Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ



Yüklə 4,68 Mb.
səhifə30/42
tarix30.12.2021
ölçüsü4,68 Mb.
#17494
1   ...   26   27   28   29   30   31   32   33   ...   42
Boşnak Arnavut heç gəlməz hesaba
Tatar Han əsgəri dönmüş qəssaba
Yakarlar ölkəni olur xaraba
Oxlar atar bunca kamanımız var.
Yeddi kral qalxsa, pozulur irzi
İslama yardımcı Mevlanın fevzi
Səfərdir şühəda mənzili Ravzi
Bu yola sər fəda imanımız var.
Kabasakal Mehmet (XVIII əsr) 1737-ci ildə Niş qala­sının Ahmet Paşa tərəfindən geri alınması üzərinə söylədiyi das­tanda da türkün qəhrəmanlığı qələmə alınmış, Ahmet Pa­şa­nın sücaəti öyülmüşdür:
Niş kimi qalanın fəthini qıldın
Qoymadın küffardan intiqam aldın
Aləmdə qazilik şöhrətin buldun
Kullar intikamın alır, əfəndim.

Aşıq Şenliyin “93 koçaklaması”. 24 aprel 1877-ci ildə rus­ların Kenarbelden, Ardahan və Arpaçayı keçərək Qars üzə­rinə gəldiyini eşidən Aşıq Şenlik bu şeiri söyləmişdir. Burada 93 könüllü əsgərin qəhrəmanlığı ifadə olunmuşdur.


Əhli-İslam olan eşitsin, bilsin,

Can sağ ikən yurd verməniz düşmana.

İstərsə Uruset nə ki var gəlsin,

Can sağ ikən yurt verməniz düşmana.

Qurşanın qılıncı giyinin donu,

Qavğa buludları sardı dört yanı.

Doğdu qoç iğidin şan almak günü,

Can sağ ikən yurd verməniz düşmana.

Əsgər olan bölük – bölük bölünür.
Sandınızmı Kars qalası alınır,
Boz atlar üstündə qılıç çalınır
Can sağ ikən yurd verməniz düşmana.
Hələ Ali-Osmanın görməmiş zorun,
Din qeyrəti olan tədarik görün.
At təpib, baş kəsin, kazağın qırın,
Can sağ ikən yurd verməniz düşmana.

Ben esverdir bilin Urusun əsli,


Orman yabanisi, balıqçı nəsli.
Hınzır sürüsünə dalıb qurd misli,
Can sağ ikən yurd verməniz düşmana.

Şenlik, nə durursuz atları minin,


Sıyrı qılınc düşmən üstünə dönün.
Artacakdır şanı bu Al-Osmanın,
Can sağ ikən yurt verməniz düşmana.
Tarix boyu türk aşıqlarının sevə-sevə söylədikləri ge­yim-kecim şeirləri türk milli kimliyinin bir ifadəsidir. Milli geyim­ləri ifadə edən bəzək əşyaları, qurşaq, kəmər, ayaq, bilək bəzəkləri, türkün milli etnoqrafiyasıdır.

Türk mədəniyyətində geyim-kecim mövzusu aşıq şeirinin əsas qaynaqlarından olub türk mədəniyyətinin milli ünsürü kimi tərənnüm edilir. Bu ünsür Qaracaoğlanın, Dadal­oğlunun dilində belə dilə gətirilir:

Sarı edik geymiş, koncu qısarak,

Gidiyor da birim-birim basarak.

…Meles köynək geymiş, vücudu nazik,
Qollarını sıxmış altın bilərzik.
…Kadifə şalvarlı tül libaslının,

Göyərçin topuklu sarı məstlinin.

Əlləri xınalı qumru səslinin,

Zülüfü gərdana tarayışlının.


Əntari geyinmiş frəngi rəngi

Yanaqları qırmızı almas irəngi

Saçları topuqla eyliyor cəngi

Bir hüma bakışlı on dört yaşlının.

(Qaracaoğlan)
Oturmuş ağ gəlin daşın üstünə

Daramış zülfünü qaşın üstünə

Bir salamın gəldi başım üstünə

Alırım kız səni qoymam ellərə.

(Dadaloğlu)

Türk mədəniyyətini yaşadan miraslardan biri də toy ənə­nəsidir. Bu ənənənin canlı daşıyıcılarından da biri türk aşıq­la­rıdır. Toya dəvət ediləcək aşığın məclis­lərdə nələr söy­ləyəcəyi türk mə­dəniyyətinin əhəmiyyətli ifa­dələridir. Aşıq qarşılaş­maları, onların söylədikləri qəhrəmanlıq, həcv xarak­terli şeirlər, xalq ənənələrini və adətlərini, xalq musiqisini, xalq fəlsə­fəsini ifadə edən şeirlər türk mədəniyyətinin mənəvi inci­ləridir:


Düyündə, bayramda ağır zinətdə

Bütün xınalanır əli qızların.

Halaya düzülür məşhur gözəllər

Gərdandan oynayır qolu qızların.

(Aşık Talib Coşkun)
Göründüyü kimi, türk aşıqlarının türk mədə­niy­yə­tində oy­na­dığı rol, onların qan yaddaşındakı düşüncələri, şeirlərinin poe­tikası ilə səsləşən cəhətlər, o şeirlərdəki mövzu və fikri göz önünə alsaq, türk aşıqlarının musiqidən başlamış sözünə, sazına qədər türk xalq mədəniyyətindəki yeri bir gerçəkdir və bu ger­çəklik türk mədə­niy­yə­tindəki milli-mənəvi mövcudluğu günü­müzə qədər yaşatmaqdadır.



Yüklə 4,68 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin