tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Ə.S.Məlikov, Ə.M.İsmayılov, S.Y.Rəsulov. Qaz təsərrüfatının istismarı. Bakı, 2008
192. Qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı istehlakçı ilkin olaraq hansı addımı
atmalıdır?
A) Qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri
bağlamalı
B) Otaqların havasını dəyişdirmək üçün pəncərələri və ya nəfəslikləri açmalı
C) Elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli
D) Qaz paylayıcısına təcili məlumat verməli
E) Açıq alovdan istifadə etməməli və siqaret çəkməməli
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Ə.S.Məlikov, Ə.M.İsmayılov, S.Y.Rəsulov. Qaz təsərrüfatının istismarı. Bakı, 2008
193. Avtomatika-metrologiya aid olan Barometr-Aneroid cihazı hansı parametri ölçür?
A) Sıxlığı
B) Atmosfer təzyiqini
C) Mütləq təzyiqi
D) Vakuum təzyiqini
E) İzafi təzyiqi
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf
mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017
194. Aşağıdakılardan hansı müddəa qəza boru kəmərləri zədələndikdə qəza zonasında görülməsi tələb
olunan tədbirlərə aid deyil?
A) Qəza zonası dərhal dövrəyə alınmalı
B) Qəza zonası xəbərdaredici nişanlarla təchiz edilməli (qoyulmalı)
C) Qəza zonasından maddi qiymətli əşyalar çıxarılmalı
D) Qəza zonasında nəqliyyatın hərəkəti dayandırılmalı
E) Qəzanın ləğvi üçün müvafiq tədbirlər görülməli
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf
mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017
195. Təbii qazın hər 1000 kub metr hissəsinə qatılan odorantın, yay fəslində miqdarı nə qədər müəyyən
olunub?
A) 16 qrаm
B) 0,8 qrаm
C) 32 qrаm
D) 8 qrаm
E) 1,6 qrаm