tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz
C) Qoruyucu avadanlıqlar
D) Səviyyə ölçən avadanlıqlar
E) Atıcı avadanlıqlar
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Ə.S.Məlikov, Ə.M.İsmayılov, S.Y.Rəsulov. Qaz təsərrüfatının istismarı. Bakı, 2008
240. Hansı binaların vanna otaqlarında təbii qazla işləyən su qızdırıcılarının quraşdırılmasına icazə verilir?
A) İsti su ilə təchiz edilən mehmanxanaların
B) İsti su ilə təchiz edilən istehsalat ərazisinin
C) İsti su ilə təchiz edilən sanatoriyaların
D) İsti su ilə təchiz edilən istirahət evlərinin
E) İsti su ilə təchiz edilən yaşayış binalarının
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf
mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017
241. Qeyd olunan mülahizələrdən hansı doğrudur?
A) 4 gözlü qaz plitəsi quraşdırılan otağın minimal həcmi 6 kubmetr olmalıdır
B) 4 gözlü qaz plitəsi quraşdırılan otağın minimal həcmi 8 kubmetr olmalıdır
C) 4 gözlü qaz plitəsi quraşdırılan otağın minimal həcmi 12 kubmetr olmalıdır
D) 4 gözlü qaz plitəsi quraşdırılan otağın minimal həcmi 18 kubmetr olmalıdır
E) 4 gözlü qaz plitəsi quraşdırılan otağın minimal həcmi 15 kubmetr olmalıdır
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. Bakı, 2008
242. Magistral qaz kəmərinin yerüstü keçidlərində müayinə ildə neçə dəfə aparılır?
A) İldə 1 dəfə
B) İldə 3 dəfə
C) İldə 12 dəfə
D) İldə 4 dəfə
E) İldə 2 dəfə
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Magistral qaz kəmərlərinin texniki istismarı və onların istismarında texniki təhlükəsizlik qaydaları.
Bakı, 2013
243. Qazı götürərək müəyyən təzyiqlə sıxmaqla tələbatçıya çatdıran vasitə hansıdır?
A) Qaz paylayıcı stansiya
B) Multifazlı nasos qurğusu
C) Magistral qaz kəməri
D) Qaz yığım məntəqəsi
E) Kompressor qurğusu
Testin çətinlik dərəcəsi: Asan
İstinad: H.Mirələmov, Q.İsmayılov. Neftin və qazın boru kəmərləri ilə nəqli. Bakı, 2010
244. Qeyd olunan mülahizələrdən doğru variantları düzgün cavab kimi qeyd edin