____
Azdrbaycançılıq və vdtanparvarlik məfkurəsi
____
so
173 CA
qəzetlərin yazdığına görə, dünyanın heç bir adlı-sanlı
müğənnisi Zeynəb Xanlarova qədər ölkədə sevilməmiş,
konsertləri bu qədər geniş əks-səda verməmişdi.
SSRİ Xalq Artisti, Lenin mükafatı laureatı, Sosialist
Əməyi Qəhrəmanı İqor Moiseyev yazırdı:
“Zeynəb Xanlarovanın nadir istedadı məncə, üç
cəhətlə səciyyəvidir:
1. Yüksək artistizm, teatrallıq (bu sonuncu sözü sırf teatr
mənasında işlətmirəm);
2. Millilik, vətənpərvərlik;
3. Yorulmazlıq, əməksevərlik.
Bu gün o, xalq ifaçıları arasında ən şöhrətli müğən-
nilərdəndir, buna görə də nəhəng auditoriyası vardır, özü
də onun konsertlərinə "dəbdə olan” müğənnini görmək
üçün deyil, Xanlarovanın böyük sənəti ilə qovuşmaq, dil
rüba mahnılarının qanadlarında musiqi adlı heyrətamiz
aləmə daxil olmaq üçün tələsirlər”.
Mərhum yazıçımız Mirzə İbrahimovun bu kəlmələri
isə müğənni haqqında deyilən bütün sözlərin yekunudur:
“Zeynəb xanımın səhnəyə gəlib-getməsi özü böyük bir
konsertdir”.
1976-cı ildə Zeynəb Xanlarova Azərbaycan SSR
Xalq Artisti, 1978-ci ildə Ermənistan SSR Xalq Artisti,
1980-ci ildə SSRİ Xalq Artisti fəxri adlarına, 1985-ci ildə
Azərbaycan Respublikasının Dövlət Mükafatına, 1986-cı
ildə “Xalqlar Dostluğu” ordeninə layiq görüldü. Daha son
ra Zeynəbin “Qızıl val”ı onun zəhmət dolu həyatını
bəzədi.
indi dünyanın neçə-neçə ölkəsində Zeynəb Xanlaro
vanın konsertləri xüsusi lentlərə köçürülüb, həmin ölkələ
rin mədəniyyət xəzinələrinin “Qızıl fond"unda qorunur.
Tarix üçün, gələcək nəsillər üçün saxlanılır. Müğənninin
adı dünyanın ən məşhur adamları sırasında (Azərbaycan
_______________
Reyhan Mirzdzadd
_______________
во
174
ea
və SSRİ ensiklopediyalarından əlavə) dünya ensiklopedi
yasına daxil edilib.Bu, xalqımızın mədəni tarixinə, bütöv
lükdə Azərbaycana verilən qiymət deyilmi?
Zeynəb xanımın respublikamızın ictimai-siyasi hə
yatında da böyük rolu olub. O, dəfələrlə Azərbaycan Res
publikası Ali Sovetinin deputatı seçilib. Müstəqil ölkəmizin
Parlamentində Zeynəb xanım bu gün də millətini təmsil
edir.
1990-cı ilin Qanlı Yanvar hadisələri, xalqının başına
gətirilən dəhşətli faciələr Zeynəbi son dərəcə sarsıtdı. Fa
ciə zamanı insanlardan, törədilən qırğınlardan hər an,
hər dəqiqə ürək ağrısı ilə xəbər tutan Zeynəb, bir an belə
rahatlıq tapa bilmirdi. Müğənni baş vermiş hadisə ilə bağlı
Ali Sovetin təcili keçirilən sessiyasında iştirak etmək üçün
oraya tələsən ilk deputatlardan biri oldu. Zeynəb hər
addımda baş verə biləcək ölüm və təhlükələrdən qorxma
yaraq, xalqının başına gətirilən müsibətləri lentə köçür
mək məqsədilə videokamerasını paltosunun içində gizlə
dərək, bir çox maneələrdən keçirib iclas zalına yetişdi.
Qanlı Yanvardan bir qədər sonra “Pravda” qəze
tində M.Qorbaçovun əli ilə SSRİ Nazirlər Soveti sədrinin
Birinci müavini vəzifəsindən istefaya gedən və qırğın
gecəsinin ertəsi günü Moskvada Azərbaycan nümayən
dəliyində hadisəni və onun səbəbkarlarını ifşa edən
Heydər Əliyevin ünvanına “Əliyevçilik, yaxud “xoş əy
yam ların xiffəti” adlı iftira və böhtan dolu məqalə dərc et
dirildi. Zeynəb Xanlarova vəzifəsindən, kreslosundan qor
xub əqidəsindən üz döndərən bəzi kişilərdən fərqli ola
raq, Azərbaycanın böyük oğlu Heydər Əliyevə qarşı edi
lən haqsızlığa dözə bilmədi. Moskvaya vurduğu teleqra
mında “Pravda” nın yalan və böhtanlarına qarşı etiraz
səsini ucaltdı:
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
во
175
03
“...Respublika ağlayır. Minlərlə günahsız adamların
qanının sel kimi axıdılmasına görə ağlayır. Bu qanın
axıdılmasına əmr edənləri və buna yol verənləri məsuliy
yətə çağırmaq əvəzinə, “Pravda” bütün bəlalarda Əliyevi
yalnız ona görə təqsirləndirməyə çalışır ki, o, həqiqəti
söyləmişdir-Azərbaycanda hərbi aksiyanı açıq-aşkar şə
kildə antidemokratik, antihumanist və hüquqazidd adlan
dırmışdır. Çoxsaylı həmkarlarım, dostlarım və yoldaşla
rım kimi mən də “Pravda” qəzetinin dərc etdiyi kobud və
yalan yazıya görə dərindən hiddətlənmişəm, aşkarlıq və
demokratiya dövründə düzgün deyilmiş sözə görə adamı
təqib etməyi, Azərbaycandakı qanlı faciənin əsas təqsir-
karları-Vəzirov və onun mərkəzdəki himayədarları haq
qında susmağı yolverilməz hesab edirəm”.
Bu, həmin məqamlar idi ki, Kremldə Zeynəb Xanla
rovanın Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq gö
rülməsi barədə fərman artıq hazırlanmışdı. Və fərmanın
imzalanmasına çox az bir vaxt qalmışdı. Zeynəbin imza
lanmamış fərmanı Moskvaya, “Pravda” ya qarşı “itti-
ham”ından sonra M.Qorbaçovun iş masası üzərindən
dərhal “uzaqlaşdırıldı”. Lakin Zeynəbi artıq tarix qiymət
ləndirmişdi, səhnə qiymətləndirmişdi, bütün türk, müsəl
man dünyası, bəşəri təfəkkür sahibləri olan yüzlərlə xalq
və millətlər qiymətləndirmişdi.
Qanlı Yanvarın istər mənəvi, istərsə də fiziki
iztirabları Zeynəb xanımın sağlamlığına ciddi təsir et
mişdi. Əsəb gərginliyi və sarsıntıdan altı ay xəstə yatan
müğənni, yuxudan tez-tez səksəkə ilə
ayılır, kəskin
nəfəs daralması və boğulmadan əziyyət çəkirdi. Həkim
lərin böyük səyi nəticəsində Zeynəb sağalıb yenidən
ailəsinə, xalqına qaytarıldı. Zeynəb səhnəyə qaytarıldı.
1996-cı ildə Zeynəb Xanlarova Azərbaycan mədə
niyyəti qarşısındakı xidmətlərinə görə müstəqil döv
_______________
Reyhan Mirzdzadə
________________
ю
176 cn
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
.
lətimizin böyük mükafatlarından birinə - “Şöhrət” ordeninə
layiq görüldü.
Zeynəb Xanlarovanın qastrol coğrafiyasına Amerika
Birləşmiş Ştatları, İtaliya, Fransa, Almaniya, Yaponiya,
Türkiyə, İraq, Cənubi Yəmən, Çin, Avstraliya kimi 70-dən
artıq ölkənin (müğənni dünyanı artıq ikinci dəfə dövr edir.
Elə ölkələr var ki, xanım orada 6-7 dəfə olub) siyahısı
daxildir. O, həmişə sənətkarın səhnə mədəniyyətinə, yük
sək oxu tərzinə böyük qiymət vermişdir. Onun 20 il bun
dan öncə ifa tərzi barədə söylədiyi fikirlər bu gün də öz
aktuallığını itirməyib. Fazil Rəhmanzadənin “Nəğmə dolu
könül..." kitabından:
- Zeynəb xanım, bir müğənni kimi məhsuldar-
sınızmı?
- Şair Bəxtiyar Vahabzadənin şeirindəki sətirlərlə ni-
garançılığınıza son qoymaq istəyirəm:
Yalnız ondan razıyam ki,
özüm dən narazıyam.
Mən bir gün özümdən razı qalsam ki, son həddə
çatmışam, məhsuldaram, bu gün elədiklərim bir ilə kifa
yətdir və s. demək, yerimdə sayıram. Demək, mən müa
sir dövrün Zeynəbi deyiləm. Dünənki az-çox uğurun
kölgəsində gizlənirəm. Zənn edirəm ki, daha məhsuldar
ola bilərdim. Bəzən repertuarıma yol tapan bir sıra mah
nılar üzərində bəstəkarı təkrar-təkrar işlətməliydim. Nə
isə, yaradıcılıq belə şeydir: dünən nə etmisənsə, kifayət
deyil, bu gün daha artıq etməlisən. Lakin bütün bunlarla
bərabər, mən şüurlu olaraq yaradıcılıq yolumu özüm istə
diyim məcraya istiqamətləndirmiş və bu yoldakı təbii
çətinliklərə, əzab- əziyyətlərə sinə gərərək addımlamışam
so
/77 oa
və addımlayıram. Bu yol naminə sonra da hər bir
fədakarlığa hazıram.
Qətilik, prinsipiallıq, dönməzlik, müasirlik! Bax,
mənim yaradıcılıq həyatımda bu dörd söz həmişə yad
daşımın mərkəzində olub. Sənətin sirlərini öyrənməkdə
bu meyarı əsas tutmuşam. Və həmişə də öz yolumun
gerçəkliyinə inanmışam. İndiyədək 600-dən çox mahnı
oxumuşam. Amma təsəvvür edin ki, heç zaman kağızla
səhnəyə çıxmamışam. Bu, ilk növbədə salondakılara hör
mətsizlikdir. Hər halda mən belə düşünürəm. İkinci bir
şey də həmişə mənə yaddır: fonoqram ilə oxumağın qəti
əleyhinəyəm. İndi məndən soruşa bilərsiniz ki, bəs nə
üçün Zeynəb bir tərəfdən belə deyir, digər tərəfdən yeri
gələndə fonoqram ilə ekrana çıxır?
Bəyəm, hər şey müğənnidən asılıdır? Bir də görür
sən, televiziyada “Mavi işıq" gecəsi təşkil edilir. Bəli,
uzaq-uzaq rayonlardan, kəndlərdən, Bakının, Gəncənin,
Sumqayıtın sənaye müəssisələrindən hörmətli əmək qa
baqcıllarını toplayırlar teleteatra, yaxud da studiyanın
“Oktyabr" salonuna. Budur, müğənni gəlir, hər şey yerli
yerindədir, ansambl da yanındadır. Fəqət, fonoqram fə
ğan qoparır, müğənni yalandan ağzını açır, dodaqlarını
süni surətdə tərpədir, hətta bayağı gülüşlər, yersiz emo
siya yaratmaq cəhdi, nə bilim daha nələr... Mahnı bitir, ar
xadan işarə edilir ki, oturanlar müğənnini alqışlasınlar.
Axı nə üçün? Niyə bu hala yol verilir? Məgər tamaşaçının
nəfəsini duyub, pis-yaxşı canlı konsert versək, bu daha
təbii və məntiqli olmazmı? Əgər müğənni oxumağa
hazırlaşmayıbsa, səsi yerində deyilsə, onu niyə belə mö
təbər məclisə dəvət edirlər? Belə görüşlərin böyük dəyəri
bir də ondadır ki, diqqətəşayan hünər göstərən zəhmət
keş insana bu və ya digər müğənni özünün canlı olaraq
_________________Reyhan_Mirzəzadə__________________в_о__178'>_______________
Reyhan Mirzəzadə
________________
в о
178
c s
mahnısını hədiyyə versin. Heç təsəvvürə gətirirsinizmi,
bunun estetik dəyəri nə ölçüdə olar?
Bir də görürsən, studiyada işin qızğın çağına rejis
sor, yaxud operator “konserti kəsdi, başladı müğənni ilə
kəskin söhbətə. Axı sənətkarı adam yanında nüfuzdan,
hörmətdən salmaq nə dərəcədə doğrudur?Elə bilirəm ki,
telestudiyada bu barədə nəhayət, qəti tədbir görəcək,
real hərəkət edəcəklər.
- ...Təsəvvür edin ki, Azərbaycanın bütün dövrlərinin
yaradıcı dühaları toplaşıblar bir yerə və bunlara ayrı-
ayrılıqda hansı sualları verərdiniz? Bu dühalarin 10 - un
adını çəkin.
- Yaxşı, gəlin elə bax, bu mənzilimdə xəyali bir
məclis təşkil edək. Və Dədə Qorqud, Nizami, Füzuli,
Əcəmi, Sabir, Cəfər Cabbarlı, Müşfiq, Üzeyir Hacıbəyov,
Bülbül, Ələcgər Ələkbərov oturublar masa arxasında.
Əvvəla, onlara əla süfrə açardım. Ən ləziz milli xörəkləri,
şirniyyat nümunələrini hazırlayıb düzərdim süfrəyə. Mat-
mat baxardım onların yeyib-içməyinə, xırda-xırda qulaq
asardım söhbətlərinə. Bütün danışıqlarını köçürərdim
lentə. Ancaq heç birinə sual verməyə cürətim çatmazdı.
Bircə xahiş edərdim axşam yığışıb Bakıda solo-konsertı-
mə baxmağa gəlsinlər.
- Həsrətini çəkdiyiniz səhnə?
- Var, var. Təbrizdə hər hansı səhnə... Qəribədir,
Təbrizi görməmişəm deyə, “xarici şəhərlər kolleksiyam-
dakı" boşluğu aydın hiss edirəm. Eh , görən bu mənə nə
vaxt qismət olacaq?..”
Zeynəb xanım 1988-ci ildə Danimarkada verdiyi
konsertləri belə xatırlayır: “Bütün konsertlərimiz təntənəli,
şən, böyük ruh yüksəkliyi ilə keçirdi. “Azərbaycan" mahnı
sını oxuyurdum, Azərbaycan kəlməsi, “Azərbaycan mara-
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so /79 ea
h”nda Qarabağ eşidiləndə salonda bir hay-küy, bir alqış
qopurdu ki, uğultudan qulaq tutulurdu.
Böyük bəstəkarlardan biri müğənni haqqında gözəl
deyib: “Elə oxu ki, hər hansı əcnəbi doğma dilini, bu
mahnını, doğulduğun diyarı sevsin...” Nə üçün bu cümlə
ni xatırladım? Bir dəfə məndən xahiş etdilər ki, “Şuşanın
dağlarfm oxuyum. Oxumağa başladım və gördüm bütün
salon mənə qoşulub. Yalnız azərbaycanlılar deyil, salon
da oturan bütün tamaşaçılar xorla ritmi tutmağa səy
edirdilər...”
Bəli, Zeynəb xanım, sənin, Azərbaycanımızın qara
örpək bağlayacaq müsibətlərimizin yeni mərhələsinin bü
növrəsi məhz Danimarkadakı təsvir olunan mənzərənin
cərəyan etdiyi ildən başlayırdı. Başlayır, nə başlayırdı...
İndi artıq tək bircə salon tamaşaçı deyil, bütün bəşə
riyyət, bütün dünya Azərbaycan adlı müqəddəs yur
dumuzun Qarabağ dərdlərinin, Qarabağ həqiqətlərinin rit-
mini tutmağa çalışır. Bu işdə sənin də payın, sənin də
zəhmətin var, Zeynəb xanım!
Zeynəb Xanlarova bu gün yüzlərlə qocalara, xəstə
lərə, şikəstlərə, şəhid ailəsinin üzvlərinə, imkansız adam
lara, kimsəsiz uşaqlara, keçid dövrümüzün qayğıları əha
təsində daha çox əziyyət çəkən insanlara kömək edir, əl
tutur. Bu barədə yazmamağımı Zeynəb xanım xahiş
edəndə, sual dolu baxışlarıma o belə cavab verdi:”Bu,
mənim xalqım qarşısında müqəddəs borcumdur. Mən bu
nu etməsəm, yaşaya bilmərəm. Azərbaycan xalqı mənim
həyatımdır, nəfəsimdir, taleyimdir, qismətimdir. Haraya
getsəm də, planetin hansı nöqtəsində olsam da, istər
nəhəng Amerikada, istər uzaq Avstraliyada, yenə xalqım
üçün, Azərbaycanım üçün körpə uşaq kimi qəribsəyirəm.
Ana Vətənimin isti qucağına, Xəzərimin gah coşqun, gah
da sakit dalğalarına baxmağa tələsirəm. Baxıram, hey
__________
Reyhan Mirzəzadə
_________________Reyhan_Mirzəzadə___________________so_182__ca'>_____________________
во
180
oj
baxıram doğma Bakıma, doymuram. Hər dəfə də ürə
yimdə sakit bir səslə pıçıldayıram:
Yurdumun öz halal çörəyi, duzu var,
Hər vuran ürəkdə min arzu, dilək var.
Eşit, Ulu Tanrım, bu qəlbimin səsin
Azərbaycanımın səsidir öz səsim.
Allah, Allah, Allah, Allah, eşit məni, Allah,
Saxla bəd nəzərdən, sən xalqımı Allah!
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
___ _
“Azərbaycan” qəzeti,
8 noyabr 1997-ci il.
so
181
oa
GÖ ZƏL İNSAN, QEYRƏTLİ QADIN,
BÖYÜK SƏNƏTKAR
38 il əwəl vəfat etmiş ərəb xalqının böyük sənətkarı,
dünya şöhrətli Misir müğənnisi Fatma İbrahim əl-
Baltacinin (Umm Gülsümün) əziz xatirəsinə
Hansı ərəb ölkəsinə gedirdimsə, orada Umm Gül
sümdən söhbət açmağı unutmurdum. Bu xanım haqqın
da, möcüzəli səsə malik sənətkar haqqında daha çox
öyrənmək istəyirdim. Hər yerdə ona məhəbbət, ülvi mü
nasibət, xatirəsinə ehtiram görürdüm. Amma təəssüflənir-
dimki hələ də Azərbaycanımda bu fenomen mügənni-
şəxsiyyət haqqında məlumatı olmayanlar var. Onun ifaları
bizim efir məkanlarımızda ya heç səslənmir, ya da o qə
dər az eşidilirki, nəzəri cəlb etmir.Onu da deyim ki, məm
ləkətimizdə bu sənətkar xanımı, müsəlman aləminin fəxri
ni sevib dinləyənlər də var.Ən azı Azərbaycanımız müs
təqilliyini bərpa edəndən, dünyaya qapılarımız taybatay
açılandan sonra digər ölkələrə olduğu kimi, Misirə də
gediş-gəlişimiz artdı, uzun illərin həsrətindən sonra ərəb
bacı-qardaşlarımıza qovuşduq. Onların musiqiləri, nəğ
mələri, poeziyaları ruhumuzu rövnəqləndirdi. Bu sənət
incilərinin diskləri, audio-video lentləri evlərimizə, ocaqla
rımıza pərvazlandı. Evdə ayırdığım guşədə bu mədə
niyyət sərvətlərinin içində Umm Gülsüm “fəxri yer” tutdu.
