Rəyçilər: Yeganə Qəhrəmanova


Müqavilə hər hansı bir mövzuda iki və ya daha çox tərəf arasında razılaşmadır. Rəsmi-işgüzar üslubun əsas xüsusiyyətləri



Yüklə 374,31 Kb.
səhifə16/113
tarix01.05.2023
ölçüsü374,31 Kb.
#105387
1   ...   12   13   14   15   16   17   18   19   ...   113
İşgüzar -A5 (1) 2003

Müqavilə hər hansı bir mövzuda iki və ya daha çox tərəf arasında razılaşmadır.


Rəsmi-işgüzar üslubun əsas xüsusiyyətləri:
dəqiqliyi, təqdimat detalları;
• təqdimatın standartlaşdırılması;
• təqdimatın məcburi-tövsiyə xarakteri.
Rəsmi-işgüzar üslub xidmət sahəsinin, ictimai həyatın, o cümlədən xarici əlaqələrin, ticarətin və xüsusi mülkiyyətin konsolidasiyasının ən vacib tərəfləri olduğuna görə digər yazılı üslublar arasında xüsusi bir yer tutur. Azərbaycan dilində rəsmi işgüzar üslubun formalaşmağa başlaması müxtəlif sazişlərin, aktların, müxtəlif müddəaların icrası və yazılı konsolidasiya ehtiyacından qaynaqlanır. İşgüzar ünsiyyətin formalaşmış özünəməxsus "dili" özünəməxsus xüsusiyyətlərini saxlayır, zaman keçdikcə çox yavaş-yavaş dövrlə və həyat tərzinin dəyişməsi ilə bağlı yaranan müəyyən dəyişikliklərə məruz qalır.
Qeyd: Konsolidasiya birləşmə, həmrəy olma və müştərək hərəkət etmə; vahid ideya və maraqlar uğrunda mübarizə aparan qüvvələrin ümumi məqsəd naminə birləşməsidir.


Rəsmi-işgüzar üslubda rəsmi və işgüzar sənədlər. Rəsmi-işgüzar üslub, rəsmi və işgüzar sənədlərin dil xüsusiyyətlərinə əsaslanır. Ona görə də rəsmi və işgüzar sənədlərin dil təzahürünə rəsmi-işgüzar üslub deyilir. Bu üslubun əsas göstəricisi fikrin standart formalarla, yığcam verilməsidir. Standartlıq və yığcamlıq bu üslubun bir qədər quruluğunu göstərir. Rəsmi-işgüzar üslubda artıq sözlər, obrazlı, poetik ifadələr işlədilmir, fərdi nitq ünsürlərindən qaçılır. Bu üslubun normalığı möhkəmdir. Ancaq lüğət tərkibi yığcam, sintaksisi məhduddur.
Rəsmi-işgüzar üslub standart formalardan kənara çıxmır və onun tarixi təkamül prosesi məhz elə bu cür formalaşmışdır. Bu üslubun tarixi dövlətçilik, müstəqillik ənənələri ilə bağlıdır. Müstəqillikdən əvvəlki dövrlərdə ərəb, fars, rus dillərinin təsiri ilə bu üslubun fəaliyyətinə imkan verilməmişdir. Təbii ki, bu da rəsmi-işgüzar üslubun milliliyinə xələl, ziyan gətirmişdir. Hal-hazırda Azərbaycan dövlətinin müstəqilliyi, dogma ana dilimizin dövlət dili kimi işlənməsi rəsmi-işgüzar üslubun funksional imkanlarını genişləndirir. Rəsmi-işgüzar üslub rəsmi və işgüzar sənədlərin dilini əhatə edir. Rəsmi sənədlərə konstitusiya, qanun, qərar, kodeks, sərəncam, fərman, əmr və s., işgüzar sənədlərə tərcümeyi-hal, ərizə, bildiriş, elan, arayış və s. daxildir.
Rəsmi sənədlər barədə bunları bilmək gərəklidir:

  • rəsmi sənədlər dövlət, yaxud hökumət təşkilatlarının tərtib etdiyi və xüsusi qaydada, yəni rəsmi şəxsin imzası, möhürü və s. ilə təsdiq olunan sənədlərdir;

  • rəsmi sənədləri xüsusi mütəxəssislər hazırlayır. Bu sənədlər müxtəlif səviyyələrdə müzakirə olunur və qəbul edilir;

  • rəsmi sənədlər mühüm hüquqi məzmuna malik olur, tarixi əhəmiyyət daşıyır;

  • rəsmi sənədlərlə dövlətlərarası və dövlətlərdaxili münasibətlər tənzimlənir;

  • rəsmi sənədlərdə maksimum mükəmməllik gözlənilir, fikrin birmənalılığına, aydınlığına, hüquqi əsaslığına diqqət yetirilir;

  • rəsmi sənədlər quruluşuna görə bölmələrə, maddələrə, bəndlərə ayrılır.

İşgüzar sənədlər barədə isə aşağıdakıları bilmək vacibdir:

  • işgüzar sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır. Həcm etibarilə, adətən, rəsmi sənədlərdən kiçik olur;

  • rəsmi sənədləri, bir qayda olaraq, mütəxəssislər tərtib etdiyi halda, işgüzar sənədləri hər bir şəxs özü hazırlaya bilər;

  • işgüzar sənədləri yazmaq üçün çox vaxt hazır formalar olur. Hazır formaların olması ona görə vacibdir ki, artıq vaxt getməsin, sənəddə artıq sözlər, ifadələr işlədilməsin, imla xətalarına və qüsurlu cümlələrə yol verilməsin.

Qeyd: Müxtəlif cür anlaşılan sözlərə, cümlələrə yer verilən sənəd nöqsanlı hesab olunur.
Məktublar rəsmi-işgüzar sənədin ən sərbəst formasıdır.



Yüklə 374,31 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin