Revmatologiya ixtisası üzrə test suallarının nümunələri Bölmə Revmatologiyanın laborator və instrumental müayinə üsulları


) Sümük rezorbsiyasına ləngedici təsir göstərən preparatlar hansılardır?



Yüklə 1,27 Mb.
səhifə17/20
tarix01.01.2017
ölçüsü1,27 Mb.
#4269
1   ...   12   13   14   15   16   17   18   19   20

846) Sümük rezorbsiyasına ləngedici təsir göstərən preparatlar hansılardır?
A) İnfliksimamb

B) «D» vitaminin aktiv metabolitləri

C) Paratireoid hormonu

D) Metilprednizolon

E) Bifosfonatlar
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 589-608
847) Bifosfonatlara hansılar aiddir?
A) Xumira

B) Miakalsik

C) Remikeyd

D) Bonviva

E) Forsteo
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 589-608

Bölmə 16. Marfan sindromu

848) Marfan sindromu ilə olan xəstələrdə hansı orqanların və sistemlərin zədələnməsi üstünlük təşkil edir?
A) Sidik ifrazı, sümük, ağciyər sistemlərin

B) Ürək-damar, sidik ifrazı, sinir sistemlərin

C) Ürək-damar, göz, sümük sistemlərin

D) Ürək-damar, göz, əzələ sistemlərin

E) Əzələ, göz, sinir sistemlərin
Ədəbiyyat: Н.Т. Ватутин, «Синдром Марфана», Кардиология, 2006, №1, с. 92
849) Hansı zülalın sintezinin pozulması Marfan sindromunun molekulyar əsasını təşkil edir?
A) Fibrillin

B) Miofibrillin

C) Mioqlobin

D) Fibroellastin

E) Fibroplastin
Ədəbiyyat: Н.Т. Ватутин, «Синдром Марфана», Кардиология, 2006, №1, с. 92
850) İrsi meyillilikdən başqa Marfan sindromunun əmələ gəlməsinin səbəbi nə ola bilər?
A) Yoluxucu faktorlar

B) Sporodik mutasiyalar

C) Travma

D) Zərərli vərdişlər

E) Soyuqdəymə
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт- Петербург: Невский проспект, 1999, с. 27-28
851) Marfan sindromu ilə olan xəstələrdə, ən tez aşkar edilən ürək patologiyası hansıdır?
A) Aortal çatışmazlığı

B) Mitral stenoz

C) Mitral çatışmazlığı

D) Üçtaylı qapağın çatışmazlığı

E) Aortal stenoz
Ədəbiyyat: Н.Т. Ватутин, «Синдром Марфана», Кардиология, 2006, №1, с. 92
852) Marfan sidnromunun gedişini fəsadlaşdıran əsas səbəb?
A) Miokardit

B) Miokardın infarktı

C) Septiki endokardit

D) Tromboemboliya

E) Kəskin sol mədəcik çatışmazlığı
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт- Петербург: Невский проспект, 1999, с. 465-469
853) Marfan sindromu ilə olan xəstələrin əsas ölüm səbəbi nədir?
A) Aortanın ayrılan anevrizması və kəskin sol mədəcik çatışmazlığı

B) Aortanın ayrılan anevrizması və kardiogen şok

C) Aortanın ayrılan anevrizması və miokardın cırılması

D) Aortanın ayrılan anevrizması və infeksion toksiki şok

E) Aortanın ayırlan anevrizması və miokard infarktı
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт- Петербург: Невский проспект, 1999, с. 465-469
854) Marfan sindromu vaxtı xəstələrin döş qəfəsinin dəyişiklikliyi hansı şəkildə olur?
A) Hiperstenik

B) «Paralitik»

C) «Çəkməçi»

D) Astenik

E) Emfizematoz
Ədəbiyyat: Н.Т. Ватутин, «Синдром Марфана», Кардиология, 2006, №1, с. 92
855) Marfan sindromu ilə olan xəstələrdə əl barmaqlarının dəyişiklikliyi necə adlanır?
A) Daktilit

B) Sklerodaktiliya

C) Defiqurasiya

D) Deviasiya

E) Araxnodaktiliya
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт- Петербург: Невский проспект, 1999, с. 465-469
856) Marfan sindromu ilə olan xəstələrdə ən tez rast gələn gözlərin patologiyası necə adlanır?
A) Billurun yuxarıya ektopiyası

B) Diplopiya

C) Nistaqm

D) Ekzoftalm

E) Göz bəbəklərinin genişlənməsi
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт- Петербург: Невский проспект, 1999, с. 465-469
857) Marfan sindromu ilə olan xəstələrin xarici görünüşün xüsusiyyətləri?
A) Uzun nazik ətraflar, «quş üzü», saat şüşəsinə bənzəyən dırnaqlar

B) Qısa kök ətraflar, «quş üzü», nazik uzun barmaqlar

C) Uzun və nazik ətraflar, «quş üzü», uzun nazik dırnaqlar

D) Uzun nazik ətraflar, «quş üzü», baraban çubuqlarına oxşayan dırnaqlar

E) Qısa kök ətraflar, nazik uzun dırnaqlar, skolioz
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт- Петербург: Невский проспект, 1999, с. 465-469
858) Marfan sindromu ilə olan xəstələrdə fəsadların inkişaf ehtimalının qarşısını almaq üçün hansı dərmanlara üstünlük verirlər?
A) AÇF inhibitorlara

B) Vazodilatatorlara

C) β-blokatorlara

D) Diuretiklərə

E) Calsium kanalcıqlarının blokatorlarına
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт- Петербург: Невский проспект, 1999, с. 465-469
859) Marfan sindromu ilə olan xəstələrdə ən tez rast gələn ağciyər patologiyası hansıdır?
A) Polikistoz, spontan pnevmotoraks, emfizema

B) Polikistos, eksudativ plevrit, emfizema

C) Xroniki pnevmoniya, emfizema, eksudatıv plevrit

D) Polikistoz, emfizema, xroniki pnevmoniya

E) Xroniki pnevmoniya, polikistoz, spontan pnevmotoraks
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт- Петербург: Невский проспект, 1999, с. 465-469
860) Marfan sindromun diaqnostikasında istifadə olunan müayinə üsullarından ən vacibi hansıdır?
A) Genetik analiz

B) kompüterli tomoqrafiya

C) Rentgenoqramma

D) Qanın ümumi analizi

E) Qanın biokimyəvi analizi
Ədəbiyyat: Н.Т. Ватутин, «Синдром Марфана», Кардиология, 2006, №1, с. 94
861) Marfan sindromunun gedişi kimlərdə daha ağır olur?
A) Orta yaşlı pasientlərdə

B) Xəstənin yaşından asılı deyil

C) Yenidoğulanlarda

D) Qocalarda

E) Yeniyetmələrdə
Ədəbiyyat: Н.Т. Ватутин, «Синдром Марфана», Кардиология, 2006, №1, с. 94
862) Beynəlxalq ekspertlər tərəfindən (1996) Marfan sindormunun razılaşmış diaqnostik əlamətləri necə adlanır?
A) Kent nozologiyası

B) Paris nozologiyası

C) Roma nozologiyası

D) Budapeşt nozologiyası

E) London nozologiyası
Ədəbiyyat: Н.Т. Ватутин, «Синдром Марфана», Кардиология, 2006, №1, с. 94

Bölmə 17. Farmakoterapiya

863) SOG -2 (siklooksigenazа – 2) qarşı selektivli inhibitorlara hansı preparatlar aiddir?
A) Lornoksikam, naproksen

B) Prioksikam, ibuprofen

C) Meloksikam, nimesulid

D) Asetilsalisil turşusu, selekoksib

E) Diklofenak, ketoprofen
Ədəbiyyat: Носков С.М. Ревматология. Актуальная терапия // Ростов –на-Дону: «Феникс»,-2007. – с. 490
864) Selektivli qeyri steroidlərin arasında yüksək selektivliyə malik olan preparatlar hansılardır?
A) Mesulid, piroksikam

B) Nimesulid, lornoksikam

C) Selekoksib, valdekoksib

D) Meloksikam, etodolak

E) Rofekoksib, naproksen
Ədəbiyyat: Носков С.М. Ревматология. Актуальная терапия // Ростов –на-Дону: «Феникс»,-2007. – 510 с.
865) İnyeksiya şəklində qeyri steroidli preparatların tətbiqini hansı davamiyyətlə aparmaq tövsiyə olunur?
A) 10 gün

B) 3 gün


C) 1 gün

D) 5 gün


E) 1həftə
Ədəbiyyat: Носков С.М. Ревматология. Актуальная терапия // Ростов –на-Дону: «Феникс»,-2007. – 310 с.
866) İltihab əleyhinə qeyri steroidlərin sistemli tətbiqi – I sıra preparatı kimi hansı xəstəliklər zamanı tövsiyə olunur?
A) Osteoartroz

B) Bexçet xəstəliyi

C) Osteoporoz

D) Ankilozedən spondiloartrit

E) Vaskulitlər
Ədəbiyyat: Носков С.М. Ревматология. Актуальная терапия // Ростов –на-Дону: «Феникс»,-2007. – 310 с.
867) İltihab əleyhinə qeyri steroidlərin rektal formasında tətbiqi hansı məqsədlə tövsiyə olunur?
A) Qastropatiyaların inkişafının qabağını almaq üçün

B) Allergik reaksiyaların qabağını almaq üçün

C) Dispepsik fəsadların qabağını almaq üçün

D) Daha artıq analgetik təsirə nail olmaq üçün

E) Daha davamlı iltihab əleyhinə təsirə nail olmaq üçün
Ədəbiyyat: Носков С.М. Ревматология. Актуальная терапия // Ростов –на-Дону: «Феникс»,-2007. – 310 с.
868) Podaqra zamanı inkişaf edən dislipidemiyanın müalicəsində seçim preparatı hansıdır?
A) Nikotin turşusu

B) Simvastatin

C) Lovastatin

D) Atorvastatin

E) Fenofibrat
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 372- 380
869) Podaqra zamanı inkişaf edən arterial təzyiqin müalicəsində seçim preparatı hansıdır?
A) Amlodipin

B) Atenolol

C) Nitratlar

D) İndopamid

E) Lozartan
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 372- 380
870) «Ribaund sindromu» nədir?
A) Revmatik atakanın davamiyyətinin 7 və artıq aya qədər uzanması

B) Remisiyanın inkişafı

C) Revmatik atakanın davamiyyətinin 3 aya qədər uzanması

D) Revmatik atakanın davamiyyətinin 1 aya qədər uzanması

E) Revmatik atakanın ağırlaşması
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, с. 84
871) Kəskin podaqrik artritin müalicəsi üçün «per oral» tətbiq olunan kolxisinin maksimal sutka dozası?
A) Hər 3 saatdan bir 5 mq — maksimal sutka dozası 25 mq

B) Hər 12saatdan bir 2 mq — maksimal sutka dozası 4 mq

C) Hər 6 saatdan bir 1 mq — maksimal sutka dozası 2 mq

D) Hər 1saatdan bir 0,5 mq — maksimal sutka dozası 10 mq

E) Hər 0,5 saatdan bir 1 mq — maksimal sutka dozası 20 mq
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт Петербург: Фолиант, 2005, 214-215 с.
872) Reaktivli artritin patogenetik müalicəsində tətbiq olunan preparatlara aiddir?
A) Xondroprotektorlar

B) Bifosfonatlar

C) Enzim preparatları

D) Qızıl duzların preparatları

E) Vitaminlər
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт Петербург: Фолиант, 2005, 158-165 с.
873) Sistemli sklerodermiya vaxtı ağciyər interstisial zədələnmələrinin müalicəsində seçim preparatı hansıdır?
A) Metotreksat

B) Anabolik steroidlər

C) Siklofosfamid

D) Aminoxinolin preparatları

E) Qlükokortikosteroidıər
Ədəbiyyat: Носков С.М. Ревматология. Актуальная терапия // Ростов –на-Дону: «Феникс»,-2007. – с. 423
874) İltihab əleyhinə qeyri steroidlərin tətbiqinin ən tez rast gələn fəsadları hansılardır?
A) Mədə-bağırsaq traktın orqanlarının selikli qişalarının zədələnməsi

B) Aqranulositoz

C) Qraciyərin zədələnməsi

D) Arterial təzyiqin artması

E) Tormboz riski
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 178-205
875) Qastropatiyaların inkişafına daha çox təsir göstərən iltihab əleyhinə standart qeyri steroidli preparat?
A) İbuprofen

B) Piroksikam

C) Diklofenak

D) Naproksen

E) İndometasin
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 178-205
876) İltihab əleyhinə standart qeyri steroidlərin sistemli tətbiqi zamanı inkişaf edən qastropatiyaların qabağını necə almaq olar?
A) Preparatları parenteral formada tətbiq etməklə

B) Preparatları retard formada tətbiq etməklə

C) Preparatları kiçik dozalarda paylaşdırılmış şəkildə tətbiq etməklə

D) Preparatları rektal formada tətbiq etməklə

E) Heç cür
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 178-205
877) İltihab əleyhinə qeyri steroidlərin sistemli tətbiqi zamanı inkişaf edən qastopatiyaların profilaktikasının keçirilməsi hansı preparatla daha çox tövsiyə olunur?
A) Sukralfat

B) Müalicəvi pəhriz

C) Mizoprostol

D) Aktivləşdirilmiş kömür

E) Antasid prepartlar
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 178-205
878) İltihab əleyhinə qeyri steroidlərin sistemli tətbiqinin təsiri altında inkişaf edən ürək zədələnmələri daha çox hansılardır?
A) Durğunlu ürək çatmamazlığı

B) Miokarditlər

C) Ürək qüsurları

D) Kardiomiopatiyalar

E) Miokardın infarktı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 178-205
879) İltihab əleyhinə qeyri steroidlərin sistemli tətbiqinin təsiri altında pasientlərin 10-20% inkişaf edən astmatik kəskinləşmələr necə adlanır?
A) Atopik astma

B) «Meloksikam həssaslı»

C) «Indometasin həssaslı»

D) «Aspirin həssaslı»

E) «Voltaren həssaslı»
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 178-205
880) Salisilatların varfarinlə birgə tətbiqi hansı nəticələrə gətirə bilər?
A) Protrombin indeksi artır

B) Protrombin indeksi azalır

C) Varfarinin konsentrasiyası azalır

D) Varfarinin metabolizmi artır

E) Təsirsiz keçir
Ədəbiyyat: Носков С.М. Ревматология. Актуальная терапия // Ростов –на-Дону: «Феникс»,-2007. – с. 278
881) Revmatoloji xəstəliklərin müalicəsində monoterapiya şəklində iltihab əleyhinə qeyri steroidlərin sistemli tətbiqinin optimal davamiyyəti?
A) 3 gün

B) 10 gün

C) 2 ay

D) 1 həftə



E) 2- 4 həftə
Ədəbiyyat: Носков С.М. Ревматология. Актуальная терапия // Ростов –на-Дону: «Феникс»,-2007. – с. 467
882) Selektivli qeyri steroidli preparatlarıın təyinat göstərişlərinə aiddir?
A) Kiçik dozalı nikotin turşusunu qəbul edən 65 yaşdan yuxarı pasientlər

B) Kiçik dozalı qlükokortikosteroidləri qəbul edən 65 yaşdan yuxarı pasientlər

C) Kiçik dozalı metotreksatı qəbul edən 65 yaşdan yuxarı pasientlər

D) Kiçik dozalı asetilsalisil turşusunu qəbul edən 65 yaşdan yuxarı pasientlər

E) Kiçik dozalı fol turşusunu qəbul edən 65 yaşdan yuxarı pasientlər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 178-205
883) Ürək-damar patologiyanın fonunda selektivli qeyri steroidlərin tətbiqi hansı dərman maddələrilə birgə təyin olunmalıdır?
A) Adekvat antitrombotik maddələrlə

B) Anabolik steroidlərlə

C) Kalsium antaqonistlərilə

D) Periferik vazodilatatorlarla

E) Nitratlarla
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 178-205
884) Hipoalbuminemiya ilə olan xəstələrdə qlükokortikoidlərin təyini hansı təsirlərə gətirə bilər?
A) Qlükokortikoidlərin toksiklliyi azalır

B) Qlükokortikoidlərin toksikliyi artır

C) Qlükokortikoidlərin effektivliyi artır

D) Qlükokortikoidlərin effektivliyi azalır

E) Təsir etmir
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 178-205
885) Revmatik xəstəliklərin müalicəsində hansı qlükokortikoidlərin tətbiqi tövsiyə olunur?
A) Davamlı təsirli

B) Müxtəlif təsirli

C) Orta təsirli

D) Qısa və davamlı təsirli

E) Qısa təsirli
Ədəbiyyat: Клиническая ревматология под ред. Мазурова В.И.// Санкт-Петербург., 2005., с. 87-141
886) Kalsium preparatların və D3 vitaminin təyinatını qlükokortikoidlərin hansı tətbiq qaydaları əsaslandırır?
A) Qlükokortikoidlərin sutka dozası 7,5 mq/sut çox olması, müalicə davamiyyəti 3 aydan az olması

B) Qlükokortikoidlərin sutka dozası 7,5 mq/sut çox olması, müalicə davamiyyəti 3 aydan artıq olması

C) Qlükokortikoidlərin sutka dozası 7,5 mq/sut olması, müalicə davamiyyəti 3 həftə olması

D) Qlükokortikoidlərin sutka dozası 2,5 mq/sut olması, müalicə davamiyyəti 3 aydan artıq olması

E) Qlükokortikoidlərin sutka dozası 1 mq/sut olması, müalicə davamiyyəti 3 aydan artıq olması
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 178-205
887) Alterasiyaedən qayda ilə qlükokortikoidlərin tətbiqi necə təyin edilir?
A) Qısa təsirli kortikoidlər hər 24 saatdan bir sutkada 1 dəfə – səhər saat 8:00 təyin edilir

B) Davamlı təsirli kortikoidlər hər 48 saatdan bir sutkada 1 dəfə – səhər saat 8:00 təyin edilir

C) Orta təsirli kortikoidlər hər 48 saatdan bir sutkada 1 dəfə – səhər saat 8:00 təyin edilir

D) Qısa təsirli kortikoidlər hər 48 saatdan bir sutkada 2 dəfə – səhər saat 8:00 və 10:00 təyin edilir

E) Qısa təsirli kortikoidlər hər 48 saatdan bir sutkada 1 dəfə – səhər saat 8:00 təyin edilir
Ədəbiyyat: Ревматология. Руководство под ред. Е.Л. Насонова, .В.А. Насонова, М.: ГЭОТАР-Медиа, 2008, с.199-205
888) Kəsilmə sindromu qlükokortikoidlərin hansı təyinatlarında inkişaf etmir?
A) 20 mq/sut dozasından az, 3 həftəyə qədər təyinat vaxtı

B) 20 mq/sut dozasından az, 3 həftədən çox davamlı təyinat vaxtı

C) 20 mq/sut dozasından çox, 3 həftəyə qədər təyinat vaxtı

D) Yüksək dozalı alterasiyaedən qayda ilə, 3 aydan çox təyinat vaxtı

E) 20 mq/sut dozasından az, 3 aya qədər təyinat vaxtı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 178-205
889) Qlükokortikoidli müalicənin şərti olaraq neçə mərhələsi ayırd edilir?
A) 2

B) 4


C) 5

D) 6


E) 3
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 178-205
890) «Bridge» - terapiyanın keçirilməsi qlükokortikoidlərin hansı dozada təyinatını əsaslandırır?
A) Gündə 15 mq qədər

B) Gündə 5 mq qədər

C) Gündə 30 mq

D) Gündə 60 mq

E) Gündə 15 mq çox
Ədəbiyyat: Ревматология. Руководство под ред. Е.Л. Насонова, В.А. Насонова, М.: ГЭОТАР-Медиа, 2008, с.199-205
891) «Ribaund sindromun» inkişafına hansı vəziyyətlər gətirə bilər?
A) Qlükokortikoidli müalicənin ağırlaşması

B) Allergik reaksiyalar

C) Antibakterial preparatlara qarşı yüksək həssaslıq

D) İltihab əleyhinə qeyri steroid preparatların tez kəsilməsi

E) Hormonaslılıq
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, с. 84
892) Revmatik xəstəliklərin müalicəsində tətbiq olunan sulfasalazinin optimal gündəlik dozası?
A) 500 mq

B) 4000 mq

C) 1500 mq

D) 2000 mq

E) 1000 mq
Ədəbiyyat: Ревматология. Руководство под ред. Е.Л. Насонова, .В.А. Насонова, М.: ГЭОТАР-Медиа, 2008, с.205-252
893) Seropozitiv revmatoidli artritin müalicəsində «qızıl standart» adlandırılan preparat hansıdır?
A) Sulfasalazin

B) Arava


C) Mabtera

D) Remikeyd

E) Metotreksat
Ədəbiyyat: Ревматология. Руководство под ред. Е.Л. Насонова, .В.А. Насонова, М.: ГЭОТАР-Медиа, 2008, с.205-252
894) Metotreksat hansı maddənin antimetaboliti hesab olunur?
A) Nikotin turşusunun

B) İndolsirkə turşusunun

C) Fol turşusunun

D) Asetisalisil turşusunun

E) Araxidon turşusunun
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт- Петербург: Невский проспект, 1999, с. 668-674
895) Metotreksatın kliniki effektivliyini hansı doza diapazonu təşkil edir?
A) Həftədə 7, 5 – 25 mq

B) Həftədə 2,5 – 5 mq

C) Həftədə 5 – 7, 5 mq

D) Həftədə 25 – 30 mq

E) Həftədə 10 – 30 mq
Ədəbiyyat: Ревматология. Руководство под ред. Е.Л. Насонова, .В.А. Насонова, М.: ГЭОТАР-Медиа, 2008, с.205-252
896) Hansı revmatik xəstəliklərin müalicəsində D-penisillaminin qeyri effektivliyi müşahidə olunur?
A) Felti sindromu

B) Revmatoidli artrit

C) Palindrom revmatizm

D) Diffuz sklerodermiya

E) Ankilozedən spondiloartrit
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт- Петербург: Невский проспект, 1999, с. 668-674
897) Siklofosfamidlə aparılan müalicə nəticəsində ən tez rast gələn ağırlaşma hansıdır?
A) Dermatit

B) Böyrək çatmamazlığı

C) Görmə sinirin nevriti

D) Hemorraqik sistit

E) Leykositoz
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», c. 219-222
898) Revmatoidli artritin müalicəsində infliksimabın təyinatının əsas göstərişi hansıdır?
A) Mabteranın qeyri- yaxud zəif effektivliyi

B) Sulfasalazinin qeyri- yaxud zəif effektivliyi

C) Metotreksatın qeyri- yaxud zəif effektivliyi

D) Oynaq zədələnmələrilə səciyyələnən revmatoidli artritin başlanğıc mərhələsi

E) Remissiya zamanı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», c. 230-241
899) Revmatoidli artritin müalicəsində rituksimabın təyinatının əsas göstərişi hansıdır?
A) Sulfasalazinin qeyri- yaxud zəif effektivliyi

B) Şiş nekrozunun α-amilinin inhibitorlarının qeyri effektivliyi

C) Metotreksatın qeyri- yaxud zəif effektivliyi

D) Oynaq zədələnmələrilə səciyyələnən revmatoidli artritin başlanğıc mərhələsi

E) Remissiya zamanı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», c. 242-249
900) Hansı revmatik xəstəliklərin müalicəsində azatioprinin tətbiqi daha effektivlidir?
A) Reyter xəstəliyi

B) Pecet xəstəliyi

C) Bexçet xəstəliyi

D) Bexterev xəstəliyi

E) Laym xəstəliyi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», c. 222-227
901) Müasir standartlara görə metotreksatla müalicə vaxtı hansı dərman maddənin qəbulu zərurətli sayılır?
A) Asetilsalisil turşusu

B) Vitamin D3

C) Nikotin turşusu

D) Fol turşusu

E) Vitamin B6
Ədəbiyyat: Клиническая ревматология под ред. Мазурова В.И.// Санкт-Петербург., 2005., с. 87-141
902) Sklerodermiyanın məhdud növünün müalicəsində antifibroz preparatlardan hansı dərman maddəsi tövsiyə olunur?
A) D-penisillamin

B) Unitiol

C) Metotreksat

D) Azatioprin

E) Nikotin turşusu
Ədəbiyyat: Носков С.М. Ревматология. Актуальная терапия // Ростов –на-Дону: «Феникс»,-2007. – 510 с.
903) Aminoxinolin preparatların hansı keyfiyyətləri onları QQE müalicə kompleksinə daxil edilməsini əsasandırır?
A) Antihipertenziv

B) Antihistamin

C) Antitrombotik və hipolipidemik

D) Damargenişləndirici

E) Analgetik
Ədəbiyyat: Носков С.М. Ревматология. Актуальная терапия // Ростов –на-Дону: «Феникс»,-2007. – 510 с.
904) Hidroksixloroxinin toksiki təsirlərinin qabağını almaq üçün, preparatı hansı gündəlik dozasında təyin etmək tövsiyə olunur?
A) 200 mq

B) 1500 mq

C) 100 mq

D) 400 mq

E) 600 mq
Ədəbiyyat: Носков С.М. Ревматология. Актуальная терапия // Ростов –на-Дону: «Феникс»,-2007. – 510 с.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin