tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz
İstinad: Magistral qaz kəmərlərinin texniki istismarı və onların istismarında texniki təhlükəsizlik qaydaları.
Bakı, 2013
188. Qaz təsərrüfatında mövcud yüksək təhlükəli (partlayış, yanğın və s.) ərazilərdə hansı isidici və qızdırıcı
vasitələrdən istifadə edilməsinə icazə verilir?
A) Qaz plitələrindən
B) Məişət elektrik qızdırıcı cihazlarından
C) Tüstü bacalarına qoşulmuş sobalardan
D) Üstü açıq elektrik qızdırıcı vasitələrdən
E) Mərkəzi su və hava istilik cihazlarından
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Neft, qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. 2013
189. Qaz təchizatı sistemindəki qaz kəmərlərinin texnoloji birləşmələrində quraşdırılan bağlayıcı, qoruyucu
və tənzimləyici avadanlıqların quraşdırılması zamanı, onların quraşdırılmasına qoyulan tələblər hansılardır?
A) Texnoloji birləşmələrində quraşdırılan bağlayıcı, qoruyucu və tənzimləyici avadanlıqlarr quraşdırılmadan
əvvəl rənglənməlidir
B) Texnoloji birləşmələrində quraşdırılan bağlayıcı avadanlıqlar quraşdırılmadan əvvəl yoxlamadan
keçirilməli, qoruyucu və tənzimləyici avadanlıqlar isə rənglənməlidir
C) Texnoloji birləşmələrində quraşdırılan qoruyucu avadanlıqlar quraşdırılmadan əvvəl yoxlamadan
keçirilməlidir, bağlayıcı və tənzimləyici avadanlıqlar isə rənglənməlidir
D) Texnoloji birləşmələrində quraşdırılan tənzimləyici avadanlıqlar quraşdırılmadan əvvəl yoxlamadan
keçirilməlidir, qoruyucu və bağlayıcılar isə rənglənməlidir
E) Texnoloji birləşmələrində quraşdırılan bağlayıcı, qoruyucu və tənzimləyici avadanlıqlar quraşdırılmadan
əvvəl yoxlamadan keçirilməlidir
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Magistral qaz kəmərlərinin texniki istismarı və onların istismarında texniki təhlükəsizlik qaydaları.
Bakı, 2013
190. Yaşayış binalarında məişət qaz cihazlarının qarşısında təzyiq nə qədər olmalıdır?
A) 0,03 Atm-dən (300 mm su sütunundan) artıq olmamalıdır
B) 0,05 Atm (500 mm su sütunu) səviyyəsində
C) 3 atmosferdən artıq olmamalıdır
D) 0,3 Atmosfetdən artıq olmamalıdır
E) Yalnız aşağı və orta təzyqili olmalıdır
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Ə.S.Məlikov, Ə.M.İsmayılov, S.Y.Rəsulov. Qaz təsərrüfatının istismarı. Bakı, 2008
191. Qoruyucu-atıcı-ayırıcı qapaqlar hər üç aydan bir sazlanmalı və onların işçi vəziyyəti yoxlanılmalıdır. Buna
baxmayaraq, hansı texnoloji prosesdən sonra bu avadanlıqlar mütləq qaydada yenidən sazlanmalı və onların
işçi vəziyyəti bir daha yoxlanmalıdır?
A) Texniki xidmət
B) Mövsümi işləyən avadanlıqların işlək sistemdən təcrid edilməsi
C) Qəza-bərpa işləri
D) Mövsümi işləyən avadanlıqların işlək sistemə qoşulması
E) Cari təmir işləri