, aşağı
C) Sağa, aşağı
D) Sola, arxaya
E) Sağa, arxaya
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, c.56
185) Hansı patoloji vəziyyətlərdə mitral stenozu ilə olan xəstələrdə ürəyin zirvəsində diastolik küy eşidilmir (lal stenoz)?
A) Supraventrikulyar paroksizmal taxikardiya
B) Qulaqcıqların səyirməsi
C) Qulaqcıqların titrəməsi
D) Mədəcik taxikardiya
E) Mədəcik ekstrasistoliya
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, c.56
186) Diastolik küy əksər hallarda necə olur?
A) Keçirici
B) Funksional
C) Üzvi
D) Qarışıq
E) Əsas patologiyadan asılıdır
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, c.56
187) İnkişaf ləngiməsi hansı ürək qapaqlarının patologiyasında müşahidə oluna bilər?
A) Mitral qapaqlarının çatışmazlığı
B) Aorta qapaqlarının stenozu
C) Aorta qapaqlarının çatışmazlığı
D) Müştərək aortal qüsuru
E) Mitral dəliyinin stenozu
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.55
188) Mitral dəliyinin stenozu ilə olan xəstələrdə barmaq dırnaqları necə dəyişilir?
A) Güzgüyə bənzəyir
B) Ayparaya bənzəyir
C) Dəyişilmir
D) Çatlamış olur
E) Saat şüşəsinə bənzəyir
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.55
189) Mitral dəliyinin stenozu olan xəstələrdə əl barmaqları necə dəyişilir?
A) Dəyişilmir
B) Şişkinlik
C) Deviasiya
D) "Sosiska" şəklində defiqurasiya
E) Baraban çöplərinə bənzəyir
Ədəbiyyat: Насонова В.А., Асташенко М.Г. Клиническая ревматология:
190) Mitral dəliyinin stenozu ilə olan xəstələrdə cərrahi əməliyyat aparmaq üçün əks göstəriş nədir?
A) Sol mədəciyinin dekompensasiyası
B) «Birinci bаryerin» inkişafı
C) «Ikinci baryerin» inkişafı
D) Sol mədəciyinin hipertofiyası
E) Sağ mədəciyinin hipertrofiyası
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.59
191) Mitral qapağının çatışmazlığı ilə olan xəstələrin perkussiyası ürəyin hara böyüməsini təyin edir?
A) Sola və yuxarı
B) Sağa
C) Sola və sağa
D) Sola
E) Sağa və yuxarı
Ədəbiyyat: V. Əzizov. Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.61
192) Hansı ürək qüsurlarında patologiya gizli keçə bilər?
A) Aorta qapaqlarının çatışmazlığı
B) Mitral qapaqlarının çatışmazlığı
C) Müştərək mitral qüsuru
D) Mitral dəliyinin stenozu
E) Üçtaylı qapaqlarının çatışmazlığı
Ədəbiyyat: Насонова В.А., Асташенко М.Г. Клиническая ревматология: Руководство для врачей, М. Медицина, 1989, с.121
193) Sol qulaqcığının hipertrofiyasında P disinin xüsusi dəyişikliyi necə adlanır?
A) P-mitrale
B) P-aortale
C) Xüsusi adı yoxdur
D) P-trikuspidale
E) P-pulmonale
Ədəbiyyat: V. Əzizov. Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.62
194) Mitral dəliyinin stenozu hansı müayinə üsulları ilə aşkarlanır?
A) Koronaroqrafiya
B) Döş qəfəsinin R–skopiyası
C) Ultrasəs müayinə
D) EKQ
E) Exodoppleroqrafiya
Ədəbiyyat: V. Əzizov. Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.57
195) Mitral çatışmazlığında EKQ müayinəsi hansı aparmalarda R dişinin amplitudasının artmasını göstərir?
A) aVR, aVF, II
B) V1, V2, II, aVF
C) V5, V6, V1,2
D) V3, V4, I, aVF
E) I, aVL, V4, V5, V6
Ədəbiyyat: V. Əzizov. Daxili xəstəliklər: Kardiologiya, Bakı, 2007, s. 62
196) Mitral qapaqlarının prolapsı ilə xəstələrdə аrterial hipertenziyanın, ürək çatışmazlığının, mitral requrgitasiyasının inkişafı hansı preparatın tətbiqini əsaslаndırır?
A) Asetil salisil turşusunun
B) Fraksiparinin
C) Varfarinin
D) Heparinin
E) Kleksanın
Ədəbiyyat: Кардиология — Национальное руководство по кардиологии под ред. Ю.Н.Беленкова – М.: Гэотар-Медиа, 2008. – стр. 850 - 852
197) Sistolik arterial hipertenziya hansı ürək qüsurunda müşahidə olunur?
A) Mitral stenoz
B) Aortal çatışmazlığı
C) Aortal stenoz
D) Mitral çatışmazlığı
E) Müştərək mitral qüsuru
Ədəbiyyat: V. Əzizov. Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.70
198) Müsbət kapillyar nəbzi hansı ürək qüsurlarının birində qeyd oluna bilər?
A) Aortal çatışmazlığı
B) Kombinə olunmuş mitral-aortal qüsuru
C) Mitral çatışmazlığı
D) Mitral stenoz
E) Aortal stenoz
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.70
199) Qulaqcıqların titrəməsinin əsas əlamətləri hansılardır?
A) Atrio-ventrikulyar dissosiasiya
B) P-dişi qeyd olunmur
C) P-dişinin əvəzinə differensiasiya aparmaq mümkün olmayan əyrilik qeyd olunur
D) P-dişinin əvəzinə «mişarvari» əyrilik qeyd olunur
E) P-dişi normal olur
Ədəbiyyat: И.Л. Томов «Нарушения ритма сердца», Москва, Медицина, 1979, с. 194
200) Qulaqcıq səyirici aritmiyasının əsas kliniki əlaməti hansıdır?
A) Taxikardiya
B) Nəbzin qəfləti itməsi
C) Ekstrasistoliya
D) Bradikardiya
E) Nəbz defisiti
Ədəbiyyat: И.Л. Томов «Нарушения ритма сердца», Москва, Медицина, 1979, с. 194
201) Nəbz defisitini yaradan əsas səbəb hansıdır?
A) Boş sistolalar
B) Zəif sistolalar
C) Aktiv sistolalar
D) Zəbt olunmuş sistolalar
E) Dolu sistolalar
Ədəbiyyat: И.Л. Томов «Нарушения ритма сердца», Москва, Медицина, 1979, с. 202
202) İdiopatik hipertrofik subaortal stenoz hansı patoloji vəziyyətlərdə inkişaf edir?
A) Dilatasion kardiomiopatiyalarda
B) Hipertrofik kardiomiopatiyalarda
C) Miokarditlərdə
D) Ürəyin işemik xəstəliyində
E) Arterial hipertoniyada
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.94
203) Hansı ürək qüsurlarda kardialgiya daha tez müşahidə oluna bilər?
A) Mitral stenoz
B) Aortal çatışmazlığı
C) Aortal stenoz
D) Müştərək mitral-aortal qüsur
E) Mitral çatışmazlığı
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.70
204) Hansı simptom qaraciyərdə durğunluğun aşkar olunmasına əsaslanır?
A) Şaffar
B) Pleşe
C) Makkenzi
D) Merfi
E) Lasseq
Ədəbiyyat: Кардиология — Национальное руководство по кардиологии под ред. Ю.Н.Беленкова – М.: Гэотар-Медиа, 2008. – стр. 1086 - 1099
205) Mitral dəliyin sahəsi normada?
A) 3,0-4,5 sm2
B) 1,5-2,0 cm2
C) 5,5-7,0 sm2
D) 2,0-3,0 sm2
E) 4,5-6,0 sm2
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.53
206) Mitral dəliyin stenozunda «birinci baryer» hansı ürək strukturlarının səviyyəsində əmələ gəlir?
A) Sol qulaqcıqda
B) Mitral qapaqlarında
C) Aortada
D) Sol mədəcikdə
E) Ağciyər arteriyasında
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.53
207) Normada sol qulaqcıqda təzyiq nə qədər olmalıdır?
A) 3-4 mm c.s.
B) 6-8 mm c.s.
C) 5-7 mm c.s.
D) 6,5-8,5 mmc.s.
E) 4-5 mm c.s.
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.53
208) Mitral stenozu zamanı ürəkdaxili hemodinamikanın vacib xüsusiyyəti hansıdır?
A) Azalan vurğu həcmi
B) Artan vurğu həcmi
C) Dəyişilən vurğu həcmi
D) Fiksə olunmuş vurğu həcmi
E) Növbələnən qayda ilə dəyişilən vurğu həcmi
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.54
209) Mitral dəliyin sahəsindən asılı olaraq mitral stenozun neçə dərəcəsi ayırd edilir?
A) 2
B) 5
C) 3
D) 4
E) 6
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.54
210) Mitral dəliyin I dərəcəli stenozu vaxtı dəlik sahəsi nə qədər olur?
A) 2,0-3,0 sm2
B) 1,5-2,5 sm2
C) 2,0-4,0 sm2
D) 2,0-3,5 sm2
E) 2,0-4,5 sm2
Ədəbiyyat: Кардиология — Национальное руководство по кардиологии под ред. Ю.Н.Беленкова – М.: Гэотар-Медиа, 2008. – стр. 835 – 844
211) Mitral stenozunda bəlğəm necə olur?
A) Durğunlaşmış
B) Qanhayxırma
C) İrinli
D) Qanlı
E) Seroz
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.55
212) Mitral stenozu ilə olan xəstələrdə digər orqanlarda hansı dəiyşikliklər müşahidə olur?
A) Hepatomeqaliya
B) Hepato-splenomeqaliya
C) Splenomeqaliya
D) Dolixosiqma
E) Göbək yırtığı
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.56
213) Mitral requrqitasiyanın neçə dərəcəsi ayırd edilir?
A) 4
B) 3
C) 6
D) 2
E) 5
Ədəbiyyat: V. Əzizov. Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.60
214) Mitral çatışmazlığı ilə olan xəstələrdə fəsadların biri hansıdır?
A) Sağ mədəcik çatışmazlığı
B) Tromboembolik ağırlaşmalar
C) Kardiogen şok
D) Dressler sindromu
E) Miokardın infarktı
Ədəbiyyat: V. Əzizov. Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.63
215) Aortal stenozu ilə olan xəstələrdə R-skopiyada ürəyin şəkli necə olur?
A) Sola böyüyür
B) Sağa böyüyür
C) Yuxarıya böyüyür
D) Dəyişilmir
E) Hər iki tərəfə böyüyür
Ədəbiyyat: V. Əzizov. Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.67
216) Aortal stenozu ilə olan xəstələrin EKQ müayinəsi blokadaların hansı növünü daha tez təyin edir?
A) Qulaqcıqarası
B) Atrioventrikulyar
C) Sino-aurıkulyar
D) His dəstəsinin sol ayaqcığının
E) His dəstəsinin sağ ayaqcığının
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.66
217) Aortal stenozu olan xəstələrin spesifik auskultativ əlamətlərinə аiddir:
A) İkinci tonun aksenti
B) İkinci tonun paradoksal parçalanması
C) Zirvədə birinci tonun zəiflənməsi
D) Zirvədə birinci tonun güclənməsi
E) Birinci tonun ikiləşməsi
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, c.66
218) Müller simptomu hansı qüsurda rast gəlir?
A) Mitral çatışmazlığı
B) Kombinə ounmuş mitral-aortal qüsuru
C) Aortal stenoz
D) Aortal çatışmazlığı
E) Mitral stenoz
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 290-332
Bölmə 4. Revmatoidli artrit
219) Revmatoidli artritin etioloji amillərinə hansılar aiddir?
A) Epşteyn-Barr virusu
B) Β-Streptokokklar
C) İyersiniyanın törədicisi
D) HLA-27
E) Məlum deyil
Ədəbiyyat: Ismayılova S.S. Revmatoidli artrit: diaqnostika və müalicəsinin aktual məsələləri, Bakı. – 2008. – s.8-14
220) Revmatoidli artrit kimlərdə daha çox rast gəlir?
A) 40-50 yaşlı kişilərdə və 60 yaşdan yuxarı qadınlarda
B) 2-10 yaşlı uşaqlarda
C) 40 yaşına qədər kişilərdə
D) Menopauzadan sonra olan qadınlarda
E) Əsasən qadınlarda 35-50 yaş arasında, uşaq və yeniyetmələrdə, qoca və ahıl yaşlılarda rast gəlir
Ədəbiyyat: Ismayılova S.S. Revmatoidli artrit: diaqnostika və müalicəsinin aktual məsələləri, Bakı. – 2008. – s. 5-8
221) Revmatoidli zədələnəmələrin neçə mərhələsi seçilir?
A) 2
B) 4
C) 1
D) 3
E) 6
Ədəbiyyat: Ismayılova S.S. Revmatoidli artrit: diaqnostika və müalicəsinin aktual məsələləri, Bakı. – 2008. – s. 14-21
222) Pannus nədir?
A) Sümük toxuması
B) Qranulyasion toxuma
C) Qığırdaq toxuması
D) Patoloji immunokompleks
E) Epitelial toxuma
Ədəbiyyat: Ismayılova S.S. Revmatoidli artrit: diaqnostika və müalicəsinin aktual məsələləri, Bakı. – 2008. – s. 14-21
223) Revmatoidli faktor nədir?
A) Antigen
B) Anticism
C) Zülal
D) Autoantigen
E) Dimer molekulası
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 61-62
224) Revmatoidli faktor hansı xəstəliklər zamanı təyin edilir?
A) Takayasu sindromu
B) Kəskin revmatik qızdırma
C) Bexterev xəstəliyi
D) Kellqren xəstəliyi
E) Xroniki bakterial yoluxma
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 61-62
225) Revmatoidli sinoviti fərqləndirən əlamətlərinə aiddir?
A) Latent gedişat
B) Növbələnən gedişat
C) Spontan sağalma
D) Prodromal mərhələ
E) Daimi irəliləişən gedişat
Ədəbiyyat: Ismayılova S.S. Revmatoidli artrit: diaqnostika və müalicəsinin aktual məsələləri, Bakı. – 2008. – s. 14-21
226) Revmatoidli artritin autoimmun mənşəinin təsdiq edən amillər hansılardı?
A) İnfeksion amilin tapılması
B) Şeqren sindromun inkişafı
C) Artrit prosesin təzahürləri
D) RF artması
E) Penisillin qrupunun müalicəvi effektsizliyi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А. // Москва., 2008., «ГЭОТАР-Медиа», 290-332 с.
227) Revmatoidli artitin əsas kliniki təzahürləri?
A) Lyüpus-nefritin inkişafı
B) İnfeksion proseslərin inkişafı
C) Sistemli emboliyalar, qanaxmalar
D) Poliartrit, visseritlər
E) Limfoadenopatiyalar
Ədəbiyyat: Ismayılova S.S. Revmatoidli artrit: diaqnostika və müalicəsinin aktual məsələləri, Bakı. – 2008. – s. 14-21
228) Revmatoidli artrit zamanı oynaq zədələnmələrin əsas tipik əlamətləri hansılardı?
A) Oynaqların səhər «buxovlanması» 30 dəqiqədən az olması
B) Sinovial xırda ölçülü oynaqların simmetrik zədələnməsi
C) R-qrammalarda həqiqi sümük eroziyaların əlamətləri
D) «Uçucu» xarakterli artralgiyalar
E) Qalça-oma oynağın xəstəliyin erkən fazasında zədələnməsi
Ədəbiyyat: Ismayılova S.S. Revmatoidli artrit: diaqnostika və müalicəsinin aktual məsələləri, Bakı. – 2008. – s. 25-51
229) Revmatoidli artritin xarakterik əlamətlərinə aiddir?
A) Tez inkişaf edən ateroskleroz
B) Tez inkişaf edən Reyno sindromu
C) Tez inkişaf edən osteomalyasiya
D) Tez inkişaf edən böyrək çatışmazlığı
E) Tez inkişaf edən AFS sindromu
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А. // Москва, 2008, «ГЭОТАР-Медиа», 290-332 стр.
230) Revmatoidli artritin erkən zədələnmələri hansılardır?
A) Oynaqların ankilozu
B) Sümük deformasiyaları
C) Sümük eroziyaları
D) Sümük osteoporozu
E) Sümükarası əzələlərin atrofiyası
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А. // Москва, 2008, «ГЭОТАР-Медиа», 290-332 стр.
231) Oynaqların revmatoidli zədələnmələrinin daha tez rast gələn lokalizasiya yerləri hansılardır?
A) Kəllə sümüklərin oynaqları
B) Proksimal falanqalararası oynaqlar
C) Distal falanqalararası oynaqlar
D) Döş sümüyünün-qabırğa birləşmələri
E) I Pəncədaraq –falanqa oynağı
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова Санкт Петербург: Фолиант, 2005, с. 87-141
232) Revmatoidli oynaq zədələnmələrinin xüsusi sayılan rentgen əlamətlərinə hansılar aiddir?
A) Osteofitlər
B) Periostit
C) Oynaq yarığın daralması
D) Sümüklərin həqiqi eroziyaları
E) Sindesmofitlər
Ədəbiyyat: Клиническая ревматология под ред. Мазурова В.И.// Санкт-Петербург., 2005., с. 87-141
233) Atipik revmatoidli artriti fərqləndirən əlamətlər hansılardır?
A) Sinovit əlamətləri olmur
B) Artralgiyaların olmaması
C) Laborator göstəricilərin maksimal artması
D) Asimmetrik lokalizasiya
E) Deformasiyalar inkişaf etmir
Ədəbiyyat: Клиническая ревматология под ред. Мазурова В.И.// Санкт-Петербург., 2005., с. 87-141
Dostları ilə paylaş: |