Revmatologiya ixtisası üzrə test suallarının nümunələri Bölmə Revmatologiyanın laborator və instrumental müayinə üsulları


) Revmatoidli artritin müalicəsində sulfasalazinin göstərişlərinə aiddir?



Yüklə 1,27 Mb.
səhifə6/20
tarix01.01.2017
ölçüsü1,27 Mb.
#4269
1   2   3   4   5   6   7   8   9   ...   20

295) Revmatoidli artritin müalicəsində sulfasalazinin göstərişlərinə aiddir?
A) Revmatoidli artritin seroneqativ kliniki - immunoloji növü

B) Sistemli zədələnmələrin inkişafı ilə təzahür edən revmatoidli artrit

C) Revmatoidli artritin başlanğıc mərhələsi, minimal fəallıq

D) Ağır tez irəliləişən gedişli revmatoidli artrit

E) Limfadenopatiya ilə səciyyələnən revmatoidli artrit
Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 290-332
296) Revmatoidli artritin müalicəsində qızıl duzların preparatlarının göstərişlərinə aiddir?
A) Vaskulitlərin inkişafı ilə səciyyələnən revmatoidli artrit

B) Ağır, tez irəliləişən gedişli revmatoidli artrit

C) Revmatoidli artritin başlanğıc mərhələsi, minimal fəallıq

D) Yüksək aktivli sistemli zədələnmələrlə səciyələnən revmatoidli artrit

E) Əsasən oynaqların zədələnməsiylə səciyələnən revmatoidli artrit
Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 290-332
297) Revmatoidli artritin müalicəsində D-penisillaminin göstərişlərinə aiddir?
A) Ağır, tez irəliləişən gedişli revmatoidli artrit

B) Sistemli zədələnmələrlə səciyələnən revmatoidli artrit

C) Splenomeqaliyanın inkişafı ilə səciyələnən revmatoidli artrit

D) Revmatoidli artritin yüksək kliniki - laborator aktivliyi

E) Vaskulitlərin inkişafı ilə səciyələnən revmatoidli artrit
Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 290-332
298) Revmatoidli artritin müalicəsində metotreksatın göstərişlərinə aiddir?
A) Monoartrit şəklində inkişaf edən revmatoidli artrit

B) Ahıl yaşlı pasientlər və əsasən oynaqların zədələnməsiylə səciyələnən revmatoidli artrit

C) Sistemli zədələnmələrlə yüksək aktivli revmatoidli artrit

D) Revmatoidli artritin başlanğıc mərhələsi, minimal fəallıq

E) Əsasən oynaqların zədələnməsiylə səciyələnən revmatoidli artrit
Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 290-332
299) Revmatoidli artritin müalicəsində siklofosfamidin göstərişlərinə aiddir?
A) Vaskulit və nefropatiya ilə keçən revmatoidli artrit

B) Revmatoidli artritin başlanğıc mərhələsi

C) Revmatoidli artritin oliqoartrit növü

D) Splenomeqaliya ilə inkişaf edən revmatoidli artrit

E) Revmatoidli artritin minimal aktivliyi
Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 290-332
300) Revmatoidli artritin müalicəsində bioloji agentlərin göstərişlərinə aiddir?
A) Ağır tez irəliləişən gedişli revmatoidli artrit, başqa bazis preparatların zəif effektivliyi

B) Oynaq ankilozları

C) Revmatoidli artritin başlanğıc mərhələsi, minimal fəallıq

D) Mono-, oliqoartrit şəklində inkişaf edən revmatoidli artrit

E) Əsasən oynaqların zədələnməsiylə səciyyələnən revmatoidli artrit
Ədəbiyyat: Клиническая ревматология под ред. Мазурова В.И.// Санкт-Петербург, 2005, с. 87-141
301) Revmatoidli artritin cərrahi müalicəsinə qarşı hansı əks göstərişlər aiddir?
A) Sklerit, iridosklerit, revmatoidli artritin minimal aktivliyi

B) Sümük ankilozları, iri oynaqların sinoviti

C) Ağır visseritlər, irinli yoluxma ocaqları

D) Bud sümüyünün başcığının aseptik nekrozu, revmatoidli koksartrit

E) İri oynaqların residivləşən sinoviti, cavan yaşlı pasientlər
Ədəbiyyat: Клиническая ревматология под ред. Мазурова В.И.// Санкт-Петербург, 2005, с. 87-141
302) Revmatoidli artriti olan xəstələrin müalicəvi pəhrizində hansı qida məhsulların istifadəsi tövsiyə olununr?
A) Yuxarı kalorili, tarazlaşdırılmış pəhriz

B) Purinsiz pəhriz, duzsuz pəhriz

C) Zülalsız pəhriz

D) Qoruyucu pəhriz

E) Vegetarian pəhrizi, aşağı kalorili pəhriz
Ədəbiyyat: Ismayılova S.S. Revmatoidli artrit: diaqnostika və müalicəsinin aktual məsələləri, Bakı. – 2008. s. 169-171

Bölmə 5. Birləşdirici toxumanın diffuz xəstəlikləri

303) Sistemli sklerodermiya kimlərdə daha tez rast gəlir?
A) 10-30 yaş arasında qadınlarda

B) 30-50 yaş arasında pasientlərdə, qadınlar kişilərdən daha çox xəstələnirlər

C) 5-78 yaşlı pasientlərdə, kişilər və qadınlar eyni bərabərliklə xəstələnirlər

D) 40 yaşına qədər kişilərdə

E) Təzə doğulanlarda
Ədəbiyyat: Насонова В.А., Асташенко М.Г. Клиническая ревматология: Руководство для врачей, М. Медицина, 1989, с. 175
304) Sistemli sklerodermiya hansı xəstəliklərə aiddir?
A) Bakterial yoluxmaralara

B) Ekzokrin pozulmalara

C) Autoimmun xəstəliklərə

D) Viruslu yoluxmalara

E) Mübadilə pozulmalara
Ədəbiyyat: Клиническая ревматология под ред. Мазурова В.И.// Санкт-Петербург, 2005, с. 87-141
305) Hansı peşə faktorları sistem sklerodermiyanın əmələ gəlməsinə təsir gösətərə bilər?
A) Neft məmulatlarının istehsalı

B) Un məmulatlarının istehsalı

C) Süd məmulatlarının istehsalı

D) Dərmanların istehsalı

E) Polivenilxloridin istehsalı
Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
306) Sistemli sklerodermiyanın morfogenezində əsas rolu hansı mexanizmlər oynayırlar?
A) Fibroblastların funksiya və mikrosirkulyasiyasının pozğunluqları

B) Limfositlərin funksiya və mikrosirkulyasiyasının pozğunluqları

C) Limfositlərinin və fibroblastlarının funksiyalarının pozğunluqları

D) Fibroblastların və eozinofillərin funksiyalarının pozğunluqları

E) Eozinofillərinin funksiya və mikrosirkulyasiyasının pozğunluqları
Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
307) Sistemli sklerodermiya ilə olan xəstələrdə ağciyərlərin zədələnmələri hansı kliniki şəkildə keçir?
A) Bronxoektaziya

B) Bronxit

C) Pnevmoskleroz

D) Plevrit

E) Pnevmoniya
Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
308) Sistemli sklerodemiya ilə olan xəstələrdə hansı ürək qapağı daha tez zədələnir?
A) Aortal

B) Trikuspidal

C) Mitral

D) Ağciyər arteriyanın qapaqları

E) Müşahidə olunmur
Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
309) Sistemli sklerodermiya ilə olan xəstələrdə ürək patologiyası hansı kliniki əlamətlərlə səciyələnir?
A) Miokardiosklerozla

B) Miokarditlə

C) Kardimiopatiya ilə

D) Qulaqcıqların miksoması ilə

E) Miokardiodistrofiya ilə
Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
310) Sistemli sklerodermiya ilə olan xəstələrdə visseral patoloqiya daha tez hansı orqanın zədələnməsi ilə özünü biruzə verir?
A) Böyrəklərin

B) Baş beynin

C) Ürəyin

D) Dalağın

E) Qaraciyərin
Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
311) Sistemli sklerodermiya ilə olan xəstələrdə böyrəklərin əsas zədələnməsi necə adlanır?
A) Həqiqi sklerodermik amiloidoz

B) Həqiqi sklerodermik böyrək

C) Həqiqi sklerodermik qlomerulonefrit

D) Həqiqi sklerodermik nefropatiya

E) Həqiqi sklerodermik pielonefrit
Ədəbiyyat: РевматологияНациональное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
312) Sistemli sklerodermiyanın erkən kliniki əlamətləri hansılardır?
A) Reyno sindromu, damar və mədə-bağırsaq zədələnmələri

B) Reyno sindromu, ürək və ağciyərlərin zədələnmələri

C) Reyno sindromu, dəri və oynaq zədələnmələri

D) Reyno sindromu, böyrək və sinir sisteminin zədələnmələri

E) Reyno sindromu, ümumi və endokrin vəzilərin zədələnmələri
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
313) Sistemli sklerodermiyanın inkişafında HLA sistemin hansı lokusları daha böyük əhəmiyyət daşıyır?
A) HL-DRB1, HLA-DR2, HLA-B27

B) HLA-B27, HLA -DR5, HLA-DR4

C) HLA-B27, HLA-B24, HLA-B39

D) HLA -DR5, HLA-DR3, HLA-DR2

E) HLA-DR3, HLA-DR4, HLA-DR1
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
314) Sistemli sklerodermiyanın gedişində hansı variantlar ayırd edilir?
A) Kəskin, yarım kəskin, persistəedən

B) Residivləşən, kəskin, yarım kəskin

C) Residivləşən, persistəedən, kəskin

D) Kəskin, yarım kəskin, xroniki

E) Residivləşən, kəskin, xroniki
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
315) Sistemli sklerodermiyanın xroniki gedişli növü üçün hansı kliniki əlamətlərin inkişafı daha xüsusidir?
A) Böyrəklərin zədələnməsi

B) Ağciyərlərin zədələnməsi

C) Ürəyin zədələnməsi

D) Reyno sindromu

E) Dərinin zədələnməsi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
316) Sistemli sklerodermiyanın inkişafında neçə mərhələ ayırd edilir?
A) 2

B) 4


C) 6

D) 5


E) 3
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
317) Sistemli sklerodermiyanın neçə kliniki növlərini ayırd edirlər?
A) 7

B) 2


C) 4

D) 3


E) 5
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
318) Reyno sindromun inkişafı vaxtı təzahür edən vazospastik reaksiyaların neçə mərəhələsini ayırd edirlər?
A) Hiperemiya, sianoz, ağarma

B) Ağarma, sianoz, hiperemiya

C) İkterik, ağarma, sianoz

D) Sianoz, ağarma, ikterik

E) Sianoz, ağarma, hiperemiya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
319) Sistemli sklerodermiya zamanı dəri zədələnmələrin inkişafı neçə mərhələlər keçir?
A) İmpriqnasiya, sərt ödem, maserasiya

B) Sərt ödem, indurasiya, atrofiya

C) İmpriqnasiya, atrofiya, sərt ödem

D) Maserasiya, indurasiya, atrofiya

E) Sərt ödem, impriqnasiya, hipertrofiya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
320) Sklerodermik dəri zədələnmələri bədənin hansı hissəsində daha tez qeyd olunur?
A) Üz və qarında

B) Üz və boynda

C) Əl və topuqda

D) Üz və əllərdə

E) Boyun və döş qəfəsinin ön tərəfində
Ədəbiyyat: Клиническая ревматология // под ред. В.И.Мазурова, Санкт-Петербург: Фолиант, – 2005, с. 251-278
321) Dərinin sıxlığını hansı üsulla təyin edirlər?
A) Rentgenoloji üsulla

B) Maqnit Rezonans üsulu ilə

C) Kompüterli tomoqrafiya üsulu ilə

D) Ultrasəs üsulu ilə

E) Palpasiya üsulu ilə
Ədəbiyyat: Клиническая ревматология // под ред. В.И.Мазурова, Санкт-Петербург: Фолиант, – 2005, с. 251-278
322) Sistemli sklerodermiya zamanı əllərin zədələnməsi necə adlanır?
A) Sklerodaktiliya

B) Sklerodaktiloartropatiya

C) Sklerodaktiloqrafiya

D) Sklerodizartriya

E) Sklerodaktilostit
Ədəbiyyat: Клиническая ревматология // под ред. В.И.Мазурова, Санкт-Петербург: Фолиант, – 2005, с. 251-278
323) Sistemli sklerodermiya ilə olan xəstələrdə həzm traktının hansı şöbəsi daha tez zədələnir?
A) Qida borusu

B) Mədə


C) Bütün şöbələri

D) Udlaq


E) 12-barmaq bağırsaq
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
324) Sistemli sklerodermiya zamanı qida borusunun zədələnməsi hansı kliniki əlamətlə özünü biruzə verir?
A) Divertikul

B) Kardiyanın çatışmazlığı

C) Stenoz

D) Ezofagit

E) Genişlənmə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
325) Sklerodermik mənşəli zədələnmədə ürək daha çox hara böyüyür?
A) Yuxarıya

B) Arxaya

C) Sola və yuxarıya

D) Sola


E) Sağa
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
326) Sistemli sklerodermiya ilə əlaqədar olan ürəyin zədələnməsi EKQ-da necə öz əksini tapır?
A) Qulaqcıqların fibirilyasiyası şəklində

B) Kiçik voltaj şəklində

C) WPW - sindromu şəklində

D) Atrioventrikulyar blokada şəklində

E) Suraventrikulyar taxikardiya şəklində
Ədəbiyyat: Насонова В.А., Асташенко М.Г. Клиническая ревматология: Руководство для врачей, М. Медецина, 1989, с. 177
327) Sistemli sklerodermiya ilə olan xəstələrdə xarici tənəffüs funksiyasının pozulması hansı şəkildə ən tez rast gələ bilər?
A) Konstriktiv

B) Müştərək

C) Obstruktiv

D) Təyin olunmur

E) Restriktiv
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
328) Sistemli slerodermiya zamanı sümük zədələnmələri hansı xüsusi əlamətin inkişafı ilə səciyələnir?
A) Osteoxondropatiya ilə

B) Osteomalyasiya ilə

C) Osteonekrozla

D) Osteolizis ilə

E) Osteomielitlə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
329) CREST – sindromu nədir?
A) Kalsinoz, Reyno sindromu, sklerodaktiliya, ezofagit, teleangiektaziyalar

B) Kaliemiya, Reyno sindromu, sklerodaktiliya, qida borusunun genişlənməsi, teleangiektaziya

C) Kalsinoz, Reyno sindromu, sklerodaktiliya, qida borusunun genişlənməsi, teleangiektaziya

D) Kalsinoz, Reyno sindromu, sklerodermatit, ezofagit və tetraplegiya

E) Kalsinoz, Reyno sindromu, sklerodermatit, ezofagit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
330) Sistemli sklerodermiya zamanı inkişaf edən Tibyerj-Veyssenbax sindromu nədir?
A) Dırnaq falanqaların dərialtı toxumasında inkişaf edən nekroz

B) Dırnaq falanqaların dərialtı toxumasında inkişaf edən kalsinatlar

C) Barmaq uclarının «turpabənzər» şəklində dəyişiklikliyi

D) Əllərin dərialtı toxumasında tofusların inkişafı

E) Barmaqların «sosiska» şəklində şişkinləşməsi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
331) Sistemli sklerodermiya zamanı CREST sindromundan başqa hansı sindromların inkişafı müşahidə oluna bilər?
A) ES sindromu

B) ST sindromu

C) CEST sindromu

D) KRST sindromu

E) EST sindromu
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, с. 188
332) Sistemli sklerodermiyada zülal göstəricilərinin xüsusiyyətləri necə olur?
A) Zülal göstəriciləri dəyişilmir

B) Hipoproteinemiya və hipo-λ-qlobulinemiya

C) Hipoproteinemiya və hipo-α-qlobulinemiya

D) Hiperproteinemiya və hipo-α-qlobulinemiya

E) Hiperproteinemiya və hipo-λ-qlobulinemiya
Ədəbiyyat: Носков С.М. Ревматология. Актуальные вопросы. Ростов-на–Дону, 2007. – «Медицина», с. 342
333) Hansı simptomun əsаsında sistemli sklerodermiyanı erkən mərhələdə təyin etmək mümkündür?
A) Şarko-Mari simptomu

B) Makkenzi simptomu

C) Merfi simptomu

D) Reyno simptomu

E) Müsse simptomu
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
334) Sistemli sklerodermiyadan başqa sklerodermik xəstəliklər qrupuna hansılar aiddir?
A) Skeleredema Buşke

B) Yan amiotofik skleroz

C) Elers-Danlos sindromu

D) Marfan sindromu

E) Şeqren sindromu
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
335) Dəri zədələnmələrinə görə sistemli sklerodermiyanı hansı xəstəliklərlə differensasiya etmək olar?
A) Verner sindromu ilə

B) Vegener qranulematozu ilə

C) Kəskin revmatik qızdırma ilə

D) Revmatoidli artritlə

E) Şeqren xəstəliyi ilə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
336) Sistemli sklerodermiya və diffuz fassit arasında differensial diaqnostikanı aparmaq üçün qanın hansı göstəricisi daha əhəmiyyətlidir?
A) Leykositlər

B) Eritrositlər

C) Monositlər

D) Limfositlər

E) Eozinofillər
Ədəbiyyat: Клиническая ревматология // под ред. В.И.Мазурова, Санкт-Петербург: Фолиант, – 2005, с. 251-278
337) Psevdosklerodermiya hansı xəstəliklərə aiddir?
A) Toplanma xəstəliklərə

B) Autoimmun xəstəliklərə

C) Metabolik xəstəliklərə

D) Overlap sindroma

E) Yuvenil sklerodermiyanın bir növüdür
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
338) Sklerodermik böyrək krizlərin xüsusiyyəti nədən ibarətdir?
A) Arterial təzyiqin kəskin azalması

B) Qəfləti, əlamətsiz başlanğıc

C) Laborator göstəricilərin normaya uyğun olması

D) Trombositoz

E) LE-hüceyrələrin yüksək titri
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
339) Damarların sklerodermik zədələnməsi özünü hansı əlamətlərlə biruzə verir?
A) «Siçovul dişdəmi»

B) «Torlu» livedo

C) Əllənən purpura

D) «Moruğu» dil

E) Dodaqların qırmızı haşiyəsinin çatları
Ədəbiyyat: Клиническая ревматология // под ред. В.И.Мазурова, Санкт-Петербург: Фолиант, – 2005, с. 251-278
340) Sistemli sklerodermiyanın diaqnozunu pisləşdirən amillərə aiddir?
A) Sklerodermik qüsur

B) Sklerodermik kalsinoz

C) Sklerodermik alveolit

D) Sklerodermik ezofaqit

E) Sklerodemik nefropatiya
Ədəbiyyat: Клиническая ревматология // под ред. В.И.Мазурова, Санкт-Петербург: Фолиант, – 2005, с. 251-278
341) Sistemli sklerodermiyanın müalicə kompleksinə hansı qrup preparatlar daxildir?
A) Antihistamin, trombolitik, damar preparatları

B) Antifibroz, iltihab əleyhinə, damar preparatları

C) Antihipertenziv, antifibroz, antidepressant preparatlar

D) Antikoaqulyant, antibakterial, miorelaksant preparatları

E) Analgetiklər, diuretiklər, iltihab əleyhinə preparatlar
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
342) Sklerodermiya zamanı D-penisillaminin tətbiqilə birgə hansı vitaminin təyinatı tövsiyə olunur?
A) Nikotin turşusunun

B) «B12» vitaminin

C) «A» vitaminin

D) «B6» vitaminin

E) «C» vitmainin
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
343) Sklerodermiya zamanı D- penisillaminin tətbiqi ədatən xəstəliyin hansı gedişatında tövsiyə olunur?
A) Yarımkəskin

B) Persistəedən

C) Xroniki

D) Residivləşən

E) Kəskin
Ədəbiyyat: Клиническая ревматология // под ред. В.И.Мазурова, Санкт-Петербург: Фолиант, – 2005, с. 251-278
344) Sklerodermiyanın xroniki gedişatında müalicə hansı bazis preparatla aparılır?
A) D-penisillamin

B) Azatioprin

C) Sulfasalazin

D) Metotreksat

E) Plakvenil
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
345) Sistemli sklerodermiya zamanı inkişaf edən damar zədələnmələrin müalicəsi üçün hansı seçim preparatı tövsiyə olunur?
A) Kalium preparatları

B) Kalsitonin

C) β-blokatorlar

D) Kalsium-D3 Nikomed

E) Kalsium antaqonistləri
Ədəbiyyat: Носков С.М., Ревматология. Актуальные вопросы. Ростов-на –Дону., 2007. – «Медицина», 334 с.
346) Sistemli sklerodermiya zamanı qızdırma əlaməti özünü nə cür biruzə verir?
A) Yerli hərarətin artması ilə

B) Subfebril hərarətlə

C) Səhər və günorta vaxtlarında hərarətin artması ilə

D) Qektik tipli qızdırma ilə

E) Hərarət adətən olmur
Ədəbiyyat: Клиническая ревматология // под ред. В.И.Мазурова, Санкт-Петербург: Фолиант, – 2005, с. 419-447
347) Sistemli sklerodermiyanın «böyük» diaqnostik göstəricilərinə (Amerika revmatoloqların kolleqiyasının tövsiyələri) hansı əlamət aiddir?
A) Ikitərəfli bazal pnevmofibroz

B) Sklerodaktiliya

C) Diqital xırda çapıqlar

D) Hiperqammaqlobulinemiya

E) Proksimal sklerodermiya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
348) Sistemli sklerodermiyanın «kiçik» diaqnostik göstəricilərinə (Amerika revmatoloqların kolleqiyasının tövsiyələri) hansı əlamətlər aiddir?
A) Proksimal sklerodermiya

B) Hiperqammaqlobulinemiya

C) Kəskin sklerodermik nefropatiya

D) Kalsinoz

E) Sklerodaktiliya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
349) Ağciyərlərin sklerodermik interstisial zədələnmələrinin müalicəsi üçün penisillaminlə birgə hansı bazis preparatın tətbiqi tövsiyə olunur?
A) Siklofosfоmid

B) Plakvenil

C) Aminoxinolin preparatları

D) Qızıl duzların preparatları

E) Metotreksat
Ədəbiyyat: Клиническая ревматология // под ред. В.И.Мазурова, Санкт-Петербург: Фолиант, – 2005, с. 251-278
350) D-penicillaminin istifadəsilə əlaqədar inkişaf edən allergik reaksiyaların müalicəsində hansı dərmanları təyin etmək məsləhət görürlər?
A) Antihistamin dərmanları

B) Qlükokortikoidləri

C) İntoksikasiya əleyhinə preparatları

D) Immmunostatikləri

E) Immunomodulyatorları
Ədəbiyyat: Клиническая ревматология // под ред. В.И.Мазурова, Санкт-Петербург: Фолиант, – 2005, с. 251-278


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin