Rəyçilər: Yeganə Qəhrəmanova


İşgüzar ünsiyyətin xüsusiyyətləri



Yüklə 374,31 Kb.
səhifə17/113
tarix01.05.2023
ölçüsü374,31 Kb.
#105387
1   ...   13   14   15   16   17   18   19   20   ...   113
İşgüzar -A5 (1) 2003

İşgüzar ünsiyyətin xüsusiyyətləri. İşgüzar ünsiyyətdə subyektlər həm fərdi, həm də birgə fəaliyyətlərdə iştirak edən insanlar ola bilər. Cəmiyyətin bütün sahələrində – iqtisadi, sosial, siyasi, mənəvi və s. işgüzar ünsiyyət mövcud olmaqla, hər hansı bir fərdi və ortaq problemin həlli üçün iştirakçıların fəaliyyətini əhatə edir. Bu ünsiyyətin predmeti müəyyən bir problemi həll etmək üçün lazım olan məlumat, bilik, təcrübə mübadiləsini müəyyənləşdirir. İşgüzar ünsiyyət iştirakçılar tərəfindən qarşıya qoyulan müəyyən məqsədlərə nail olmağa yönəldilir. Məsələn, səmərəli məlumat mübadiləsi və əməkdaşlıq qurmaq, işgüzar münasibətlər qurmaq, müqavilə bağlamaq, müəyyən bir sahədə birgə fəaliyyət göstərmək və s. Həyatın digər sahələrindəki ünsiyyətlərdən fərqli olaraq, işgüzar ünsiyyət bir sıra xüsusiyyətlərə malikdir:

  1. İşgüzar ünsiyyətin ən başlıca xüsusiyyəti onun iş xarakteri daşımasıdır. Yəni işgüzar ünsiyyət mahiyyəti, məzmunu etibarı ilə mənasız ola bilməz.

  2. İşgüzar ünsiyyətin reallığı belədir ki, həmişə simpatiya yaradan insanları iş ortağı kimi seçmək mümkün olmur. Ona görə də işgüzar tərəfdaşların bir-birini bəyənmələrindən və bəyənməmələrindən asılı olmayaraq, qarşılıqlı əlaqə zamanı problemə dair optimal həll yolları axtarılır. Əlbəttə, burada şəxsiyyət amilini tamamilə istisna etmək olmaz, ancaq əksər hallarda şəxsi münasibətlərin formalaşmasına deyil, məqsədə çatmaq üçün işgüzar münasibətlərin kənarda qalmamasına diqqət yetirilir. Müəyyən məqsədə çatmaq üçün hisslərə, emosiyalara deyil, rasionallığa diqqət yönəldilir.

  3. İşgüzar ünsiyyətdə iyerarxiyaya hörmət edilir. Subordinasiya məsələləri, yəni tabeçilər arasındakı münasibətdə dövlət qulluğunda və hüquq-mühafizə orqanlarında olduğu kimi, bütün işçilər öz vəzifə səlahiyyətlərinə riayət etməli, eyni zamanda onu qoruyub saxlamalıdırlar. Tənzimlənmə, reqlament (fransız dilində regle-qayda) qaydalarına əməl etməlidirlər. İclaslarda, çıxışlarda, debatlarda, konfranslarda, bir sözlə, işgüzar ünsiyyətlə bağlı bütün tədbirlərdə qaydalara uyğun davranmalıdır. Etiket qaydalarına (məsələn, “sən”, “siz”, “bəy”, “xanım”, “cənab” və s. sözləri məqamında, yerində işlətmək) və tədbirin keçirilmə tarixinə, müddətinə və s.-yə əməl edilməlidir. Məsələn, reqlamentə tabe olmalıdırlar. Qaydalardan kənara çıxmaq sayğısızlıq və diqqətsizlik kimi qiymətləndirilməlidir. Heç bir dəqiqə də boşa getməməlidir.

İşgüzar ünsiyyətdə iştirak edənlərin davranışı iş etiketi ilə müəyyən edilir. Etik qaydalar rəsmi tərəfdəki ünsiyyət prosesini tənzimləyir, işgüzar tərəfdaşın şəxsiyyətinə hörmət əsasında bütün iştirakçılar davranış standartlarını müəyyənləşdirir. İşgüzar etika ünsiyyət iştirakçılarının görünüşünə, geyimlərinə və danışma tərzinə də müəyyən tələblər qoyur.

  1. İşgüzar əlaqələr rabitə, ünsiyyət xarakteri daşıyır. Rabitə, ünsiyyət iştirakçıları rəsmi vəzifələrdə görünür, rollarını və lazımi davranış normalarını təyin edirlər (iclasın rəhbəri, iclas iştirakçıları, tabeçilik, satıcılar, alıcılar və s.). İşgüzar ünsiyyətdə hər bir kəs öz roluna uyğun olmalıdır. Hər bir rol digər işgüzar ünsiyyət iştirakçılarının müəyyən gözləntilərinə uyğundur. Bunu nəzərə almaq, konkret vəziyyətin və qəbul edilmiş rolun tələblərinə uyğun davranmaq lazımdır.

Mövzu 4

Yüklə 374,31 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin