Fəryd i figan var sən n olacaqsın.
Bəxşi âşık vardır sürər savurur
Mahbûdi aşkından dağı devirir
Altmış beş yaşında çalır çağırır
Məsləki suzan var sən n olacaqsın.
Mən deyiləm Hak söylədir dilimi
Badə içdim kimsə bilməz halımı
Bu yalan dünyadan çəkdim əlimi
Məftuni nihan var sən n olacaqsın.
Bilirsənmi аşıqlığın sirrini
Cümləsi bu yolda vermiş sərini
Daha öldürmədim nəfsin birini
Ruhsati külhan var sən n olacaqsın.
Tarix türk mədəniyyətinin təməlidir. Anadolu aşıqlarının şeirlərində türk tarixini əks etdirən poetik nümunələri mövcuddur. Bu örnəklər Türk dünyası tarixini yazan tarixçilərə də bir ipucu verir.
Məlumdur ki, Səlcuq dövləti 1243-də Kösedağ döyüşündə monqollara məğlub olmuş və tənəzzül etməyə başlamış, nəticədə tamam süqut etmişdir. Bir tərəfdən monqol istilası və zülümlər, digər tərəfdən dərəbəylik, məzhəb-təriqət davaları Anadoluda tam bir kəşməkeşli vəziyyət yaratmışdı. Yunus Əmrə bu tarixin, coğrafiyanın, siyasi və sosial həyatın, tatar-monqol istilasının Anadolu insanlarına çəkdirdiyi ağrını şeirlərində belə ifadə etmişdir:
Canımı əsir eylədin nə der mənə yağı tatar
Ol dodaqda bitər inan iman bitsə bidət güman
Dün gün isim budur həmən nəfsimə bir tatar oldun.
1645-ci ildə başlayan Girit döyüşündə Osmanlı ordusu Girit adasını fəth etdiyi halda Kandiyə qalası (1647-1669-a qədər) 22 il davam gətirmiş, çətin döyüşlərdən sonra təslim olmuşdur. Son zəfər Fazil Əhməd Paşaya qismət olmuşdur. Girit müharibəsilə əlaqədar aşıqların bir neçə şeiri vardır. Araşdırmaçılar “Girit türküsü” şeirinin adanın mühasirəsindən 53 gün sonra Rumeli bəylərbəyi Kiçik Hasan Paşa tərəfindən Hanya qalasının alınması (1643) münasibətilə deyildiyi, bunun bir zəfər türküsü olduğunu yazırlar: Şeir belədir:
Girit dəftərləri irsal olundu
Hak-I izzətinlə bil, padişahım.
Cümlə düşmənlərin bağrı dəlindi,
Sən gül kimi açıl, gül, padişahım.
Top-tüfəng səsindən inlədi dağlar,
Yanar atəşlərdən açılır bağlar
Venedik kıralı ah edib ağlar,
Axar gözlərindən sel, padişahım.
Qazilər qılıcın alır qəsdinə
Cümləsin muradı küffar üstünə
Əlli beş gündə Girit üstünə
Sər verip sər aldı qul, padişahım.
Garib Aşık bunu böylə der idi
Qalmayıb düşmənin bağrı əridi
Min əlli beşində aldı Giridi
Qayət mübarəkdir hal, padişahım.
Döyüşlərin aşıq şeirlərinə və türkülərə əks olunmasının ilk nümunələri XVI əsrdə Bakşının Sultan Səlimin 1516-17-ci illərdə Misir yürüşü haqqında yazdığı dastanda, XVII əsrdə Kayıkçı Qul Mustafada “Gənç Osman” dastanında görüldüyü kimi XVII əsrdə Aşıq Gövhəridə də görmək olur. Onun 1669-cu ildə Türk-Avstriya müharibəsi ilə əlaqədar söylədiyi şeirler buna misal ola bilər.
Aşıq Ravzi (XVIII əsr) 1711 və ya 1713-cü ildə ruslarla aparılan bir savaşa dair söylədiyi şeir belədir:
Yenə baş qaldırdı Moskva kralı
Qaçma, kafir, sənə meydanımız var.
Səninlə eyləriz cəngi-cidali
Bu yolda öləcək qurbanımız var.
Açılıb al yaşıl bayraq düzüldü,
Hər diyardan sərdən keçdi, yazıldı.
Boşandı aç qurdlar, bəndi çözüldü
Ağzını açmışlar arslanımız var.
Dostları ilə paylaş: |