1898-ci
ilin 30 dekabrında (bəzi mənbələrdə
nədənsə 4 may 1904-cü il qeyd olunur) Misirdə-Nil çayı
nın mənsəbində yerləşən Tamaz əs-Zahayra adlı kiçik
kənddə kasıb bir dindar ailəsində Fatma adlı qız uşağı
dünyaya gəldi. Atası kənd məscidinin imamı idi. Fatma
beş yaşında olanda atası onun gözəl səsə malik
olduğunu kəşf etdi. Ecazkar səslə Qurani-Kərimi oxuyan
qızcığaz, hamının sevimlisinə çevrildi. O zamanlar heç
_______________
Reyhan Mirzəzadə
________________
so 182
ca
kim bilmirdiki, vaxt gələcək, Fatma parlaq istedadı ilə
nəinki
Misirin,
hətta
bütün
müsəlman
aləminin
əvəzolunmaz sənətkarı, böyük mədəniyyət xadimi, dün
yanın tanınmış müğənnisi, ərəb musiqisinin korifeyi
olacaq, incəsənət dünyasında XX əsr tarixinin ən
görkəmli sənətkarı kimi əbədi şöhrət qazanacaq. Lakin o
vaxtlar, Fatma kiçik yaşlarında olanda, qız uşağının
kişilər olan yerdə oxumağına yaxşı baxmırdılar. O, belə
məclislərdə oğlan geyimi ilə çıxış edib ilahi mahnılar
oxuyurdu. Sonralar Umm Gülsüm adı ilə məşhurlaşan
Fatma
İbrahim,
doğulduğu
ailənin
təmiz,
saf
tərbiyəsindən bəhrələndi, dinimizin uca mənəvi dəyərlə
rindən, yüksək əxlaqi keyfiyyətlərindən qüvvətləndi. İlk
dərslərini məhz böyük Qurandan, müqəddəs varlığımızın
misilsiz fəlsəfi məzmun, dərin və zəngin mənalar kəsb
edən surələrindən aldı. Uşaqlıqdan ərəb xalq mahnıla
rının bənzərsiz ifaları ilə könüllərə xoş əhval-ruhiyyə bəxş
edən Umm Gülsüm üçün elə bu nəğmələr böyük bir
məktəb oldu. Onun ifa etdiyi laylalarda, bayatılarda,
oxşama və ağılarda da sadə xalqının istək və arzulan
ifadə olunurdu. Onun səsi müqayisəedilməz dərəcədə
güclü idi. Təmiz, ifadəli, gözəl tembrli, zəngin çalarlı,
daha dəqiq desəm, nadir səs idi.
On altı yaşı olanda atası onu Qahirəyə, məşhur mü
ğənni Məhəmməd Əbül Əlanın yanına səs təhsili almağa
gətirdi. Burada qısa müddətdə tanınmış bəstəkar Zəkə
riyyə Əhməd və Məhəmməd Əbdülvahab kimi sənətkarın
təcrübəsindən faydalanan Fatma, çox çəkmədi ki, şöhrət
də müğənni Munirə Mehdini ötüb keçdi və ölkənin bir
nömrəli ifaçısına çevrildi.
Qahirə Universitetinin müəllimləri belə bir nəticəyə
gəlmişdilər ki, Umm Gülsümün səsində bir saniyədə 14
min səs telləri titrəyişi və cingiltisi var idi ki, bu da adi ada-
Azarbavcancılıa və vətənpərvərlik məfkurəsi
____
so
183
ca
min səsindən dörd dəfə artıq idi. Onun üçün xüsusi ola
raq mikrofon yaradılmışdı. Müğənninin səsinin qeyd et
diyim nadir xüsusiyyəti həmin mikrofonda nəzərə alınırdı.
Umm Gülsümün ilk qastrolları 1932-ci ildə Dəməşq,
Beyrut, Bağdad, Tripoli şəhərlərinə olub.Məşhur xanən
dənin ilk böyük və ilk rəsmi konserti 32 yaşnda olanda,
yəni 1930-cu ildə keçirilib. 1937-ci ildən Qahirə radiosun
da çıxış edib. Ərəb xalqının Umm Gülsüm yaradıcılığına
olan məhəbbət və səmimiyyətin, hörmət və ehtiramın
nümunəsidir ki, Qahirə radio kanallarından biri 24 saat
ərzində, bütün gecə və gündüz onun mahnı və nəğ
mələrini səsləndirməkdə davam edir. Müğənninin ifa
etdiyi elə sənət əsərləri vardırki, onlar müvafiq kiçik
musiqi fasilələri nəzərə alınmaqla, iki saat davam edirdi.
Bu mahnıların özünəməxsus giriş hissələri olurdu.
Əsərdə təkcə giriş hissələri yarım saat çəkirdi.
Umm Gülsüm aktrisa kimi də fəaliyyət göstərib. O,
ilk dəfə 1935-ci ildə filmə çəkilib. Kral ailəsinin də sevim
lisi olan müğənni, ailə qarşısında dəfələrlə çıxış edib.
1944-cü ildə Misir kralı Faruk müğənnidən əvvəl yalnız
məşhur siyasətçi, dövlət xadimləri və kral ailələrinin üzv
lərinə verilən ölkənin ən ali mükafatı - ƏL KAMAL nişanı
nı Umm Gülsümə təqdim edib.
1970-ci ildə keçmiş SSRl-yə ilk dəfə qastrola gələn
müğənninin burada nəzərdə tutulan konserti baş tutmur.
Yüksək səviyyədə hazırlıq gedən proqramın başlanma
sına azacıq vaxt qaldıqda, o, Misir Prezidenti Kamal Əb
dül Nasirin ölüm xəbərini eşidir və təcili olaraq Qahirəyə
qayıdır.
Əlli ildən artıq ərəb musiqisini bütün dünyada tanı
dıb sevdirən Umm Gülsümü nahaq yerə “Şərqin ulduzu”,
"Ərəblərin Piafı” adlandırmayıblar. Onun Misir estradası
nın, ərəb musiqisindəki mahnı janrının inkişafında çox
_______________
Reyhan Mirzəzadə
_________________
s o
184
ca
böyük xidmətləri olub. Sosioloqlar ifaçının uğurunun necə
qazanıldığı ilə maraqlanıblar. Bunun sirlərini öyrənmək
istəyiblər.
Kral Faruk müğənninin başına xeyli qızıllar yağdırıb
Umm Gülsümün konsertlərinə düşmək üçün gərək bir il
əvvəl bilet alınaydı. Yoxsa, mümkün deyildi. Bilet tapmaq
olmurdu. Hələ 60-70-ci illərdə xanımın konsertinə olan
biletin ən ucuz qiyməti 100 ABŞ dolları idi. Müğənnini
bütün ərəb ölkələrinin Xalq Artisti adlandırırdılar. Hər bir
ərəbin evində xanəndənin heç olmasa, bir valı var idi
(indi təbiiki bu valları müasir disklər, audio və videoka-
setlər əvəz edir).
ingilis jurnalisti Terri Deçarden görkəmli müğənninin
iştirak etdiyi konsertindən bəhs edərək yazırdı:“Umm
Gülsümü kimlərlə müqayisə etmək olar? Qərbin ən böyük
nəğməkarlarından biri olan Piafla! Bəli, bəli, Edit Piafla!
Ona görə ki, Umm Gülsümün də mahnıları Editin nəğmə
ləri kimi hər bir qərblinin ürəyindən idi.
Bir dəfə mən Umm Gülsümü Abu-Dabidə dinlədim.
Romantik bir yerdə. Fars körfəzinin sahillərində. Belə
vaxtlarda bu yerlərə iynə atsan, yerə düşməz. Adam əlin
dən tərpənmək mümkün deyildi. Bir yandan da isti. Qay
nar bir gün. Qızmar günəşin odlu şəfəqləri altında saat
larla durmaq olardı. Təkcə bu müğənniyə baxmaqdan
ötrü
Əvvəl təbillər çalındı. Çalğıçıların çoxunun əlində
skripka var idi. Milli ərəb musiqi alətləri olan rübab və
xudanın da səsi eşidilirdi.
Umm Gülsüm gəldi. Ağ geyimdə. Səliqəli bir gör
kəmdə. Onun sifətində tam bir sakitlik vardı. Mərhəmət
tökülürdü üz-gözündən. Rəhmlilik yağırdı. Sadəliklə meh
ribanlıq ona xüsusi gözəllik verirdi.
Azərbavcancılıq və vətənpərvərlik məfkurəsi
Dostları ilə paylaş: |